Главная
Регистрация
Вход
Cümə
29.03.2024
13:17
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytdan razı ...
[ Netice · Diger ]
Cavablar: 101

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

19:08
Xarakterinin geyimi
 
İnsan xarakteri hər şeydə özünü büruzə verir: jest və mimikalar, danışıq və gülüş tərzində, gəzişdə və əlbəttə ki, geyimdə. Kimsə etirazını bildirə bilər. Bəs dəb necə? Məhz o, bizə bu mövsümdə nə geyinməyimizi tövsiyə edir. Əksəriyyətin eyni üslubda cins geyinməsi ilə xarakteri necə müəyyən etmək olar? Təbii ki, dəb öz izlərini qoyur. Lakin o, qəddar diktator deyil. Hər mövsümdə dizayner və modelyerlər geniş model, rəng və çeşidli geyimlər təklif edirlər. Özümüzü büruzə vermək üçün kifayət qədər imkanlar var.

Seçimimiz bizim haqda nə deyir
Dəridən hazırlanmış geyim və aksesuarları məqsədyönlü, aktiv insanlar seçir.
Geyimdə müxtəlif metal furniturlar olarsa, bu xüsusiyyətlər daha da güclənmiş olur.
Zamşa əksinə aqressiyanı yumşaldır. Zamşa sevənlər status və prestijlərinin qayğısına qalmağı çox sevirlər.
Toxunma, anqora, moxeri isə ətrafında komfortlu atmosfer yaratmaq istəyənlər sevir. Onlar demokratik, xeyirxah insan obrazını təcəssüm etdirirlər.
Zərif, ipək parçalara gözəlliyi sevənlər üstünlük verir. Bu insanlar daim formada olmağı sevənlərdir.
Pambıq, cins parça onu sevənlər kimi sadədir. Bu cür geyim daxili rahatlıq və yüngüllüyü təcəssüm etdirir.
Parça nə qədər zərif, incədirsə həmin insan bir o qədər yüksək sosial statusa və rifaha meylli olur.
İndi isə ayaqqabıya nəzər salaq.
Hündür, nazik dabanlı ayaqqabı qadını vizual olaraq boy-buxunlu və qamətli göstərir. Zərif cinsin nümayəndələri bu cür ayaqqabı geyinən zaman qamət dəyişir, kürək düzəlir, çiyinlər arxaya doğru gedir, baş dikəlir. Çünki hündür daban ayaqqabıda gəzmək asan deyil. Bu zaman ağırlıq mərkəzi dəyişir. Kürəyi düz saxlamasan, tarazlığı itirə bilərsən.
Qeyd edək ki, qamət dəyişdikdə insanın daxili vəziyyət də dəyişir: özünə əminlik artır.

Ona görə də 10 sm-lik nazik dabanlı ayaqqabını sevən xanımlar özlərini əmin hiss etməyə vərdişdirlər. Onlar ətrafdakılardan hər mənada üstün olmağa çalışırlar. Ayaqqabının dabanı nə qədər hündür və ucu iti olarsa, qadın bir o qədər aqressiv və nəzərə çarpmaq istəyi ilə diqqəti cəlb edəcək. Küt burunlu və enli dabanlı ayaqqabıları praktik xanımlar seçir. Onlar istənilən vəziyyətdə möhkəmlik və davamlılığa üstünlük verirlər. Psixoloqlar belə hesab edirlər ki, bədənimizin ən dar, nazik hissələri boyun, bilək, topuq, beldir ki, məhz burada daxili enerjimiz yığılır. Bu yerlərin açıb göstərilməsi xoşagəlmə, nəzərə çarpma və müsbət qiymətləndirməyə işarədir.
Əksinə, bədənin nazik hissələrinin gizlədilməsi özünə qiymətin kifayət qədər olmamasına dəlalət edir.
Şəffaf parçalar, dar geyimlər də özünü göstərməyə işarədir.
Lakin bu bir qədər daha effektli və özünü yarı gizlədilmiş formada nümayişdir. İşıldayan əşyalara meyl də seçilmək arzusunu göstərmiş olur.
Balaxon və digər enli fasonları, bədən formasını göstərməyən geyimləri özünə əmin olmayan xanımlar geyinir. Bu cür seçim özünü müxtəlif parçalar arasında gizlətmək deməkdir.

Fikirlerinizi bildirmeyi unutmayin...!!!

Категория: Müxtelif | Просмотров: 1343 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
rihanna yazdıki >> Merve senin xasiyyetin tund deyil axi en azinnnan men ele bilirem men hec oz xasiyyetim barede fikirlesmemisem 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.158.103
Tarix: 02.05.2009 ,20:47.

0  
 
Anonim yazdıki >> mənim xarakterim bir az tünddü... mirig təşəkkürlər yerivar  
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.156.24
Tarix: 02.05.2009 ,10:17.

0  
 
Resad yazdıki >> Bağişla oxuya bilmədim... Ama COOOOX tşk edirəm.... 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.36.27
Tarix: 01.05.2009 ,20:18.

0  
 
Resad yazdıki >> yerivar yerivar yerivar yerivar 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.36.27
Tarix: 01.05.2009 ,20:17.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024