Azərbaycan müasir Gəncə şəhərinin ərazisində vaxtilə "Laso" adlandırılan iri bit şəhərin olduğu aşkarlanıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Arxeoloji Ekspedisiyasının rəisi Arif Məmmədov bildirib.
O, deyib ki, antik və ilk orta əsrlərdə Gəncə "Şəhər burnu", başqa sözlə, "Laso" adlandırılan yerdə olub.
Arxeoloqun sözlərinə görə, o, Lasonu romalıların bizim eramızdan əvvəl ikinci əsrə aid tərtib etdiyi xəritədə aşkarlayıb. Həmin xəritədə Laso adı ilə göstərilmiş ərazi hazırkı Gəncə şəhərinin ərazisinə uyğun gəlir.
"Gəncə deyildikdə, həmişə Gəncə çayı sahilində orta əsrlərdə olmuş Gəncə şəhəri nəzərdə tutulub. Əsl Gəncə isə "Şəhər burnu" deyilən ərazidədir. İndiyədək "Şəhər burnu" və ya Laso arxeolqlar tərəfindən tədqiq edilməyib",-Məmmədov qeyd edib.
O, əlavə edib ki, tədqiqatları fərdi qaydada aparacaq. Tədqiqatlara iyulun əvvəlindən başlanacaq və bu işlər sentyabrın əvvəlinədək davamedəcək.
Tədqiqatlar zamanı, ilk növbədə, Lasonun iqtisadi-ticarət əlaqələri öyrəniləcək, bu böyük şəhərin digər ticarət şəhərləri ilə əlaqəsinin olduğunu göstərən tapıntılar üzə çıxarılacaq. |