Главная
Регистрация
Вход
Cümə
26.04.2024
01:59
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

08:24
Bakıya kenquru gətirilib
 
Bakı Dövlət Sirki payız mövsümü ilə əlaqədar bu gündən maraqlı tamaşalara start verir. ANS PRESS-in məlumatına görə, sirkdə Moskva Dövlət Sirkinin əməkdaşları xüsusi proqram əsasında çıxış edəcəklər.

Tamaşa üçün Rusiya və Ukraynadan 3 pələng və 1 şir, Avstraliyadan isə 1 kenquru gətirilib. Heyvanların təlimçisi Rüstəm Baccanovun ANS PRESS-ə verdiyi məlumata görə, 30 ildən sonra yenidən Bakı tamaşaçıları pələnglərin iştirakı ilə xüsusi nömrələri seyr edə biləcəklər. Pələnglərin arasında Qırmızı kitaba düşən amur pələngi də var. Bu pələng yaşına görə hələ tələbə sayılır. Onun 4 yaşı olsa da, özündən böyük 2 pələngdən daha iridir. Təlimçi bunu onun növü ilə əlaqələndirib.

Təlimçi artıq 1983-cü ildən bu işlə məşğul olduğunu deyir. Onun sözlərinə görə, heyvanlara qulluq elə də asan iş deyil. Hər pələng gün ərzində 7 kiloqram təzə ət, süd, meyvə və s. bu kimi vitaminlərlə zəngin qidalar qəbul edir. Onların təmiz və təzə qidası vacib şərtdir. Təlimçi vəhşi dostlarına çox inanır. Onlardan hansısa təhlükənin gəlməyəcəyinə inanır.

Sirkin direktoru Mirvaqif Bağırzadə də heç bir təhlükənin olmayacağına vəd verdi. Onun sözlərinə görə, pələnglərin çıxışı zamanı səhnə xüsusi örtüklə bağlanacaq. Bundan əlavə yanğınsöndürmə xidmətinin əməkdaşları da pələnglərin nömrəsi zamanı su şlanqları ilə hazır vəziyyətdə dayanacaqlar.

"Pələnglərin iştirakı ilə ilk tamaşa bu gün saat 19:00-da başlayacaq və bir ay müddətində davam edəcək. Bundan əlavə, sirkdə illüzion tamaşalar, kenquru ilə nömrə, ponidə çapan meymunlar, həmçini dəvəquşularla da görünməmiş tamaşalar göstəriləcək”, - deyə Mirvaqif Bağırzadə bildirdi.

Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov ANS PRESS-ə verdiyi məlumata görə, tamaşa bir ay müddətində davam edəcək. Biletlərin qiyməti isə 4 manatdan 10 manata qədərdir.

"Tamaşalarımız cümə, şənbə və bazar günləri saat 12:00, 15:00 və 19:00-da keçiriləcək. Qarşıdan noyabr ayında məktəblilərin tətili və bayram günləri gəlir. Belə günlərdə hər gün tamaşalarımız olacaq. Tamaşanın davametmə müddəti 2 saatdan bir az artıqdır. Biletlərin qiyməti yerlərin sırasına görə dəyişir”, deyə Mahir Hümbətov bildirdi.

Sirk rəsmisinin sözlərinə görə, tamaşaçıları çox maraqlı bir proqram gözləyir. Hər halda, uşaqların asudə vaxtını xoş keçirtməli üçün sirkə baş çəkmək pis olmaz.

Категория: Xeberler | Просмотров: 1426 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
ilkin yazdıki >> 12 MAYKTASINLA BOKS ELEYECEK 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.198
Tarix: 18.06.2011 ,16:19.

0  
 
fatinka yazdıki >> xos gelib ne deyek?! 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:85.132.29.186
Tarix: 09.11.2010 ,17:43.

0  
 
Ruslan yazdıki >> Ülvi oxşarlıq var haa ) ( Zarafat ) 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.67
Tarix: 09.11.2010 ,17:40.

0  
 
Ilqar yazdıki >> baxaqda vaxt olsa gelerik thanks 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.83.109
Tarix: 24.10.2010 ,19:50.

0  
 
SeCReT yazdıki >>
Biy Super..Gederik???
YAda siz zooparka getmek istesez ele bize gelersiz.Yabani heyvanlarda movcuddur..
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.19.74
Tarix: 24.10.2010 ,12:14.

0  
 
Ilqar yazdıki >> thanks 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.83.109
Tarix: 24.10.2010 ,11:07.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Oktyabr 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024