Главная
Регистрация
Вход
Cümə
29.03.2024
19:41
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

13:47
Var-dövlətdən üstün olan ağıl məktəbi...

Bir gün ölkənin kiçik qəsəbələrindən olan İtəndə belə bir xəbər yayılmış:
- Gözəl paytaxtımızda bir Ağıl Məktəbi varmış. Hər kim o məktəbə gedərsə orada ağıl öyrədilirmiş. Hər kəs bu xəbəri qarışıqlıqla bir-birinə izah edirmiş. Qəsəbənin ən zənginlərindən olan bir adam da bu xəbəri eşidincə qəhqəhələrlə gülməyə başlamış:- Camaat, həyatımda heç bu qədər komik bir şey eşitməmişdim. Bir insan ağıllıdırsa ağıllıdır. Sonradan ağıl qazanılarmı heç? Olacaq şeydirmi? Eşidilmişdirmi? Bu adam çox zəngin olduğu üçün uşaqlarının heç birisini oxutmamış. Elə çox pulu varmış ki, istəsə qəsəbənin hamısını satın ala bilərmiş. Lakin uşaqlarına davamlı belə deyirmiş:- Şükürlər olsun çox pulumuz var. Yenə də pulumuza pul qatmalıyıq. Nə qədər çox qazansaq o qədər güclü olarıq. Uşaqlarından biri isə, atasının bu düşüncəsinə qatılmırmış. Davamlı:- Atacığım, oxumaq kimisi vardırmı? deyirmiş. Bax nə çox pulumuz var. Amma bu pulla məlumat satın ala bilmərik. Buna kimsənin də gücü çatmaz. Niyə oxumağı pis görürsən? Adam, uşağının bu sözlərini günlərlə, gecələrlə düşünmüş dayanmış. Səhərlərə qədər ayıq olmuş: ‘Ağıl məktəbi? Ağıl məktəbi?' Bir səhər dözə bilməmiş və qərarını vermiş:- Belə olmayacaq. Bu Ağıl Məktəbi nəymiş gedib görəcəyəm. Adam səfər üçün hazırlanmış. Atına minmiş və yola düşmüşdür.

Günlər keçmiş. Gecələr keçmiş. Məmləkətindən ayrı tam otuzuncu gün olmuş. Günün birində, yolda ağır ağır gedən bir qocaya rast gəlmiş. Qocanın gözləri görmürmüş. Adam bu qocanın halına ağrımış. Yanına yaxınlaşaraq:- Ey yolçu, hara gedirsən? deyə soruşmuş. Qoca da paytaxta getmək istədiyini söyləmiş. Bunun üzərinə adam atından enmiş və qocanı atına mindirmiş:- Mən də paytaxta gedirəm. demiş. Bir gündəlik yolum qaldı. Birlikdə danışa danışa gedərik. Qoca atın üzərində, adam piyada səfərlərinə davam etmişlər. Şəhərə çatdıqları zaman adam qocaya:- Elə isə paytaxta gəldik, demiş. Burada enə bilərsən. Lakin qoca, adama bunları söyləmiş:- Madam bir yaxşılıq etdin, bunun gerisini də gətir. Məni şəhərin meydanına qədər apar. Ondan sonra get hara gedəcəksənsə. Adam heç qarşı çıxmamış və oldu demiş. Beş-on dəqiqə sonra şəhərin meydanına gəlmişlər. Tam bu sırada qoca qışqırmağa başlamış:- Kömək!.. Kömək edin. Bu adam atımı oğurlamaq istəyir. Bu fağıra kömək əlini uzadacaq yoxmu? Kömək! Meydandaki insanlar qaça qaça gəlmişlər onların yanına. Qoca kor olduğu üçün ona ağrımışlar və adamı günahlandırmışlar:- Utanmırsanmı bu yaşda oğurluq etməyə! Həm də kor bir adamın atını oğurlamağa çalışırsan. Adam qışqırırmış:- Xeyr yalan danışır. Bu at mənimdir. Onu yoldan mən götürdüm. Qocadır, yorulmasın, bir yaxşılıq etmiş olum, dedim. Bu at mənimdir. Mən həyatımda oğurluq etmədim. O yalançıdır.

Lakin gəl gələk insanlar adamı dinləməmişlər. Atı, kor qocanı və adamı düz şəhərin hakiminə aparmışlar. Hakim əvvəl kor qocanı, sonra adamı dinləmiş. Ardından da belə demiş:- Mənə bir baytar, bir nalbənd, bir də saraç çağırın. Dərhal gəlsinlər. gözləyirik. Adam bu üç adamın niyə çağırıldığını heç cür anlaya bilməmiş. Kimsəyə də soruşa bilməmiş. Məcbur olaraq çağırılanların gəlməsini gözləmiş. Qısa bir zaman sonra da hamı birlikdə gəlmişlər. Hakim gələnləri tək-tək hüzurunaə qəbul etmiş. Əvvəl baytar çağırılmış otağa. Hakim ondan soruşmuş:- Ata bax. Bu at hansı məmləkətə aiddir? Baytar belə cavab vermiş:- Çox çox araşdırmağa ehtiyac yoxdur. Bu at bu şəhərdən alınmamış. İtən bölgəsinə aid bir atdır. Adam öz məmləkətinin adını eşidincə heyrətlər içində qalmış. Bu səfər də hakim nalbəndi çağırmış və ona:- Sən də bu atın harada nallanıldığına bax, demiş. Nalbənd bir az araşdırdıqdan sonra bunları söyləmiş:- Bu at burada nallanılmamış. İtən bölgəsində atlar belə nallanıyar. Bizimkinə bənzəməz. Adam yenə çaşmış. Öz-özünə, ‘Necə belə bilərlər?' deyə soruşub dayanırmış. Hakim son olaraq saraca:- Bu atın qaçışımlarını araşdır, demiş. Necə yəhərlənmiş? Saraç heç gözləmədən cavab vermiş:- Hakim, ilk baxışda bizim bölgəmizə aid olmadığı aydın olur. İtən bölgəsinin qaçışım şəklidir. Hakim cavabları aldıqdan sonra atın sahibinə dönərək:- Bəli, sən doğru söyləyirdin, demiş. Bu at sənindir. Artıq atını götürüb gedə bilərsən. Qocaya da lazım olan cəza veriləcək. Heç maraqlanma. Lakin adam dözə bilməyərək hakimdən soruşmuş:- Siz belə bir şey etməyi necə düşündünüz? Bu adamlar, bu atın İtən bölgəsinə aid olduğunu haradan anladılar? Xahiş edirəm mənə söyləyərsinizmi bütün bunlar necə ola bilir? Hakim adamın sualına gülərək cavab vermiş:- Mən və bu gördüyün hər kəs, bu şəhərdəki Ağıl Məktəbini bitirdik. Hər şeyi o məktəbdə öyrəndik. Orada doğrunun harada və necə olduğunu öyrətdilər. Adam beləcə Ağıl Məktəbinin nə mənanı verdiyini yaşayaraq öyrənmişdir. Həyəcanla məmləkəti olan İtənə dönmüşdür. Bütün olanları ailəsinə və yoldaşlarına izah etmişdir. Sonra da bütün uşaqlarını bu Ağıl Məktəbinə göndərmişdir.

Anlamışdır ki, hər kəsdə ağıl var, amma onu istifadə edə bilmək üçün təhsil lazımdır.
 
Категория: Müxtelif | Просмотров: 901 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ILKIN yazdıki >> cool twk 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.207
Tarix: 03.07.2011 ,16:21.

0  
 
rihanna yazdıki >> cox uzundu neyse Eti ozumuzkudu sora oxuyara xebere gore tesekkurler 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.143
Tarix: 01.06.2009 ,11:47.

0  
 
fatinka yazdıki >> He duzdur:Anlamışdır ki, hər kəsdə ağıl var, amma onu istifadə edə bilmək üçün təhsil lazımdır. 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.149.66
Tarix: 31.05.2009 ,20:28.

0  
 
Anonim yazdıki >> Hamısını oxumadım ama təşəkkürlər. yerivar 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.137.206
Tarix: 28.05.2009 ,17:31.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024