Главная
Регистрация
Вход
Cümə Axşamı
25.04.2024
06:12
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0

  

15:19
İbrahim Tatlıses VURULDU !!! (XƏBƏR DƏQİQƏBƏ DƏQİQƏ YENİLƏNİR)YENİLƏNDİ 8
 
İbrahim Tatlıses VURULDU !!!
Türk mətbuatından alınan məlumata görə Türkiyəli müğənni İbrahim Tatlıses bu gün yəni (14.03.2011) tarixində 00.30 radələrində Beyaz show proqramının hazırlığından çıxan zaman maşınına minərkən 5 naməlum şəxslər tərəfindən başınnan güllə yarası almaqla vurulub..həkimlərin sözlərinə görə onun felç olmaq ehtimalı daha böyükdür , Hələlik bununla kifayətlənin hər yeni xəbər olan kimi əlavə edəcəm ! Unutmayın Son xəbərləri BiZDƏN alın ,
 
(Xəbər DƏQİQƏ BƏDƏQİQƏ YENİLƏNİR)

2

Tatlısəsin güllələnməsində PKK izi
İbrahim Tatlısəsin həyat təhlükəsi davam edir
Bu gecə naməlum şəxslər tərəfindən başından güllələnən məşhur müğənni İbrahim Tatlısəsin həyati təhlükəsi azalıb. ANS PRESS-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə sənətçini əməliyyat edən həkimlər məlumat verib. Buna baxmayaraq müğənninin həyati təhlükəsi qalmaqda davam edir. Sənətçi əməliyyatdan sonra 24 saat ərzində yatırdılacaq.

Məlumata görə, başından yaralanan müğənni əvvəl özəl "Levent” xəstəxanasına çatdırılıb. Burada ilkin tibbi müdaxilə göstəriləndən sonra Maslak "Acıbadem” xəstəxanasına aparılıb.
Xəstəxanada İbrahim Tatlıses üzərində cərrahiyyə əməliyyatı aparılıb. Təxminən 45 dəqiqə davam edən əməliyyatdan sonra müğənni reanimasiya şöbəsinə yerləşdirilib.

"Tatlısəs xəstəxanaya gətiriləndə baş nahiyəsinin sağ sümüklərində, beyinin ön və yan sümüklərində qırıntılar olub. Beyin zədələnməsi və beyindaxili qanaxma var idi. Hazırda bu problemlər aradan qaldırılıb. Amma həyati risk hələ davam edir. Hazırda ciddi nəzarət altındadır. Fikirləşirik ki, xəstə 24 saat yatılı vəziyyətdə qalmalıdır”- deyə həkim bildirib.

Xəstəxanadan verilən məlumata görə, güllə beyinin sağ tərəfindən girib. Amma dəqiq açıqlama tibbi ekspertizanın rəyindən sonra veriləcək.

Hadisənin təfərrüatına gəlincə, Türkiyə mətbuatının yazdığı məlumata görə, İbrahim Tatısəs "Kalaşnikov” markalı silahdan açılan atəş nəticəsində yaralanıb. Şişli rayonundakı "Nurol Plaza”da həyata keçirilən proqram çəkilişinə qatılan müğənni məkanı tərk edərək maşınına minərkən yaxınlıqda yerləşən başqa bir maşından uzaq vuran silahla açılan atəşlə yaralanıb. Hadisə zamanı onun köməkçisi Buket Çakı adlı şəxs də güllə yarası alıb.

Hadisə yerində əməliyyat-axtarış aparan polis əməkdaşları oradan 20-yə yaxın "Kalaşnikov” markalı avtomata mxəsus giliz aşkar ediblər. Eyni zamanda polis atəşin açıldığı qara rəngli və içində 5 nəfərin olduğu maşının izinə düşüb. Şahid ifadələri ilə yanaşı yaxınlıqda yerləşən bütün müşahidə kameraları da yoxlanılmağa başlayıb.

Uzaq vuran silahlardan istifadə polisdə hadisənin PKK teror təşkilatı tərəfindən törədildiyinə dair şübhələr yaradıb.

Xəbəri eşidən Tatlısəsin keçmiş həyat yoldaşı Dərya Tuna, oğlu İdo, yaxınları və çox sayda sənət dostları xəstəxanaya gəlib. Bunların arasında azərbaycanlı iş adamı Rza Zərrab və yoldaşı Ebru Gündeş də olub.

Xatırladaq ki, müğənni 1990-cu ilin yanvar ayında isə bıçaqlanıb, 1998-ci ildə tüfənglə silahlı hücuma məruz qalsa da xəsarət almayıb

3

 

4
İbrahim Tatlısəsin həkimləri gözlənilən açıqlamanı veriblər. Azərbaycanlı jurnalist Fidan Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, həkimlər onun beyninin 50 faiz oyadıldığını bildiriblər.

"Onların sözlərinə görə, verilən dərmanların dozası azaldılıb. Xəstəni birdən oyatmaq həyati risk daşıdığı üçün onun yavaş-yavaş oyadılması qərara alınıb. Tibb işçiləri müğənninin müalicəsinin davam etdiriləcəyini və vəziyyətinin yaxşı tərəfə getdiyini bildiriblər. Onlar problemin beyinlə əlaqədar olduğu üçün bir necə saatdan, gündən sonra necə olacağı ilə bağlı proqnoz verməyin çətin olduğunu qeyd ediblər. Sənətçinin həyatı riski azalsa da, davam edir", deyə jurnalist bildirib.

"Xəstəni yatırmağa davam edərək müalicə aparacağıq. Ümumi tablo çox ağırdır. Xəstə reanimasiyadan çımadan bizim üçün təhlükə sovuşmuş deyil. Ümid edirəm qabaqdakı günlərdə və saatlarda daha yaxşı nöqtəyə gələ bilərik. Gözləntimiz budur”, deyə həkimlərin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, silahlı hücum müğənni və köməkçisi dünən gecə saatlarında Türkiyənin Şişli rayonundakı "Nurol Plaza”da həyata keçirilən "Beyaz” TV-dəki İbo Şov proqramının çəkilişindən çıxanda baş verib. Tatlısəs maşınına oturarkən yolun əks tərəfində dayanan tünd rəngli maşından "Kalaşnikov" markalı silahla atəşə tutulub.

Nəticədə İbrahim Tatlısəs başından, köməkçisi isə boğazından güllə yarası alıb. Sənətçi dərhal özəl xəstəxanalardan birinə aparılıb. Orada ilkin yardımdan sonra Maslak Acıbadem Xəstəxanasına çatdırılıb. Müğənni 5 saat ərzində əməliyyat olunub. Həkimlərin sözlərinə görə, güllə müğənninin başına arxadan girərək öndən çıxıb və sağ beyin sümüyündə sınıq əmələ gəlib. İbrahim Tatlısəsin beynində qanaxma və burun nahiyəsində güllə izi olub. Bu səbəbdən müğənni həmçinin plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun 24 saat ərzində yatırdılması qərara alınıb. Baş həkim müğənninin bədəninin bir hissəsinin iflic ola biləcəyini istisna etməyib. İlkin ehtimallara görə, müğənni səsini də itirə bilər.

Polis İbrahim Tatlısəsin maşınında 4 və yaxın binalarda 4 güllə izi aşkar edib. Ümumilikdə isə olay yerindən 11 giliz tapılaraq aktlaşdırılıb.

İbrahim Tatlisəsin bir müddət öncə Şişli polisinə telefonla 3 ölüm təhdi aldığı barədə məlumat veribmiş. Müğənniyə qarşı sui-qəsdin baş verməsi ilə bağlı 3 versiya səsləndirilir.

I- siyasətə qoşulan İbrahim Tatlısəsin nüfuzu böyük olduğundan siyasi rəqibləri onu aralarında görmək istəmir,

II- PKK izidir, çünki hadisə yerindən tapılan giliz və güllələrin aid olduğu "Kalaşnikov” silahından daha çox PKK-çılar istifadə edir,

III İbonun Şimali İraqda tikinti sektoruna girməsidir. Belə ki, müğənninin ilyarım əvvəl bu ölkədə tikinti sahəsinə böyük məbləğdə vəsait qoyması bəzi tikinti sahibkarlarını narahat edir.

Hadisə şahidləri isə sənətkarın yaralandıqdan sonra dediyi son sözləri açıqlayıblar. Onların sözlərinə görə, qan içində yerdə yatan İbrahim Tatlısəs qırıq-qırıq, amma düzgün tələffüzlə belə deyib: "Olurmu yaaa? Olurmu hiç?”.

Hələlik "İmperator"un bu sözləri nə mənada dediyi bilinmir.
5
 
Tatlısəsin vurulmadan əvvəlki son görüntüsü
Beyaz TV-nin təhlükəsizlik kamerası baş verən hadisələri lentə alıb
 
Türkiyəmim məşhur müğənnisi İbrahim Tatlısəsin başından güllələnməsindən əvvəlki görüntüləri yayılıb. "Doğan” xəbər agentliyi müğənninin silahlı hücumdan öncə, Beyaz TV-dən ayrılarkən təhlükəsizlik kamerasının lentə aldığı görüntüləri yayıb. Görüntülərdə Tatlısəs yanındakı abamlarla sağollaşaraq maşınına minir. Amma, nədənsə agentlik güllələnmə anını yaymayıb.
6
 
Güllə Tatlısəsin başına belə dəydi
Müğənniyə verilən dərmanların dozası azaldılıb, həkimlər son vəziyyəti açıqlayıblar

Türkiyənin "Milliyət” qəzeti ötən gecə silahlı hücuma məruz qalan məşhur müğənni İbrahim Tatlısəsin baş nahiyəsinə dəyən güllənin hərəkət trayektoriyasının sxemini yayıb. ANS PRESS-in məlumatına görə, sxemdə göstərilir ki, güllə əvvəlcədən deyildiyi kimi müğənninin başının sağ arxa nahiyəsindən girərək, sağ ön nahiyədən çıxıb. Güllənin girdiyi zaman isə sümüklərdə qırıqlar əmələ gəlib. Qırıqlar beynin içərilərinə doğru hərəkət edərək gülləni sürüşdürüb. Sürüşmə nəticəsində güllə hərəkət edərək ön tərəfdən çıxıb.

Bu arada İbrahim Tatlısəsin həkimləri səbirsizliklə gözlənilən açıqlamanı veriblər. Azərbaycanlı jurnalist Fidan Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, həkimlər onun beyninin 50 faiz oyadıldığını bildiriblər.

"Onların sözlərinə görə, verilən dərmanların dozası azaldılıb. Xəstəni birdən oyatmaq həyati risk daşıdığı üçün onun yavaş-yavaş oyadılması qərara alınıb. Tibb işçiləri müğənninin müalicəsinin davam etdiriləcəyini və vəziyyətinin yaxşı tərəfə getdiyini bildiriblər. Onlar problemin beyinlə əlaqədar olduğu üçün bir necə saatdan, gündən sonra necə olacağı ilə bağlı proqnoz verməyin çətin olduğunu qeyd ediblər. Sənətçinin həyatı riski azalsa da, davam edir", deyə jurnalist bildirib.

"Xəstəni yatırmağa davam edərək müalicə aparacağıq. Ümumi tablo çox ağırdır. Xəstə reanimasiyadan çımadan bizim üçün təhlükə sovuşmuş deyil. Ümid edirəm qabaqdakı günlərdə və saatlarda daha yaxşı nöqtəyə gələ bilərik. Gözləntimiz budur”, deyə həkimlərin açıqlamasında qeyd olunub
.
7
Tatlısəsə sui-qəsddə şübhəli bilinən iş ortağı danışdı
Rojdi Sait: "Var-dövlətim ona fəda olsun”
 
Yaşayarkən əfsanəyə çevrilən türkiyəli müğənni İbrahim Tatlısəsin güllələnməsində şübhəli bilinən Şimali İraqdakı iş ortağı Rojdi Sait hadisəyə münasibət bildirib. ANS PRESS Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, biznesmen müğənni ilə qardaş kimi olduğunu deyib.

"Mən baş vermiş hadisəyə hər kəsdən daha çox təssüfləndim. Mənim sərvətim Tatlısəsə fəda olsun. Təki qardaşım sağlığına qovuşsun”, deyə R. Sait bildirib.

"İmperator" ləqəbli sənətçinin vurulması ilə heç bir əlaqəsinin olmadığını dilə gətirən iş adamı sözlərinə belə davam edib: "Keçən həftə İstanbulda bir yerdə idik. Qonaqlarımla birgə "Tatlıses Show”a qonaq olduq. Sonra "Tatlısəs Kabab"da yemək yedik, İraqda həyata keçirəcəyimiz yeni layihələrdən danışdıq. Hətta, digər ortağımız Tatlısəsə "Nissan” markalı avtomobil bağışladı. Qərara aldıq ki, bu həftə o, Ərbilə gəlsin və "İbo Binqo Şans" oyunlarını yenidən başladaq. O, mənim ortağım yox, eyni zamanda böyük qardaşımdır. Ailəvi yaxınlığımız var. Bir çox ortaq layihələrimiz var. Hadisəni eşidəndə böyük sarsıntı keçirdim, gecə yata bilmədim. Aramızda bir narazılıq yox idi. İbonun sağlığına qovuşması üçün sərvətimi fəda edərəm”.

Qeyd edək ki, İraq prezidenti Cəlal Tələbani ilə yaxın olduğu bildirilən Rojdi Sait bu ölkədə ən zəngin adamlardan biri kimi tanınır. Səddam Hüseynin oğlanları ilə ortaqlıq edib, sonradan Misirə qaçan Sait İraqın Ərbil və Süleymaniyyə əyalətlərində çoxşaxəli layihələrə imza atıb. O, iki ildir Tatlısəslə bölgədə bir çox ortaq işlərə başlayıb. Lakin şəriklər arasında münasibətlərin bir müddət əvvəl pozulduğu bildirilir.
8
Tatlısəs Ərdoğandan nə istəyirmiş?
Müğənninin güllələnməmişdən öncə baş nazirə mesaj göndərdiyi üzə çıxıb
 
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya Fedarasiyasına səfəri öncəsi hava limanında jurnalistlərin suallarını cavablandırıb. Onlardan biri İbrahim Tatlısəslə bağlı olub. "İbrahim bir gün əvvəl mənə namizədliyi ilə bağlı mesaj göndərmişdi. Mesajı dəyərləndirmə fürsətimiz olmamış məlum hadisə baş verdi”.

Məlum olub ki, Tatlısəsin yazısında bu sözlər yazılmışdı: "Dəliqanlı olmağınızı bilirik. Uğurlarınızın davamlı olmasını arzu edirik. Hörmətlə, İbrahim Tatlısəs”.

Qeyd edək ki, İ.Tatlısəs Türkiyə Böyük Millət Məclisinə deputatlığa namizədliyini irəli sürüb. Elə mesaj da namizədliyinin qəbul edilməsi ilə bağlı olub. Namizədliyin qəbul edilmə müddətinin bitməsinə bir gün qalmış isə müğənni naməlum şəxslər tərəfindən ölümcül yaralanıb.

Hazırda Tatlısəs Maslak Acıbadem Xəstəxanasındadır


Категория: Xeberler | Просмотров: 1056 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 9
0  
 
ulvi zeynalli yazdıki >> Yazıq Allah şəfa versin 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.124
Tarix: 16.03.2011 ,22:33.

0  
 
fatinka yazdıki >> Zehlem gedir bundan.Ele ecceb olub.Ermeniperestdiyee bu. 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.152.163
Tarix: 15.03.2011 ,18:50.

0  
 
fionaaa yazdıki >> yaziq cox istiyirem men bu mugennini Allah komeyi olsun 
__________
İstifadəçiəçi Adı:fiona
İP:109.237.119.170
Tarix: 15.03.2011 ,11:41.

0  
 
Məhəmmədəli yazdıki >> Allah komeyi olsun cox yaxsi senetkardir ve hemcinin cox menali mahnilari var 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.27.223
Tarix: 14.03.2011 ,21:10.

0  
 
Eti yazdıki >> Leyla mən bu xəbəri İbrahim Tatlıses vurulduqdan 30 dəq sonra yerləşdirmişəm , ona görə çoxx şişirdilmiş göstərilib 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:88.151.194.204
Tarix: 14.03.2011 ,18:54.

0  
 
Leylaşka1 yazdıki >> AAAAAAAAA 
__________
İstifadəçiəçi Adı:Leyla_282
İP:109.127.26.207
Tarix: 14.03.2011 ,18:45.

0  
 
Leyla yazdıki >> Xəbər xoşuma gəlmedi bunu haaaami bilirdeeee 9 ! 
__________
İstifadəçiəçi Adı:Leyla_282
İP:109.127.26.207
Tarix: 14.03.2011 ,18:40.

0  
 
Leman yazdıki >> Yaaaaazıq 6 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:109.127.24.238
Tarix: 14.03.2011 ,17:23.

0  
 
Leyla yazdıki >> aaaa 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.93.109
Tarix: 14.03.2011 ,11:25.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024