Главная
Регистрация
Вход
Cümə Axşamı
25.04.2024
20:29
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0

  

22:53
Dünyanın ən dəhşətli türmələri

Dünya sivilizasiyası yaranandan üzü bəri cinayətcəza mövzusu həmişə aktuallığını saxlayıb. Qədim insanı günahı olanda qəbilədən qovub cəzalandırırdılarsa, sonralar daha qəddar cəza növləri meydana çıxdı: yandırılma,edam, daş-qalaq edilmə,hətta diri-diri torpağa basdırılma. İlk həbsxanaların nə vaxt, harada yaranması mübahisə mövzusu olsa da, cinayətkarların "dörd divar arasına” salınmaqla cəzalandırılması insan övladının düşündüyü bəlkə də daha sivil cəza metodudur. Amma həbsxanalarda şərait də müxtəlifdir. Dünyada elə cəzacəkmə yerləri var ki, oraya düşməkdənsə birdəfəlik əzabla ölmək daha yaxşıdır. Elə həbsxanalar da var ki, dustaqlar orada kef çəkirlər.

Dünya üzrə ən pis türmələrin siyahısı.


Siyahıda 10-cu yeri 150 il əvvəl Amerikanın Kaliforniya ştatında tikilən San Kventin həbsxanası tutur.
Bu həbsxanada ölüm cəzasına məhkum olunmuşlar saxlanılır. Həbsxananın bütün kameraları "anasını kəsmiş" cinayətkarlarla doludur. Buradakı ağır şəraitə görə işləmək istəyənlər çox azdır. Yerli hökumət məvacibləri ilbəil artırsa da, həbsxana personalı tam düzəlmir. Həbsxana "nadzor” ları isə xüsusi qəddarlıqları ilə seçilirlər. Dustaqların saxlanma kameraları köhnə və çirklidir, tibbi xidmət isə demək olar ki, yoxdur. Burada adi soyuqdəymədən də dustaq ölə bilər. Bir neçə il əvvəl keçirilən yoxlamalar zamanı məlum olub ki, "ömürlük” lərə təcrübəsiz həkimlər daima səhv diaqnozlar qoyublar. San Kventinin daha bir ciddi problemi zorakılıqdır.




Venesueladakı La Sabaneta
türməsi də "ən pislər” siyahısında yer tutur. 15 min nəfər üçün nəzərdə tutulmuş bu həbsxanada 25 min məhkum cəza çəkir. Neftlə zəngin bu ölkədə əhalinin təxminən üçdə bir hissəsi yoxsulluq vəziyyətində yaşayır və təbii ki, belə vəziyyətdə cinayətkarlıq da çoxdur. Bu səbəbdən cəzaçəkmə müəssisələrində saxlanma şəraiti dəhşətlidir. Bəzi məhkumlar türmələrin dar koridorlarında çəkilmiş qamaklarda (tordan yelləncək) yatmağa məcbur olur, eyni zamanda sistemin korrupsiyalaşması imkanlı məhkumlara rüşvətin hesabına daha komfortlu yerləri ələ keçirməyə imkan verir.




Səkkizinci yeri
Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində yerləşən cəzaçəkmə müəssisəsi tutur. Burada türmələr ağzına kimi doludur, saxlanma şəraiti sanitar normalara uyğun gəlmir, mühafizəçilərlə məhkumlar arasında daima toqquşmalar baş verir. Məhkumların qiyamının qarşısı isə ən qəddar üsullarla alınır. Bu türmədə məhkumları daima vəhşicəsinə döyürlər, onların heç bir hüququ təmin olunmur. Diyarbəkir türməsində tibbi xidmət bərbad vəziyyətdədir, heç bir reabilitasiya proqramı mövcud deyil.




Siyahıda yeddinci pilləni
Argentinanın Mendosa şəhərində yerləşən həbsxana tutur: burada son bir ildə müxtəlif səbəblərdən 22 ölüm hadisəsi qeydə alınıb. Bu türmə həmişə doludur - cəmi 600 nəfər üçün nəzərdə tutulmuş kameralarda 1600 məhkum cəza çəkir. Məhkumların döşəmədə yatması Mendosadakıcəzaçəkmə müəssisəsi üçün adi haldır. Onlar tualetə getmək istəyəndə isə butulka və ya polietilen paketlərdən istifadə edirlər. Kamera və koridorlarda günlərlə zibil yığışdırılmır. Hələ bu azmış kimi kameraları çox vaxt çirkab sular basır.




Nyu Yorkun
iri həbsxanası- Rikers İsland bu siyahıda altıncıdır. Bu həbsxananın tarixi çoxsaylı zorakılıq halları və dəhşətli işgəncə faktları ilə zəngindir. Həmin yerdə cəzasını çəkib azadlığa çıxmış insanları söyləyirlər ki, bura Nyu Yorkun kriminallaşmış rayonlarından daha qorxulu və təhlükəlidir. Hər an öldürülə, döyülə, ömürlük şikəst edilə bilərsən




Afrika
qitəsindəki Keniyanın paytaxt Nayrobi türməsi "ən pislərin” siyahısında "beş” alıb. Burada ümumilikdə 800 nəfər üçün nəzərdə tutulmuş kameralarda 3800 məhkum saxlanılır. Narkotikdən istifadə, zorlanma, dava-dalaş bu həbsxananın adi rejimidir.




Siyahıda
Suriyadakı Tadmorda hərbi həbsxanası da var. Tadmordakı adi saxlanma rejimində belə dustaqlara baltalardan, iplərdən və taxtalardan istifadə olunan orta əsrə xas işgəncələrdən istifadə olunur. Mühafizəçilər kef məclislərindən sonra işgəncə obyektini sırf təsadüf nəticəsində seçirlər. Bu cür işgəncə tamaşalarına hətta dustaqları baxmağa da məcbur edirlər.




Siyahıda üçüncü yer
Paris yaxınlığındakı La Sante həbsxanasına verilib. Bu müəssisədəki məhkumlar elə bir zülm altında saxlanılırlar ki, canlarını qurtarmaq üçün sutkalarla başlarını divara vurmağa, siçan zəhəri və çəngəl udmağa hazırdırlar. Təkcə 1999-cu il ərzində bu həbsxanada 124 məhkum müxtəlif səbəblərdən həyatını itirib. Ağzına kimi dolu kameralar, duş qəbul etmək imkanının olmaması, keyfiyyətsiz ərzaqlardan istifadə - bütün bunlar məhbuslar arasında dəri xəstəliklərinə gətirib çıxarır. Müəssisədə o qədər siçovul var ki, məhkumlar öz əşyalarını tavandan asmağa məcburdurlar. La Santeəvvəllər olduğu kimi indi də zorakılıq, əxlaqsızlıq və vəhşilik məkanı kimi tanınmaqdadır. Burada daha zəif məhkumlar qula çevrilirlər.




Siyahıda ikinci yeri
Kolorado (ABŞ) ştatında yerləşən ADX Florense federal həbsxanası tutur. Ciddi rejimli bu müəssisənin məhkumları kameradan kənarda həftədə cəmi 9 saat keçirirlər. Onlar öz kameralarında yeməyə, yatmağa və tualetə getməyə məcburdurlar. Məhkumlar sutka ərzində 22 saatdan artıq günəş işığında məhrumdular.




Dünyanın ən acınacaqlı cəzaçəkmə müəssisələri siyahısında birinci yeri
Braziliyanın San-Paulu şəhərindən bir neçə kilometr aralıda yerləşən i Carandirutürməsi tutur. Buradakı hər 5 məhkumdan biri QİÇS xəstəliyinin daşıyıcısıdır. Məhkumlar cərrahiyyə əməliyyatı olunan zamanı "narkoz” dan istifadə edilmir, istifadədə rədd cavabı verilir. 7500 məhkuma dörd növbədə çalışan cəmi 1000 türmə əməkdaşı düşür.


Категория: Müxtelif | Просмотров: 962 | Добавил: XXXXX | Рейтинг: 0.0/0
Всего комментариев: 8
0  
 
ILKIN yazdıki >> cool TWK 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.222
Tarix: 25.06.2011 ,21:01.

0  
 
Ilqar yazdıki >> thanks 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:88.151.197.242
Tarix: 11.10.2010 ,20:05.

0  
 
ROVSEN yazdıki >> vay 
__________
İstifadəçiəçi Adı:MAKAR_282
İP:88.151.194.63
Tarix: 11.10.2010 ,16:12.

0  
 
fatinka yazdıki >> Aydaa Allah uzaq elesin 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.139.10
Tarix: 29.09.2010 ,22:45.

0  
 
rihanna yazdıki >> vay vay 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.113.29
Tarix: 20.09.2010 ,09:34.

0  
 
ulvi zeynalli yazdıki >> Təşəkkür Xəbərə Görə.Oxumağa həvəs Olmadiyee Bağişlada thanks 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.37
Tarix: 14.09.2010 ,23:55.

0  
 
ilkin yazdıki >> hec kime turme qismet olmasin olanda da kiwi kimi yatmaq lazimdi day pis hereketler elemek lazim deyil iceride 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:80.69.61.69
Tarix: 14.09.2010 ,23:17.

0  
 
Ruslan yazdıki >> Tşk. Ama mənlik deil  
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.8
Tarix: 14.09.2010 ,23:16.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Sentyabr 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024