Doha şəhərində Müqəddəs Məkkə şəhərinə həsr edilmiş konfransda məruzəçilər dünya saatlarının Qrinviçlə deyil Məkkə ilə nizamlanmasını müzakirə ediblər. Artıq bu müzakirələr 40 il öncədən başlamışdır. Keçən şənbə bir qrup alimlər elmi sübutlara əsasən iddia edirlər ki, dünya saatları Məkkə şəhəri ilə nizamlanmalıdır. Çünkü “0” meredianı Böyük Britaniyadaki Qrinviçdən deyil Məkkə şəhərindən keçir. London yaxınlığındakı Qrinviç Kral abservatoriyasının yerləşən ərazi “0” merediyanın keçdiyi yer sayılır və yerli vaxt isə 1884-cü ildən “Dünya saatı” (GMT) adlanır. Dünya saatları bura ilə nizamlanır. Gulf Times bildirir ki ; alimlər ərəb aləminin saatlarını Qrinviçlə deyil Məkkə vaxti ilə nizamlamalarını məsləhət görüblər. Onlar həmçinin müsəlman ölkələrinin dövlət baçılarına və həmçinin ərəb dövlətlərinin baçılarına yeni dünya xəritələrindən istifadə etməməyi məsləhət görərək bildiriblər ki, “bu xəritələr Qərbin istəklərinə uyğun tərtib edilir.” Həmçinin alimlər müsəlman ölkələrində tiklilərin qibləyə yönəlik tikilməsini məsləhət görüblər. Alimlər Məkkənin yer kürəsinin mərkəzi olduğu fikirini geniş surətdə yayamaq üçün informasiya vasitələrindən və həmçinin CD-lərdən istifadə etməyi düşünür. Müsəlman alim Zaqlul əl-Nəccar bildirib ki; “Məkkənin yer kürəsinin mərkəzi olduğu barədə olan fikirlər Qərb aləminin heç də xoşuna gəlməyib. Amma buna baxmayaraq biz həqiqətin bəlli olması üçün tədqiqatlarımızı genişləndirməliyik”. Digər alimlər isə Quran və hədislərə istinadən Məkkənin yerləşdiyi yerin fəziləti barədə danışmışlar.