Главная
Регистрация
Вход
Cümə Axşamı
28.03.2024
18:23
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

20:59
Ginnesin rekordlar kitabının maraqlı yaranma tarixcəsi
 
 
İrlandiyadakı "Ginness" pivə zavodunun direktoru Xyu Biver 1951-ci il mayın 4-də tanışı ilə birlikdə ova çıxıb. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşüb. Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Bundan sonra ser Xyu qərara alıb ki, belə bir soraq kitabı tərtib etdirsin. İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırıb.

1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanıb və 1000 nüsxə pulsuz paylanıb. Növbəti ilin avqust ayının 27-də isə 197 səhifəlik kitab pulla satılmağa başlayıb və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sırada olub. 1956-cı ildə rekordlar kitabı ABŞ-da 70 min nüxsə ilə satışa çıxarılıb. Uzun illər kitabın hazırlanması Makuirterlərin əlində olub. Onlar qeyri-adi biliyə və yaddaşa sahib idilər. 1975-ci ildə Ross Makuirter irlandiyalı terrorçu tərəfindən öldürüldükdən sonra nəşriyyata 1995-ci ilədək onun qardaşı rəhbərlik edib.

Qeyd edək ki, 1954-cü ildə birinci kitabın nəşri üçün pivə zavodunun sahibi tərəfindən "Guinness World Records Limited" şirkəti yaradılmışdı. Sonradan kitabın çap hüququ bir neçə dəfə satılıb.

Nəhayət, 1995-ci ildə kitabın konsepsiyası (hər hansı bir hadisə haqqında görüş, əsas fikir) dəyişib. Yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilib. Albomun özü də rekorda imza atıb. Hazırda "Ginnessin rekordlar kitabı" 100 milyon tirajla, 24 dildə çap olunur. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşriyyatıdır.
// Üç Nöqtə qəzeti

Fikirlərinizi bildirməyi unutmayın...!!!

Категория: Meqaleler | Просмотров: 833 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
fatinka yazdıki >> Maraqli melumatdir tesekkur edirem 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.137.206
Tarix: 03.05.2009 ,16:56.

0  
 
Anonim yazdıki >> thanksyou yerivar thanksyou 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.231
Tarix: 03.05.2009 ,14:55.

0  
 
pink yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:Ayka
İP:212.38.118.45
Tarix: 03.05.2009 ,14:04.

0  
 
Resad yazdıki >> thanksyou :thanksyou: yerivar :yerivar: BəZilƏrinin xəbərindən əladir...(bəziləri özləri başa düşdü...) 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.29.84
Tarix: 02.05.2009 ,21:28.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024