Главная
Регистрация
Вход
Cümə
19.04.2024
21:25
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

14:04
Barmaq izləri
 
Rəhman və Rəhim Allahın adı ilə!
Əs-Səlamu Aleykum!
Əsas mövzuya gəlməmişdən öncə mövzumuzun daha aydın başa düşülməsi üçün bir neçə qeydləri etmək məcburiyyətindəyik.Allah subhənəhu və təalanın RəsulAllah (sallallahu əleyhi və alihi və səlləm ) əfəndimizə göndərdiyi müqəddəs Qurani-Kərim kitabı bütün zamanlarda insanların heyrətinə səbəb olmuşdur.Ola bilməz ki, bir insan ərəb dilini mükəməl bilsin və Qurani-Kərimi oxuyub ona heyran qalmasın.Çünki,Qurani-Kərimdə Allahın hökmləri çox gözəl ədəbi üslubla xalqa çatdırılıb.Ədəbi baxımdan çox gözəl və yerində cümlələr,çox zaman da qafiyəli şəkildə nazil olub.Məhz o zaman çoxu düşünürdü ki, bu şerdir.(Neuzubilah)Amma,o zamanın ən dahi və məharətli şairləri belə Quranın ədəbi üslubu qarşısında baş əyiblər.Zaman-zaman nə qədər qürurlarına sığışdırmasalar bu cümlələrin şer olmadığını,indiyə qədər mislinə rast gəlinməmiş tamam başqa üslubda olduğunu qeyd etmişlər.Məsələnin heyrətləndirici tərəfi isə budur ki,RəsulAllah(Səlləllahu əleyhi və alihi və sələm) əfəndimizin oxuma-yazma bilmədiyini Məkkədə bilməyən yox idi.Hətta,onun şer demək,bədii və gözəl cümlələr işlətmək qabiliyyətinin də olmadığını gözəl bilirdilər.RəsulAllah (Səlləllahu əleyhi və səlləm )bu sözləri deyəcək qüdrətə malik deyil.Ərəb ədibləri o zaman üçün yeni olan belə gözəl və cazibədar üslubda söz deyə bilməyəcəklərini etiraf edirlər.
Məkkədə belə bir dahi olmadığına görə ,RəsullAllahın ( Səlləllahu əleyhi və alihi və səlləm) da belə sözlər demək qabiliyyəti olmadığına görə bəs kim idi bu cümlələri ona deyən ?
Halbuki,nə onun yanına ustadlar gedib gəlirdilər,nə özü bədii məclislərdə iştirak edirdi,nə də tanıdıqları,dost-tanışı,qohum -əqrəbası içərisində bunları yazacaq qüdrətə malik bir insan yox idi.Həm də RəsulAllahın ( Səlləllahu əleyhi və alihi və səlləm) nə zamansa yalan danışdığını,günah işlətdiyini,bir sözlə səhv hərəkətini görən olmamışdı.Ancaq təkidlə iddia edirdi ki,bu sözlər onun sözləri deyil.RəsulAllahın( Səllallahu əleyhi və alihi və səlləm ) bu sözünə hər kəs istər-istəməz inanırdı.Hətta,bunu özü etiraf etməsəydi də hər kəs bilirdi ki, bu sözər onun sözləri deyil.Bəs kimin sözləri idi bu sözlər? Ömründə bir dəfə də olsun yalan danışmayan bir insanın "bu sözlər mənim sözlərim deyil,əksinə,Rəhman və Rəhim olan Allahın sözləridir" kimi sözlərini ağıl qəbul etməyə bilməz.
Quranın başqa bir gözəlliyi də budur ki, orda gələn hökmləri,fərmanları ən ədalətli hakimlər,dərin zəkalı mütəfəkkirlər,siyasətçilər və analitiklər bir araya gəlib araşdırsalar ağıl,məntiq və ədalətə zidd gələn heç bir fikir olmadığını istər-istəməz etiraf etmiş olarlar.
Quranın bir başqa özəlliyi də budur ki,ayələrdə insanlara elmi kəşflər üçün zəmin yaradan məlumatlar çatdırılıb.Amma,zamanında bunları təbii ki,heç kəs anlaya bilməmişdir.Allah istəsəydi bu sirləri o zaman kimlərəsə açardı.Amma,əsrlər boyu bu sirri heç kimə öyrətməmişdir.Bunda da bir hikmət vardır.Bəlkə də,üstündən əsirlər keçəndən sonra,texnika inqilabı olandan sonra,insanların müasir cihazlararla başqa planetləri səyahət etdikləri bir dövrdə Allah subhanəhu və təala istədiyi insanlara elm vermiş və bu kəşflərin Quranda öz əksini tapandan sonra insanların təəccübünə səbəb olmasını,"ilahi,müasir texnika dövründə bilinən bu elmləri 14-15 əsr bundan öncə oxuma-yazma bilməyən bir insan necə yaza bilər? Vallahi,bu sözlər qüdrət sahibi olan Allahdan başqasına aid deyildir" kimi təəccüb və heyrət dolu fikirlər səsləndirmələrini istəmişdir.Hikmət sahibi Allahdır.Ən doğrusunu o bilir.
Ağıllara durğunluq gətirən ayələrdən biri də Qiyamət surəsinin 3 və 4-cü ayələridir:
Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
Daha sonra Allah buyurur:
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
Ayədə keçən "bənənə" sözü ərəb dilindən "barmaq",daha çox "barmaq ucları" kimi tərcümə edilir.
Məsələnin bir neçə qəribə cəhəti var.
Niyə məhz barmaq ucları?
Bədəndə gözlə görülə biləcək ən kiçik hissəciklər olduğu üçünmü? yoxsa,düzəldilməsi (yenidən qurulması,sağaldılması) daha çətin olduğu üçünmü?
Halbuki,bəlkə də müalicə ediməsi ən çətin olan bədən üzvü gözdür ki, əgər kəsici alətlə göz bəbəyinə toxunulsa bir daha sağalması imkansızdır.Bəs niyə bu həssas orqanın adını çəkmədi məhz barmaq ucarının adını çəkdi Allah Quranda?
Təbii ki, gözləri min bir möcüzə ilə yaradan Allah onu məhv etdikdən sonra yenidən əvvəlki kimi təmir edə bilər.Demək ki,barmaq uclarının xüsusi qeyd ediməsinin başqa hikmətləri də var:
1.Müasir dünyamızda bu ayənin nazi olduğu tarixdən əsrlər keçdi.18-ci əsrə qədər hələ heç kimə məlum deyildi ki,hər insanın özünə xas barmaq ucları var.Məhz 1844-cü ildə İngiltərədə cinayətkarların barmaq izlərinin götürülməsi və cinayətlərinin barmaq izləri vasitəsilə sübuta yetirilə bilinəcəyi qərarına gəlindi.Günümüzdə də bu üsuldan istifadə edilir.
2.Əbəs yerə bu ayə "qiyamət" surəsində,yəni, haqq-ədalət,ilahi məhkəmə günü ,cinayətkarların,günhkarların cəzalarını,Allahın əmrindən çıxmayanların mükafatlarını alacağları qiyamət günü ilə əlaqədar endilirmiş surədə gəlməyib.Ağıl sahibləri bütün bunlar üzərində düşünməlidirlər.
Ola biməzdi ki,14-15 əsr bundan öncə bu sirrlər kiməsə məlum olsun.Ola bilməz ki, əsrlər öncə bundan hansısa insanın xəbəri olsun və bütün bunları qələmə alsın.
Deməli bu ayədə məhz barmaq uclarının adının qeyd edilməsi həm də ona görədir ki, nə qədər hər kəsin özünə məxsus barmaq ucları olsa da,qəbirlərdə çürüyüb məhv olsa da,torpaq olub külək vasitəsilə dünyanın min bir yerinə səpələnsələr də ,yandırılaraq kül edimiş olsalar da qüdrət sahibi olan Allah bir anın içində hər kəsin öz barmaq uclarını səhv salmadan,bir-birinə qarışdırmadan dəqiqliklə onların cəsədlərinə qaytarıb dirildəcək,qəbrlərdən çıxardıb ədalət məhkəməsinə toplayacaqdır.
Müqəddəs Qurani-Kərimi RəsulAllah ( sallallahu əleyhi və Alihi və səlləm)əfəndimizə haqq olaraq endirən sonsuz qüdrət sahibi Allaha sonsuz həmd və şükürlər olsun! Ən doğrusunu Allah bilir!

P.S
.Mətndə qrammatik xətalar ola bilər.Ümid edirik ki,inşaAllah üzrlü hesab edersiniz!
Vəssəlam!
Səlam Aleykum!
Категория: İSlam | Просмотров: 910 | Добавил: Black-Life | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Black Life yazdıki >> Ele ona göre qoymushem ki camahat qocalsın gulmek gulmek gulmek 
__________
İstifadəçiəçi Adı:Black-Life
İP:82.118.157.172
Tarix: 01.06.2009 ,11:26.

0  
 
rihanna yazdıki >> Black-Life men bunu oxuyana qeder 99 yasinda olaram 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.143
Tarix: 01.06.2009 ,11:10.

0  
 
fatinka yazdıki >> yaman coxdureee 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.149.187
Tarix: 31.05.2009 ,20:01.

0  
 
Anonim yazdıki >> Təşəkkürlər. yerivar 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.139.72
Tarix: 31.05.2009 ,16:08.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024