close
Главная » 2014 » Yanvar » 28 » Allaha inan
15:31
Allaha inan



Bəzi insanlar özləri də daxil olmaqla kainatda gördükləri hər şeyi mütləq varlıq zənn edirlər. Allahı isə bu mütləq varlıqları əhatəyə alan xəyal kimi təsəvvür edirlər. Allahı gözləri ilə görə bilmədikləri üçün "Yəqin ki, Allah bizim görə bilməyəcəyimiz bir yerdə, kosmosun və ya göylərin uzaq bir guşəsindədir” deyirlər. Bunların hamısı böyük bir qəflətdir. Çünki Allah sadəcə göylərdə deyil, hər yerdədir. Allah tək mütləq varlıq olaraq bütün kainatı, bütün insanları, yerləri, göyləri, bir sözlə, hər yeri əhatəyə alıb və Allah bütün kainatda təcəlli edir. 

Yanınızda bir şəxs əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, Cənub qütbündə başqa bir insan da eyni şəkildə Allaha yönəlsə, Şimal qütbündə də bir insan əllərini göyə qaldırsa, Yaponiyadakı, Amerikadakı bir insan da həmçinin əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu vəziyyətdə hər hansı bir sabit yöndən bəhs etmək mümkün deyil. Unutmamalıyıq ki, Rəbbimiz zamandan və məkandan münəzzəhdir. Allahın təcəlliləri isə hər yerdədir. Bir insan otağa girib "Allah burada yoxdur” desə, Allahı inkar eləmiş olur. Allahın təcəllilləri o otaq da daxil olmaqla hər yerdədir. Siz hansı tərəfə çevrilsəniz, Allahın təcəllisi oradadır. 

Allah hər yeri əhatəyə alıb, bizə şah damarımızdan da yaxındır. Hansı tərəfə çevrilsək, düşünərək qəlb gözü ilə baxsaq Allahın üzünü görərik. Eynilə Quran ayələrində deyildiyi kimi. ”Onun kürsüsü bütün göyləri və yeri əhatəyə almışdır”. "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.” (Nisa surəsi, 126) "...həqiqətən də, O, hər şeyi əhatə edir.” (Fussilət surəsi, 54). Quran ayələrinin bu qədər aydın şəkildə olmasına baxmayaraq, bəzi insanlar oxuyub təfəkkür etmək, qavramağa cəhd etmək əvəzinə, xurafatlarla, ya da öz xəyali fərziyyələri ilə kifayətlənirlər. 

Elə bu mövzunu örnək götürək: Allahın hər yerdə olması bəzi adamları həqiqətən də narahat edir. Allahın göydə olmasını istəyirlər. Göyün bir yerində olmasını istəyirlər, göyün hər yerində deyil. Göyün sonsuz olduğunu düşünürlər, Allahın isə bu sonsuzluq içində hər hansı bir yerdə. Sonsuzluqla müqayisə edəndə isə hər hansı bir yerdə olan, nə qədər böyük olursa-olsun, bir həcm alan şey sonsuz kiçikdir. Əgər kainatın sonsuz olduğu düşünülürsə, Allahın da bu sonsuzluq içində bir yerdə dayandığı fərz edilirsə, (Allahı tənzih edirəm) deməli Uca Allahın kiçik olduğu düşünülür. Bu həqiqətən də Allaha qarşı tərbiyəsizlikdir, əxlaqsızlıqdır. 

Bəzi adamlara Allah hər yerdədir deyəndə, "Əgər belədirsə, məsələn, Rəbbimiz otağın içindədirsə və bizim hər yerimizdədirsə, onda (Allahı tənzih edirəm) Allah oluruq” - deyə cavab verirlər. Biz Allahın Zatına ibadət etməliyik. Təcəllisi olmaq ayrıdır. Allahın zatı ayrıdır. Əlbəttə ki, biz Allahın təcəllisiyik və hər yerdə Allah var. Bizim bədənimizin içində də var. Uşaq vaxtları "hikmətli qocaların” Allah haqqında etdikləri söhbətlərdə tez-tez bu sualı eşidirdim: "Allahı necə sübut etmək olar? Sən televizor görüntüsünü göstərə bilirsən və ya radionun səsini göstərə bilirsən? Və ya ağlını göstərə bilirsən? Ağlını göstərə bilmirsənsə, deməli Allahı da göstərə bilməzsən" deyə açıqlayırdılar.

Düzdür ki, Allah fiziki gözlə görünməz, maddi əllə də toxunulmazdır. Çünki məkanı və zamanı olan bir varlıq deyildir bizim kimi. Zamandan və məkandan kənardadır. Çünki zamanı, məkanı da özü yaradıb. Amma qəlb gözü ilə, Allahın isimlərini dərindən təfəkkür edərək Onun Uca Zatının möhtəşəm təcəllilərini hər yerdə görə bilərik. Təcəllilərini görərik və də üzərlərində yaradılış möcüzələri kimi dərin düşünərik, lakin ibadət təcəlliyə qətiyyən edilməz. İbadətə layiq olan Allahın Zatıdır...
Категория: İSlam | Просмотров: 364 | Добавил: melek_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]