Главная
Регистрация
Вход
Cümə
29.03.2024
05:11
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

20:19
Bir uşağın Namaz qılma əhvalatı
 
Bir uşağın namaz qılma Əhvalatı:

Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi. Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi.

Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi. Çox istəməsinə baxmayaraq heç cür nəfsinə qalib gələ bilmirdi. Bir gün yoldaşları onlara qonaq gəldi. Onlardan biri anasını da gətirmişdi. Xala elə şirin danışırdı ki, onu dinləyən saatlar keçsə usanmazdı. Xala bir ara namaz mövzusuna toxundu. O izah edərkən, Türkan xanım anasını xatırlamış və anasının köhnə günlərdəki namaz xəbərdarlıqlarını düşünürdü. Indi də xalanı zövqlə dinləyirdi.

Türkan Xanımın kiçik oğlu Zəkəriyyə, dörd yaşında idi. Oynadığı oyunu buraxmış, xalanın oturacağı dibində iki əlini yumruq edib üzünə söykəmiş bir şəkildə, tərpənmədən dinləyirdi. Anası Kərəm üçün mətbəxlə salon arasında var-gəl edərkən mövzu dəyişmişdi. O da onların yanına oturub söhbətin gözəlliyinə qapılaraq çayını içməyə başladı.

"Ana, sənin yerinə mən namaza başlayacağam"

Tam bu sırada mətbəxdən bir səs-küy gəldi. Arxasından da oğlunun qışqırığı eşidildi. Təlaşla mətbəxə qaçdı Türkan xanım. Indi də qorxuyla arxasından getdilər. Oğlu bir kürsü qoyaraq tualetə çıxmışdı. Bir ayağı əlüzyuyanın içində, digəri isə çöldə idi. Kürsü aşmış yerdə olanda da, oğlu da əlüzyuyanın kənarında qorxmuş bir şəkildə asılı dururdu. Qaçıb qucağına götürdü. Su içəcəyini zənn edərək:
"Istəsəydin mən verərdim balam, ya düşüb bir yerinə zərər versəydin" deyə təlaşla qışqırdı.

Türkan xanım oğlunun verdiyi cavabı, uzun illər keçməsinə baxmayaraq hələ də unuda bilmir çünki belə demişdi uşağı:

"Ana, mən dəstəmaz alacaqdım. Xala dedi axı, namaz qılmayanlara Allah cəza verəcək. Mən də, sən cəza almayasan deyə sənin yerinə namaza başlayacaqdım. "

O an Türkan xanım, təpədən dırnağa titrədiyini hiss etdi. Allah, illərcə namaz qılmayan Türkan Xanıma oğlunun davranışıyla müdhiş bir dərs vermişdi. Balasına sarılıb dəqiqələrlə ağladı.[/color]

Категория: İSlam | Просмотров: 1059 | Добавил: Prince_Of_Love | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
aysel yazdıki >> Cox maraqlidir tesekkurler 
__________
İstifadəçiəçi Adı:Aysel_282
İP:85.132.62.169
Tarix: 22.06.2011 ,16:15.

0  
 
ilkin yazdıki >> cox maraqlidir twk 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.200
Tarix: 13.06.2011 ,13:56.

0  
 
ilkin yazdıki >> twk 16 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.62.25
Tarix: 29.03.2011 ,23:29.

0  
 
Leyla yazdıki >> çox maraqlıdır 5 .Oxudum 12 .Çox xoşum gəldi 11 .Minnətdaram 16 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.93.19
Tarix: 29.03.2011 ,18:14.

0  
 
Leman yazdıki >> Tşk xebere görə 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:109.127.17.115
Tarix: 28.03.2011 ,21:41.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024