Главная
Регистрация
Вход
Cümə Axşamı
28.03.2024
18:16
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Virtualda sevgiyə necə baxırsız ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

16:14
Faiq Ağayev onu bıçaqlayanları bağışladı
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Rüfət Məlikovun 9 il, Seymur Məmmədovun 3 il, Natəvan Şərifovanın isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra prosesdə zərərçəkmiş şəxslərə söz verilib.

Faiq Ağayev çıxışında humanistlik göstərərək təqsirləndirilən şəxsləri bağışladığını deyib: "Atamın vəsiyyətini yerinə yetirib onları bağışlayıram. Lakin cinayət hadisəsi baş verib və onların əməlinə qanun öz qiymətini verəcək”.

Digər zərərçəkmiş şəxslər Ramil Bayramov və Azər Musayev də təqsirləndirilən şəxsləri bağışladıqlarını deyiblər.

Proses martın 14-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş "Kubinka” adlanan yerdə xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, "Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə yol vermək üstündə mübahisəsi düşüb. Sonradan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar.

Baş vermiş hadisə ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin (CM)126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib.

Xatırladaq ki, məlum hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işi məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edilib.

Mənbə : ANS press


Категория: Show Biznes | Просмотров: 762 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 7
0  
 
ilkin yazdıki >> fatinka ya qosuluram ne prav idide 9 eceb eledi picaxladi 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.198
Tarix: 18.06.2011 ,16:49.

0  
 
Məhəmmədəli yazdıki >> men onun yerine olsam bagislamazdim 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.22.86
Tarix: 13.03.2011 ,16:23.

0  
 
fatinka yazdıki >> Hmm.agzi nedi bagislamasin.Onsuzda bu sohbetde Faiq neprav idideeee 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.147.236
Tarix: 12.03.2011 ,22:23.

0  
 
ulvi zeynalli yazdıki >> Əşşi Faiq Ağayevdidə 8 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.184
Tarix: 12.03.2011 ,19:34.

0  
 
Leyla yazdıki >> :13: ləmana təmamilə qoşuluram.

__

bu arada dizayn 12 olub
 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.91.108
Tarix: 12.03.2011 ,19:16.

0  
 
Leman yazdıki >> Amma mən Faiqin yerinə olsaydım bağışlamazdım!!! 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:109.127.15.113
Tarix: 12.03.2011 ,16:53.

0  
 
Leyla yazdıki >> emeye hormet.xebere gore cox saol.qaqaw thanks 
__________
İstifadəçiəçi Adı:Leyla_282
İP:109.127.19.9
Tarix: 12.03.2011 ,09:28.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024