Главная
Регистрация
Вход
Çərşənbə
24.04.2024
15:39
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytimizin açilmağini necə qarşilayirsiz?
[ Netice · Diger ]
Cavablar: 67

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

22:40
Dünyadakı maraqlı evlilik ənənələri

 
Dünyadakı maraqlı evlilik ənənələri

Hər ölkənin ictimai və mədəni quruluşu ilə inanclarına görə evlilik ənənələri, maraqlı xüsusiyyətlər daşıyır. Bosnada sadə qəhvə, kürəkən namizədinin rədd edildiyi mənasını daşıyarkən, Pakistanda kürəkən namizədi söyüş və təhqirlərlə dolu çətinlikli bir imtahandan keçmək məcburiyyətində qalır.

Bosnada
evlənmə çağına gəlmiş gəlin namizədini istəyən kürəkən namizədi, qız evinə yeməyə dəvət edilir və ailənin böyükləri ilə evlilik haqqında müzakirə edirlər. Qızın ailə böyükləri kürəkən namizədi haqqında bir qərara gəldikdən sonra qəhvə ikramına keçilir. Şəkərli qəhvə kürəkən namizədinin evlilik üçün uyğun hesab edildiyi, sadə olması isə kürəkən namizədinin rədd edildiyi mənasını daşıyır.

Pakistanda
kürəkən namizədi qızın ailə böyükləri tərəfindən çətin bir imtahandan keçirilir. Bu imtahan, ailə böyüklərinin kürəkən namizədinə ağla gələ biləcək bütün təhqir və tənqidləri etmələri, kürəkən namizədinin isə bütün bunlara dözə biləcək qədər soyuqqanlı olmasına dayanır. İmtahandan müvəffəqiyyətlə keçən gənc evlilik icazəsini almış olur.

Şotlandiyada
isə gəlin, toydan bir gecə əvvəl ailə böyüklərinin ortasına oturaraq, onların ayaqlarını yuyur. Bu ənənə, cütün xoşbəxtlik yolunda getmələrini simvollaşdırır. Toyda isə gəlin iki ayaqqabısına da köhnə pul qoyur.

Çində
də kürəkənin ailəsi astroloji mütəxəssisinə müraciət edərək evlənməyi düşünən cüt haqqında şərh istəyir. Əgər astroloji mütəxəssisinin hazırladığı qoroskopu kürəkənin ailəsi uyğun görsə, uşaqlarının doğum saatını və tarixini qızın ailəsinə göndərərək eyni əməliyyatı onların da etməsini istəyir. Çindəki evlilik ənənələrinə görə, toydan əvvəl kürəkən evlilik yatağını hazırlayaraq üzərinə müxtəlif meyvələr qoyur. Ailənin kiçik uşaqları yatağın üzərinə oturdulur və meyvələrlə oynamalarına icazə verilir. Yatağın üzərində nə qədər çox uşaq olsa o qədər çox doğurganlığı simvollaşdıracağına inanılır. Əlavə olaraq Ay təqviminin 7. ayının son 15 günündə evlənmənin uğursuz olduğuna, çünki o dövrdə cəhənnəmin qapısının açılıb itkin ruhların sərbəst qaldığına inanılır.

İsraildə
isə Yəhudi inancına görə, toylarda Qüdsdəki müqəddəs məbədin yox oluşunu simvollaşdıran içi şüşə parçalarıyla dolu bir bezi tapdalama ənənəsi var. Mərasimdə şüşə qırmaq isə həyatdakı xoşbəxtliyi və kədəri simvollaşdırır.

Hindistanda
da kürəkən gəlinin paltarından məsuliyyətli olur. Gəlin, ağ gəlin paltarı yerinə, "sarı" deyilən xüsusi bir geyim geyir. Mərasimə gündəlik paltarlarla gələn gəlin, daha sonra ərinin özünə təqdim etdiyi paltarı geyir.

Koreyada
evlilik ənənələrində ördək və qaz əhəmiyyətli bir yer tutur. Köhnə ənənələrdə kürəkənlər arxalarında qaz daşıyaraq ağ bir atın üstündə gəlinin evinə xərclərkən indiki vaxtda simvolik olaraq taxta qaz istifadə edilir. Bir başqa ənənəyə görə də toydan sonra bir cüt taxta ördək yeni cütün evinə yerləşdirilir. Əgər ördəklər qarşılıqlı qoyulsa cütün yaxşı dolanacağına, tərs qoyulsa mübahisəli həyat yaşayacaqlarına inanılır.

Afrikanın
bəzi bölgələrində kürəkən namizədi qızı ailəsindən istədikdən sonra qızın ailəsi təklifi qəbul etsə qızlarına pul və fıstıq verir. Gəlin namizədi, fıstığı kürəkənlə bölüşərkən, cütün birləşməsinə köməkçi olan vasitəçiyə də bir parça verilir. Bu, qonşulara və qohumlara toy dəvəti mənasını verir.

Belçikada
isə ən əhəmiyyətli ənənələr arasında dəsmala ad işləmək gəlir. Gəlinin ailəsi, qızlarının adının işlənmiş olduğu dəsmalı toya apararaq qonaqlara göstərir. Bu dəsmal toydan sonra qızın ailəsinin evinə geri gətirilir və gəlinin bacısı varsa onun adı işlənərək yenə evdə sərgilənir.

İngilis
ənənələrinin ən başında kilsədə zəng çalmaq gəlir. Bu şəkildə pis ruhların qovulduğuna inanılır. Gəlin və kürəkən kilsəyə girərkən və çıxarkən zənglər çalar yeni evli cütə çiçək atılır.

Finlandiyalı
gəlinlər isə toyda əl istehsalı qızıl bir tac taxırlar. Mərasimdən sonra subay gənc qızlar gəlinin ətrafında toplanır və gəlin gənc qızlar arasından seçdiyi birinə qızıl tacını verir. Seçilən qızın, ən qısa zamanda evlənəcəyinə inanılır.

Vikingler zamanında isə evliliklər açıq artırma şəklində edilirdi. Kürəkən namizədi, gəlin namizədi üçün qızın atasına qiymət təklif edir, bu qiymət üzərindən bazarlıq edilir və təyin olunan pul miqdarı cehiz üçün istifadə edilirdi. Ayrıca cütün evlilik həyatları boyunca qızıl və gümüş çətinliyi çəkməmələri üçün atası gəlinin sağ ayağına gümüş, anası isə sol ayağına qızıl taxırdı.

Fransada
isə evlənəcək cütlərin mərasimdə iştirak edəcək çiçəklərini qonaqlar gətirir. Gəlin və kürəkənin, evlilik günlərində istifadə edilən və nəsildən nəsilə köçürülən evlilik qabından şərab içməsi də bu ölkədəki evlilik ənənələri arasında mövcuddur.

Bolqarıstanda da kişi, sevdiyi qızı ailəsindən istəmək üçün ən yaxın yoldaşıyla qızın evinə gedərkən, yanında xoşbəxtlik, sağlamlıq və zənginliyi təmsil edən "rakia" deyilən xüsusi bir ev viskisi və "zdravet" adı verilən yaşıl çiçəklərdən kiçik bir buket aparır. Bunun yanında qıza və atasına kiçik hədiyyələr verir. Ata, evin rəisi olduğundan içki ikramına qatılması zəruridir. Kürəkən namizədini bəyənir və evliliyi təsdiqləsə qızına 3 dəfə evliliyə hazır olub olmadığını soruşur və qız bəli desə qızın ailəsi də kişinin ailəsinə hədiyyələr göndərir. Toydan əvvəlki Cümə axşamı günü xəmir və mayanın qarışdırılmasıyla xüsusi bir çörək pişirilir və bu çörək yeni ailənin meydana gəlməsini simvollaşdırır. Toyda isə gəlin, içində köhnə pul, çiy yumurta və buğda olan bir qabı arxasına baxmadan başının üzərindən geriyə doğru atır. Qab nə qədər kiçik parçalara ayrılsa o qədər yaxşı olacağı düşünülür. Ayrıca gəlin ilə kürəkənə somun çörəyi verilir. Kim bu çörəkdən daha böyük parça qoparsa evdə onun sözünün keçəcəyinə inanılır.
Категория: Müxtelif | Просмотров: 942 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
ILKIN yazdıki >> biggrin biggrin biggrin biggrin angry 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.207
Tarix: 03.07.2011 ,16:25.

0  
 
fatinka yazdıki >> maraqlidir 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:85.158.144.183
Tarix: 26.05.2009 ,15:57.

0  
 
Black Life yazdıki >> gulmek gulmek gulmek gulmek gulmek gulmek 
__________
İstifadəçiəçi Adı:Black-Life
İP:212.38.115.18
Tarix: 25.05.2009 ,23:59.

0  
 
Anonim yazdıki >> Maraqlıdır. yerivar thanksyou yerivar 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.139.4
Tarix: 25.05.2009 ,16:36.

0  
 
Ruslan yazdıki >> gulmek gulmek gulmek 
__________
İstifadəçiəçi Adı:Floorida
İP:217.25.18.53
Tarix: 25.05.2009 ,00:52.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024