Главная
Регистрация
Вход
Cümə
29.03.2024
17:29
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytdan razı ...
[ Netice · Diger ]
Cavablar: 101

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

09:47
Düşüncələrim və təsvirlərim


Mən bilmirəm küləkdən niyə bu qədər qorxuram.
Bəlkə...bəlkə qorxuram ki, mənim ölməz ,sonsuz sevgimi ürəyimdən söküb alar , onu çox uzaqlara aparar .Bəlkə də, qorxuram ki, qara buludları başımın üstünə gətirib sonsuz qaranlığın əsarətinə həbs edib, əllərim-ayaqlarım qandallı, həyatımı kiçik bir qəfəsdə tək başıma qaranlığa məhkum edər.
Sonra da qarşıma keçib mənim ürkək, işıltılı, nəmli gözlərimə baxıb kinayəli şəkildə mənə gülər ,dəlicəsinə sağa-sola hücum edib başqa insanların da ürəyini əsdirər, onları da bu qaranlığın əsiri edər.
Deyəsən, küləkdən qorxan bir tək mən deyiləm.
Soruşuram:
--Ey ağac ,niyə küləkdən qorxursan?
Boynubükük cavab verdi:
--Külək məni sevgilimdən ayırdı .Qəzəblənib o qədər güclü əsdi ki ,ona müqavimət göstərə bilməyib kökümdən qopdum ,sevgili cananımdan ayrı düşdüm .Məni boynubükük ,gözü yaşlı, qəlbisınıq buraxdı.
Soruşuram:
--Ey yarpaqlar ,niyə küləkdən qorxursunuz?
Qorxa-qorxa titrəyərək cavab verdilər:
--Külək bizi atamızdan ayırdı.Hirslənib elə elə güclü əsdi ki.tab gətirə bilməyib yerə töküldük.İndi həm özümüz,həm də qürurumuz ayaqlar altındadır.
Soruşuram:
--Ey buludlar,niyə küləklər qorxursunuz?
Yarı qəzəbli,yarı kədərli:
--Külək bizi bacı qardaşımızda ayırdı.Qəzəblənib elə hirslə əsdi ki hamımız parçalanıb dağıldıq,dörd bir yana viran düşdük.Kədərimizdən ağladıq,qəzəbimizdən şimşəklər çaxdırdıq...
Mən bilmirəm yağışı niyə bu qədər sevirəm.
Bəlkə... bəlkə ,xəyal edirəm ki, küləklərim məndən aldığı ölməz sevgimi yenidən damlalar şəklində titrəyən dodaqlarımda əsdirər ,onu itirməmək üçün mənə bir az daha ümid verər və hər gün bu ümidlə yaşadar.
Küləklərin düşməni yağış mənim dostum olar. Mənim dərdimə aşina tək sirdaşım. yoldaşım olar .Yenidən qəlbimə qaytardığı sevgimin sevinci ilə duyduğum hissi bir tək o duyar ,mənimlə birlikdə sevinib, mənimlə birlikdə gülər .Bu sevincimə nəğmələr qoşar, yağış damlalarının köməyi ilə zümzüməli şəkildə oxuyar və iliklərimə qədər hiss etdirər..
Mən bilmirəm qar niyə bu qədər gözəl yağır.
Bəlkə...bəlkə ,hər dəfə qar yağanda qəlbimdəki sevgimin aloları daha da şiddətlənir. Soyuq həzin ,kiçik ağ dənəciklər mənim məhəbbətimin gücünü birə min artırır.
Sanki hər dəfə qar yağanda başqalarından fərqli olaraq, özümü başqa bir aləmdə hiss edirəm. Öncə gözlərimi qapayıb dərin bir boşluğun dibinə düşürəm. Gözlərimi açdıqda isə özümü bəyaz cənnətdə görürəm .Kiçik, ağ mələklər saçlarımı hörür ,onları ağ çiçəklərlə bəzəyir və qulağıma fısıltı ilə həzin sakit bir mahnı pıçıldayır. Bu hissi nə var dövlətə, nə sonsuz qüdrətə ,nə də dünyalara hökmranlığa dəyişmərəm...
Mən bilmirə günəş niyə bu qədər sevimlidir...
Bəlkə...bəlkə ona hər dəfə gözlərim qamaşaraq baxdıqda duyduğum sevinc hissi, keçmiş gözəl xatirələrimi yada saldıqda duyduğum sevinc hissini xatırladır...
Günəşin isti,parlaq şüaları altında insan özünü sanki iki cahanın min bir cənnətini əsrarəngiz gözəlliyinin qoynunda hiss edir.
Hər səhər üfüqdən boylanıb bizə gülümsəyən uzun saçlı sarı mələk insanları ürəyini hüzurla doldurmağa can atır....
Günəşin özündən belə çox sevdiyi, həsrətlə gözlədiyi və heç vaxt qovuşa bilmədiyi "Ay" hər gecə günəş qeyb olduqdan sonra özünü biruzə verib kainatı nura qərq edir və hər gün sevgilisi günəş üçün hər gün ağlayır. Ayın köməkçiləri xırda, parlaq ,işıltılı ulduzlar, su pərilərinin saçlarını bəzədiyi mavi dəniz dibindəki ağ incilərə bənzəyirlər...



Mən sizdən bir kömək istəyirəm .Mən bu yazılarıma ad tapa bilmirəm .Siz nə məsləhət görərdiniz?
Категория: Sevgi | Просмотров: 1338 | Добавил: fiona | Рейтинг: 0.0/0
Всего комментариев: 13
0  
 
ilkin yazdıki >> UZUNDU QISA OLSAYDI GOZEL OLARDI NORMAL 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.254
Tarix: 20.06.2011 ,10:15.

0  
 
Ilqar yazdıki >> EHHH thanks 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.55.23
Tarix: 04.12.2010 ,09:43.

0  
 
ulvi zeynalli yazdıki >> maraqlı suallardır:)))necə deyərlər buhahahaha gulmek gulmek gulmek gulmek 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.162
Tarix: 01.12.2010 ,21:19.

0  
 
SeCReT yazdıki >> fionaaa men bunun elinden ne edecem evvel qorxaqdi indi sir olub meni yeyir!! 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.20.56
Tarix: 01.12.2010 ,19:35.

0  
 
Ilqar yazdıki >> TWk Fionaa Diyesen Ele Meni Basa Dusen Sen Olacaqsan agla yerivar thanksyou 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.42.167
Tarix: 29.12.2009 ,15:45.

0  
 
Ilqar yazdıki >> Mene HEc ee Sadece EleBele DEdim sorry 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.42.167
Tarix: 29.12.2009 ,14:53.

0  
 
rihanna yazdıki >> az yaxsi usagin ustune dusme zarafat eliyir deee sen de 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.54
Tarix: 29.12.2009 ,14:05.

0  
 
secret yazdıki >> ozunuzu agilli aparsaniz yollayacam
amma hele duzeldirem demek olar
Prince sene ne olub?
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:82.118.159.204
Tarix: 29.12.2009 ,12:09.

0  
 
rihanna yazdıki >> sag oleeee Prince happy
Fati heee ozum yazmisam
az emiqizi day bos bos seyler yazmayeee maman dedi ki sen de nese yazmisan amma men inanmiram sen yeqinki hansisa saytdan zaddan goturersen wink
 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.104
Tarix: 29.12.2009 ,10:02.

0  
 
Ilqar yazdıki >> Bax EE _deniz_KIZI_ ordan burdan kpoya elemeknen deyil o gerek sineden gelsin thanksyou yerivar 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.42.167
Tarix: 28.12.2009 ,22:04.

0  
 
secret yazdıki >> he sahidiyem fanti 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:82.118.157.207
Tarix: 28.12.2009 ,18:47.

0  
 
fatinka yazdıki >> Fionaaa,heqiqeten bunlari sen yazmisan???  
__________
İstifadəçiəçi Adı:fatinka
İP:85.132.105.203
Tarix: 28.12.2009 ,16:51.

0  
 
secret yazdıki >> tesekkurler emi qizi insallah mende bele bir sey gonderecem 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:212.38.118.201
Tarix: 22.12.2009 ,15:07.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Dekabır 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024