Nələr olmur bu dünyada,
Qanadsız da uçanlar var. Metroya çıxışdan girib, Avtobusdan qaçanlar var.
Keyfindən ahəstə olub, Ehtirasdan xəstə olub. Səhər xaşla yüz-yüz vurub, Axşam namaz qılanlar var.
Gözünə bir eynək taxan, Başına on nəfər yığan. �Kurtlar Vadisi�nə baxan, Çakır kimi cavanlar var. |