Главная
Регистрация
Вход
Cümə Axşamı
28.03.2024
21:41
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

19:53
Bu adlar necə qoyulub?
 
Bu adlar necə qoyulub?

Texnologiya artıq rədd edilə bilməz bir şəkildə həyatımızın içinə işləmiş vəziyyətdədir. Kimisi ilə gündəlik işlərimizi edərkən, kimisi ilə oyun oynayırıq, kimisi ilə də oturub musiqi dinləyirik. Bunların yanında virtual mühitdə elə adlar var ki, hər gün girib bir nəzarət etməzsək olmur. Heç maraqlandınızmıki iPoddan BlackBerryə, Twitterdən Windows 7'ə, gündəlik həyatda ikonlaşmış adların əhvalatı nədir?

iPod

Applenin MP3 oynadıcılar inkişaf müddətində izlədiyi strategiyanı Steve Jobs belə xarakterizə edir: Mac, Applenin çıxaracağı digər cihazlar üçün bir əlaqə nöqtəsi kimi olacaqdı. Apple 2001-ci ildə, yeni MP3 oynadıcısı eşitdirilmədən əvvəl, bir ad tapıla bilməsi üçün müstəqil yazıçı Vinnie Chieconu işə götürdü. Steve Jobsun yuxarıda ifadə edilən sözlərindən ilham alan Chieco, bu mövzuda bir beyin fırtınası etdi. Ən sonunda, ilk prototipin sanki bir qabıq kimi sərt və tək parça plastiklə örtülmüş olmasından təsirlənərək cihaza "Pod" adını verdi. Daha sonra iMac ilə əlaqə halında olacağından, tam uyğunluq təmin edilməsi məqsədiylə başına "i" qoyuldu və cihazın adı "iPod" olaraq təyin olundu.

BlackBerry

Kanadanın məşhur markası Research In Motion, 2001-ci ildə yeni kabelsiz e-poçt cihazına ad tapa bilmək üçün Lexicon Brandingdən kömək istədi. Məsləhətçilər, RIM qurucularını e-poçt sözündən uzaqlaşdırmaq istədilər. Cihazın funksiyasıyla əlaqədar bir ad vermək yerinə, eşidənləri həyəcanlandıra biləcək bir ad tapmaq istədiklərini ifadə etdilər. E-poçt sözündən getdikcə uzaqlaşan məsləhətçilər, əyləncəni və cihazın bir şeylərin parçası olduğunu xatırlada biləcək bir ad tapmaq yoluna getdilər. Sonra, cihazın üzərindəki düymələrin kiçik meyvə nüvələri kimi göründüyünün fərqinə varan Lexicon qrupu, strawberry (çiyələk), melon (qovun) və daha bir çox müxtəlif meyvənin adını təklif etdilər. İki sözün bir araya gəlməsindən meydana gələcək adın çox xoş dayanacağına inanan RIM, cihazın qara rəngindən təsirlənərək BlackBerry (böyürtkən) adını seçdi.

Firefox

Əslində Mozillanın bu məhsul üçün bu adı seçməsinin məntiqi tam olaraq müəyyən deyil. Firefox ilk çıxdığı zaman, adı Firebird idi. Ancaq bu ad, başqa bir açıq qaynaq proyektiylə eyni ada sahib idi. Buna görə Mozilla səlahiyyətliləri köhnə adı rədd panda olan skanerin adını Firefox olaraq dəyişdirdilər. Bunun səbəbi soruşulduğunda isə, "xatırlaması asan, xüsusi və ən əhəmiyyətlisi biz bu adı sevdik!" deyirlər. Çox sözə ehtiyac yoxdur yəqinki.

Twitter

Twitterin qurucularından Biz Stone, 2006-cı ildə Jack Dorseyin hazırladığı tətbiqi ilk gördüyündə quşların çıxardıqları qısa səslərlə bir-birləriylə əlaqəsini xatırladığını ifadə edir. "Hamı cikgildəyir və yaxşı vaxt keçirir!" deyən Stone, ilk etapda twttr adını təqdim edir. Bu ad üzərində düşünən qrup, bir az sait əlavə etməyə qərar verir və yeni ad twitter olaraq təyin olunur. Stonenin ifadə etdiyinə görə twitter, insanların "cikgildəşmələriylə" meydana gətirdiyi çox güclü bir ictimai şəbəkədir. Təbii bilməkdə fayda var, "tweet" sözünün Azərbaycanca qarşılığı isə cikgildəməkdir.

Windows 7

Windows 7in adının çox qısa bir əhvalatı var. Microsoftdan Mike Nashın ifadə etdiyinə görə Windows 7, Microsoftun 7. əməliyyat sistemi olacaq. Microsoft, 7 sayının uğur gətirəcəyinə inandığı üçün bu yeni əməliyyat sisteminə Windows 7 adı verilib.

ThinkPad

Dizüstü kompüterlər 1992dən sonra səhnədəki yerini aldı. IBM yeni bazara çıxardacağı dizüstü kompüteri üçün ağza dolana biləcək bir ad axtarışına girdi. Bunun üçün ThinkPad adı təklif edildiyində qəbul edildi. Ancaq IBMin problemi adda heç ədəd olmaması idi və ThinkPadı digər dillərə çevirmək istəmirdilər. Ancaq ThinkPad adı qalib çıxdı. Son olaraq isə ThinkPad, 2005-ci ildə Lenovoya satıldı.

Android

Əslində Android adının haradan gəldiyi tam olaraq dəqiq deyil. Çünki Google, bu mövzuda çox da şərh etmədi. Open Handset Allianceyə qatılan telefonlar üçün əməliyyat sistemi çıxaran Google, 2005-ci ildə bu işə Android Inc. adıyla başladı. Hərhalda bu ad onların çox xoşuna gəlmiş olsa gərək ki, dəyişdirmə ehtiyacı duymadılar.

Wikipedia

Wikipedianın xüsusiyyətini hamımız bilirik. Köhnə model o böyük ensiklopediyalar yerinə, artıq bir məlumata çatmaq istədiyimizdə Wikipedianı istifadə edirik. Bildiyiniz üzrə Wikipediada, insanlar girib yazıları daxil edə bilirlər. İfadə etməkdə fayda var, wiki sözü, birdən çox yazıçının köməkçi olduğu internet saytları üçün istifadə edilir.

Mac OS X

Əslində burada X, Rum rəqəmi olaraq istifadə edilir. Təxmin edə biləcəyiniz kimi, Mac OS 9dan sonra Mac OS X gəldi. İşin maraqlı yanı Applenin hər X distributivini fərqli kod adlarıyla adlandırması. X üçün Cheetah, Puma, Yaquar, Panther və Leopard adlı əməliyyat sistemləri hal-hazırda mövcuddur. 10.6 distributivi üçün isə Snow Leopard, Lynx və Cougar adlarının düşünüldüyü deyilir.
Категория: Müxtelif | Просмотров: 944 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ILKIN yazdıki >> twk 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.253
Tarix: 04.07.2011 ,15:19.

0  
 
Anonim yazdıki >> Maraqlıdır... yerivar 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.138.185
Tarix: 20.05.2009 ,18:21.

0  
 
Resad yazdıki >> Əla xəbərlərdir... yerivar yerivar 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.4.154
Tarix: 19.05.2009 ,22:18.

0  
 
fatinka yazdıki >> Bunlardan MICROSOFT 7 den basqalarinin ne olduqunu bilmiremee sorry sorry 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.137.54
Tarix: 19.05.2009 ,19:57.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024