Главная
Регистрация
Вход
Cümə Axşamı
25.04.2024
02:07
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

11:58
Ağıla və qəlbə işıq saçan Sözlər [Qeybət və Yaltaqlıq] - [34 Aforizm]
 
1. Qeybətin nə olduğunu bilirsinizmi?Qardaşınız xoşlanmayacağı şeylərlə onu xatırlamağınızdır..(Həzrəti Muhəmməd s.a.v)

2. Qeybət etmək aciz insanın işidir..(Həzrəti Əli əleyhissalam)

3. Başqalarını pisləmək üçün edilən qeybətdən alınan zövq başqalarını alçatdığımız ölçüdə özünüzü ucaltdığımızı sanmaqdır..(Rene Dekart)

4. Başqalarının qeybətini edən bir gün sənin də qeybətini edər..(Naməlum)

5. Başqalarının sizn qeybətinizi etməyindən kədərlənməyin.Çünki qeybət edən özü də bilmədən sizə yaxşılıq etmiş olur..(Əbu Müslüm Xorasani)

6. Başqalarının sözlərini sənə çatdırn şəxs,bil ki,sənin də sözlərini onlara çatdırır..(Həsən əl-Bəsri)

7. Qeybət bəsit ruhlu insanların əyləncəsidir..(Toma Kornell)

8. Qeybətə qulaq asan şəxs qeybət edən şəxs qədər günahkardır..(Ceyms Rendal)

9. Qeybət edən şəxs tacir kimi aldığı sözü dərhal satmaq məcburiyyətindədir..(Con Cavel)

10. Dünyada ən asan şey qeybət etmək,ən çətin şey isə özünü tanımaqdır..(Con Lebbok)

11. İnsanı yaxşı tanımaq istəsən,heç kəsi inandıra bilməzsən,yox,əgər pisləsən,hər kəsi inandırarsan..(Con Dreper)

12. Mübahisə etmək kişilərə,qeybət etmək isə qadınlara məxsusdur..(Luiza Mey Olkott) http://i046.radikal.ru/1106/3a/eefb1cbe65f9.jpg
Yaltaqlıq

1. Üzünə baxa-baxa təriflənən və təmiz olduğu söylənilən
kişi yaralanmış kimidir..(Həzrəti Muhəmməd s.a.v)

2. Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı,yəqin ki, yaltaqlar..(Mirzə Ələkbər Sabir)

3. Üzə tərif söyləmək yaltaqlıq əlamətidir..(Aristotel)

4. Hamını tərifləyən adam heş kəsi qiymətləndirmir..(Samuel Consan)

5. Yaltaq əhlilləşdirilmiş heyvanları ən təhlükəlisidir..(Sinoplu Diogen)

6. Səmimiyyətdən çətin,yaltaqlıqdan asan heç nə yoxdur..(Fyodor Mixayloviç Dostoyevski)

7. Bütün yaltaqlar,adətən,yalançı olur..(İohann Engel)

8. Uğur qazanmaq istəyirsənsə,yaltaqlıqdan uzaq ol..(İbn Sina)

9. Üzə deyilən tərif həm danışanı,həm də dinləyəni rüsvay edir..(Deyl Karengi)

10. İikiüzlülük rəzalətin ləyaqətə ödədiyi vergidir..(Fransua de Laroşfuko)

11. Hamımızın yaltaqlığı pisləyib-yamanlayırıq,ancaq özümüz bizə yaltaqlananlara,
bizi öyənlərə nəninki dözür,hətta onlara rəğbət duyuruq..(Fransua de Laroşfuko)

12. Sevdiyin və Hörmət etdiyin adama heç vaxt yaltaqlanma..(Jan Batist Molyer)

13. Yalnız ən nanəcib adam üzə tərifləyib,dalca söyə bilər..(Pifaqor)

14. Yaxşı günündə sənə yaltaqlanan adam pis günündə sənə balaq atar..(Platon)

15. Adamları layiq olduğundan az öymək paxıllıq,çox öymək isə yaltaqlıqdır..(Edvard Rend)

16. İkiüzlü adam həmişə kölədir..(Roman Rollan)

17. Bir şey fikirləşib başqa şey demək rüsvayçılıqdır; bir şey fikirləşib başqa şey
yazmaq isə ondan da pis rüsvayçılıqdır..(Litsi Anney Seneka)

18. Siz haqlısınız,o,ikiüzlü adamdır,ancaq buna görə onu qınamayın,çünki onun öz üzü qədər
iyrəncdir ki,daha bir üzdən istifadə etməli olur..(Çarlz Persi Snou)

19. Yaltaqlıq edən səni ya aldadır,ya da aldatmaq istəyir..(İtalyan atalar sözü)

20. Yaltağın sözü zəhər qatılmış bal kimidir..(Latın atalar sözü)

21. Yaltaq nə özü,nə də özgələri haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıq edir..(Jan Labrüer)

22.Dünyada üç şey təhlükəlidir:uşaq əlində bıçaq,axmaq əlində
hakimiyyət,yaltaq dilində tərif..(Monqol atalar sözü)
Категория: Müxtelif | Просмотров: 773 | Добавил: QaraQan_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
ilkin yazdıki >> cool cool twk 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.219
Tarix: 25.06.2011 ,15:58.

0  
 
Melek yazdıki >> Tesekkurler super idi. 
__________
İstifadəçiəçi Adı:_Melek_
İP:85.132.56.44
Tarix: 23.06.2011 ,15:18.

0  
 
Leyla yazdıki >> Tsk amma axira kimi oxuya bilmedim coooox uzun idi!! 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.31
Tarix: 23.06.2011 ,12:54.

0  
 
aysel yazdıki >> TSK maraqlidir 
__________
İstifadəçiəçi Adı:Aysel_282
İP:85.132.62.193
Tarix: 23.06.2011 ,12:49.

0  
 
Said yazdıki >> surprised Tshk.. 
__________
İstifadəçiəçi Adı:Leito
İP:88.151.194.58
Tarix: 23.06.2011 ,12:36.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024