Главная
Регистрация
Вход
Cümə Axşamı
25.04.2024
07:43
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

15:47
Bakıda yaşayan Mavi ilə müsahibə,
 
Düzünü deyim ki, onu görəndə məəttəl qaldım. Bu zərif «qız»ın nə vaxtsa kişi olduğuna inanmadım. Bəlkə də, məni aldadır deyə fikirləşdim. Yaxınlaşıb salamlaşdıq. Səsi çox zərif idi. Xarici görkəmindən şou ulduzlarına çox oxşayırdı. Tatuyaj olunmuş qaşlar, gelli, dolu, pomadalı dodaqlar, uzun, sarı saçlar, makiyajlı sifət, iri, silikonlu sinə...
Əvvəlki adını məndən gizlədən müsahibim elə cinsini dəyişdirəndən sonra götürdüyü qız adını gizlədirdirdi. Onun ünvanına dediyim sözlərə, bu yoldan çəkinməsi üçün gətirdiyim arqumentlərə "sən məni başa düşmürsən" deyə cavab verir, mənim onun haqqında fikirlərimi dəyişməyə çalışırdı...
- İndiki məni mövqeyimdən döndərmək istəyirsən, onda gəl şərt kəsək. Sən səmimi danış, əvvəlcə özünü təqdim et.
- Mən indiki adımı deyə bilmərəm. Bu, çox məşhur addır. Sonra mənimçün yaxşı olmaz.
- Yaxşı, elə isə əvvəlki adını de.
- Bunu da deyə bimərəm.
- Bəs nəyi demək istəyirsən?
- Bu, rəhmətlik bibimın adıdır. Mən onu çox istəyirdim. Amma indi bu sözü deyəndə elə bilirəm ki, ona ləkə vururam. Onu istəməkdən də qorxuram indi. Demək istəyirəm ki, düşdüyümüz bu yol istəyimizlə deyil, bədbəxt taleyimizin bizə verdiyi dəhşətli həyatdır. Mən orta məktəbdə oxuyanda idmanla məşğul olurdum. Atam-anam kənddə, mən isə baba və nənəmin yanında, rayonda yaşayırdım. Ərköyün idim. Oxuduğum orta məktəbdə də, evdə də qohumlar arasında da sevimli idim. Yaşım artdıqca hiss edirdim ki, sinifdəki, qonşuluqdakı qızlar ətrafdakı oğlanlardan daha çox mənə sual verir, mənimlə danışmaq istəyir. Bir sözlə, mənə daha çox diqqət göstərirdilər. İçimdə qızlara qarşı nə isə qeyri-adi, şirin bir hissin hakim olduğunu hər gün daha çox yəqin edirdim. Dərslərimə də maraq göstərirdim. Amma bütün günü fikrim qızların yanında idi. İdmanla məşğul olduğum üçün fiziki cəhətdən sinif yoldaşlarımdan, yaşıdlarımdan daha tez inkişaf etmişdim. 14 yaşıma təzə keçmişdim. Ad günüm şahmat yarışmasında keçdi. Mən birincilik qazandım. Evə gələndə bütün qohumlarımızın babamgilə yığışdığını gördüm. Nənəmlə anam böyük stol açmışdılar. İndi də o günlər yadıma düşəndə dəhşətə gəlirəm. Düz deyirlər ki, heç kəs bir azdan başına gələcəyi qəzadan xəbərsizdir. Sevinc, fərəh içində keçirdiyim həmin günün gecəsi çox pis xəstələndim. Temperaturum xeyli qalxdı. Nənəm deyirdi ki, qızdırmadan huşumu itirib sayıqlamağa başlamışam. Xülasə, məni təcili xəstəxanaya çatdırıblar.
- Xəstəliyinizin səbəbi nə idi?
- Özüm də bilmirəm. Həkimlər dedi ki, soyuqlamışam. Ola bilər. Orda məni 2 həftə müalicə etdikdən sonra evə buraxdılar. Xeyli zəfiləmişdim. Elə buna görə də həkimlərin məsləhəti ilə bir də müalicə edildim. "Qlükoza”, müxtəlif vitaminlərlə doldurulmuş iynələrlə bədənimi dəlik-deşik etdilər. Artıq idman etməyə də həvəsim qalmamışdı. Bütün bunlar məni qorxutmurdu. Dərsə getdiyim gün isə özümdə baş açmadığım bəzi hisslər yarandığını hiss etdim. Artıq qızlar da mənimçün maraqlı deyildi. Nə istədiyimi özüm də bilmirdim. Yuxarı siniflərə kecdikcə qadınlara qarşı heç bir hissimin olmamasını hamıdan gizlətməyə çalışırdım. Yalandan özümdən qat-qat artıq qızlara elçi düşürdüm ki "yox” desinlər.
- Sizə nə olmuşdu?
- Çox sonralar məni müalicə edən həkimimlə görüşdüm. Ona sirrimi açdım. O, bunun səbəbini izah edə bilmədi. Amma sarsıldığını bildirdi.

- Böyüdükcə bu çatışmazlığınızı necə ört-basdır edirdiniz?
- Bilirsiniz, bütün günü oxuyurudum. Özümə belə imic qazandırdım ki, mən, sadəcə, oxuyanam. Heç kimlə heç yerə getmirdim. Ancaq oxuyurdum. Biləsiniz ki, rola girib yaşamaq nə qədər çətindir. Mən cəhənnəm əzabı çəkirdim.
- Bəs necə oldu ki, sirriniz faş oldu?
- Nənəm bütün günü məni bezdirirdi ki, hərdən bir sinif yoldaşlarıma qoşulub havaya çıxım. O, məni əsgərliyə yola salanda isə "salamat qayıt gəl, dayın qızını sənə alacam. Özləri də razıdır, hər şeyi düzüb-qoşmuşam, sən gəlincə qız da orta məktəbi bitirəcək” dedi. Nə qədər qəribə olsa da, nənəm mənim oxumağımı deyil, evlənməyimi istəyirdi. Artıq babam da rəhmətə getmişdi.
- Əsgərliyin necə keçdi?
- Monqolustanda xidmət etdim. O zaman mən hələ də çatışmazlığımı hamıdan gizlədirdim. Onu da deyim ki, xidmət etdiyim hərbi hissədə məndən başqa azərbaycanlı yox idi. Belə olanda insan özü rahat ola bilmir. Mən bir dəqiqə də rahat ola bilmirdim. Bir gün sirrimi məndən aşağı çarpayıda yatan rusa açdım. Elə bədbəxtliyim də bundan sonra başladı. Bəlkə də, o dəhşətli hadisə olmasaydı, mən bütün ömrümü elmə həsr edib yaşayardım. Sirrimi açdığım əsgər yoldaşım məni satdı. Bir dəfə gecə 4 əsgər yoldaşım məni zorladı. Ayılanda özümü xəstəxanada gördüm. Sonra isə məni ordudan tərxis etdilər. Çalışırdım ki, heç kəs bunu bilməsin. Yalandan deyirdim ki vərəmə tutuldum, ona görə evə göndərdilər. Dayım qızını mənə aldılar. Biz iki il yaşadıq. O, taleyi ilə barışıb oturmaq istəyirdi. Mən razı olmadım. Onunla danışıb Rusiyaya yollandım. O da evlərinə qayıtdı. Hamı elə bildi ki, mən onu atıb qaçmışam. 5 ilə yaxın Sibirdə yaşadım, dözmədim, qayıdıb gəldim. Rayonumuza dönmədim. Elə Bakıda yaşamağa başladım. Eşitdim ki, dayım qızı başqası ilə ailə qurub, iki oğlu olub, çox sevindim. O, nənəmi son gününə qədər tərk etməmişdi.
Nənəm öləndən sonra evdən çıxmışdı.
- Bakıda həyatın necə keçirdi?
- Bakıya "mavi”lik eşqi ilə gəldim. Çünki Sibirdə olanda özümə sevgili tapdım və bununla mənə nəyin vacib olduğunu bildim. O, özü məni hiss etmişdi, transseksual idi.
- Bakıda özünə sevgili tapa bildinmi?
- Bakıda da bu işlə məşğul oldum. Yəni bir nəfərlə sevişirdik. Cinsimi dəyişdirənə kimi onunla yaşadım. Onun dostları çox idi. Dubaya da gedirdilər. Yaxşı qazanırdılar. Bir gün dostum mənə cinsimi dəyişdirməyi məsləhət gördü. Çünki mən qadın olmaq istəyirdim. Eyni zamanda, kasıblıqdan qurtarmaq istəyirdim. O qədər ehtiyaclarım var idi. Onu da deyim ki, Sibirdə olanda mənə dedilər ki, Bakıda «mavi»lər yaxşı qazanır. Bu sahəyə qadağa qoyulmayıb. Hər kəs istədiyi kimi fəaliyyət göstərə bilər. Amma Sibirdə belə deyildi. Bir sözlə, cinsimi dəyişdim. Bu, çətin proses idi. Moskvaya həkimə getdim. O, mənə əvvəlcə hormonal dərmanlar atmağı məsləhət gördü.
- Bunlar nədən ötrü idi?
- Tüklərin zəif çıxması, dərinin kövrəkləşməsi, bir sözlə, incə qadınlığa hazırlıq mərhələsi idi. İki ildən sonra isə cinsimi dəyişmək üçün cərraha müraciət etdim.
- Əməliyyat harda keçdi?
- Yox, bu barədə heç nə deməyəcəyəm. Bu, dəhşətli əməliyyatdır. 4 dəfə cərrah müdaxiləsindən sonra dəyişiklik oldu. Amma sinəmə silikon qoyduranda vəziyyətim ağırlaşmışdı. Həyatdan əlimi üzmüşdüm.
- İndi yaxşı qazanırsınız?
- Hə. Heç ağlınıza da gəlməz. Bizi elə məşhur, pullu, vəzifəli kişilər sifariş edirlər. Bəzən elə olur ki, bir gecəyə 200-600 dollar qazanırıq.
- Ad çəkə bilərsiniz?
- Özümü və sizi pis vəziyyətdə qoymaq istəmirəm.
- O məşhur varlı kişilərin Sizdən niyə xoşu gəldiyini izah edə bilərsinizmi?
- Hə. Sadəcə, onların pulları çoxdur. Demək, imkanları da genişdir. Bilirsiniz, onlar artıq qadınlardan da beziblər. Hamı bilir ki, Azərbaycanda da, dünyanın hər yerində də pullu kişilər ən gözəl qadınlara da xəyal kimi baxmırlar. Qadınlarla bağlı bütün arzuları gerçəkləşən kişilər üçün həyatda maraqlı heç nə qalmır. Axı gülməli olsa da, deyim ki, biz qeyri-adi cinsə mənsubuq. Bizi sifariş edənlərin içində yüksək çinli məmurlar da olur. Adamın inanmağı gəlmir ki, adam içində ciddi-ciddi danışan bu boyda kişilər bu qədər rəzil ola bilərlər.
- Bəs qadınlar, olubmu ki, Sizi hansısa qadın sifariş etsin?
- Hə, bu olur bəzən. Sadəcə, onlar məzhəkəyə baxmaq istəyirlər.
- Məzhəkə deyəndə nəyi nəzərdə tutursunuz?
- Bu barədə danışmayaq. İstəmirəm, həyatın bu qədər murdar olduğunu biləsiniz.
- Həyatda ən böyük arzunuz nədir, nə vaxtsa əvvəlki həyatınıza qayıtmaq istəyərsinizmi?
- Ümumiyyətlə, arzularım yoxdur. Əvvəllər evim, maşınım olmasını istəyirdim, indi onların hamısı var. Və mən heç nə istəmirəm. Xeyli pulum var. Yay istirahətini bu il İspaniyada keçirdim. Amma nolsun ki... Arzuladığılm həyatın heç vaxt mənə nəsib olmayacağını bilə-bilə nəyə görə özümü aldatmalıyam
Категория: Xeberler | Просмотров: 1895 | Добавил: Eti_282 | Рейтинг: 2.0/3
Всего комментариев: 15
0  
 
ilkin yazdıki >> bune xeberdi etiye yox deyek 1-12 1-13 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.198
Tarix: 18.06.2011 ,16:39.

0  
 
amalya yazdıki >> tesekkurler 
__________
İstifadəçiəçi Adı:gulay
İP:213.154.22.174
Tarix: 05.03.2011 ,13:47.

0  
 
SeCReT yazdıki >>
fionaaa
reklam elemede guya qardasini tanimiriq..
Etican sende bunlardansa??? ancaq bele xeberler gonderirsen ee)))
Tesekkurelr.Ozude ora diqqet yazilib..Onu kimdi sayan ee???
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.20.231
Tarix: 02.10.2010 ,19:03.

0  
 
ulvi zeynalli yazdıki >> fionaaa,xmmmmmmm 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.7
Tarix: 22.09.2010 ,23:36.

0  
 
rihanna yazdıki >> alim olmasada AMI-de oxuyur kucdum 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.194.4.192
Tarix: 22.09.2010 ,10:52.

0  
 
Ruslan yazdıki >> laughing-1- laughing-1- 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.137
Tarix: 21.09.2010 ,22:32.

0  
 
ulvi zeynalli yazdıki >> fionaaa,Sənin qardaşinda lap alim uşaqdiyeeee gulmek 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.167
Tarix: 21.09.2010 ,20:24.

0  
 
rihanna yazdıki >> menim qardasim tibb universitetinde oxuyur o dedi ki bele adamlara gulmek olmaz onlar xestelikden bu gune dusurler hem fiziki cehetden catismamazliq olar hem de psixoloji xeste olurlar bele hiss eliyenden sora 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.113.29
Tarix: 20.09.2010 ,09:22.

0  
 
rihanna yazdıki >> sen niye ancaq mavilerden xeber qoyursan?xosun gelir onlardan diyesen gulmek 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.113.29
Tarix: 20.09.2010 ,09:14.

0  
 
Ilqar yazdıki >> Eti Bu Nedii ee 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.55.34
Tarix: 19.09.2010 ,13:23.

0  
 
Ruslan yazdıki >> eti dən çıxsa çıxsa uzaq başı bu çıxar 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.139
Tarix: 18.09.2010 ,00:04.

0  
 
fatinka yazdıki >> Ayda bunlar bedbexdiyee 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:91.135.250.136
Tarix: 17.09.2010 ,21:27.

0  
 
ulvi zeynalli yazdıki >> Belə Maraqli Xəbərlər Ancaq Etidən Çixarda thanks gulmek gulmek 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.187
Tarix: 17.09.2010 ,18:23.

0  
 
ilkin yazdıki >> oxumaga axot yoxdu amma adindan gorrurem nedi:gulmek: 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:80.69.58.143
Tarix: 17.09.2010 ,15:59.

0  
 
Ruslan yazdıki >> fuuu pis 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.139
Tarix: 17.09.2010 ,15:49.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Sentyabr 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024