Главная
Регистрация
Вход
Çərşənbə
24.04.2024
08:28
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

18:29
ISLAM DINI HAQQINDA HAMININ BILMƏSI LAZIM OLAN ƏRKANLAR

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.

Allah Təala buyurmuşdur: "Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır." (Ali-İmran,19) "Bir din kimi sizin üçün İslamı bəyənib seçdim." (Əl-Maidə,3)
"Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz". (Əz-Zümər,54)
"Yalnız müsəlman olduğunuz halda ölün!" (Əl-Bəqərə,132 və Ali-İmran,102).
"Necə ola bilər ki, onlarAllahın dinindən baqşa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar" (Ali-İmran,83)
"Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali –İmran,85)

İslamın rüknləri
Bunların sayı beşdir.
1-Allahın varlığına, birliyinə, Həzrəti Məhəmməd (s.a.s) in Allahıq qulu və peyğəmbəri olduğuna qəlbi ilə inanması və dili ilə də bunu : "Əşhədu ən la ilahə illəllah və əşhədü ənnə Muhəmmədən Rəsulullah" - deyə söyləməsi.
2-Dinin dirəyi olan, olan gündə beş vaxt namazı qılması,
3-Dində zəngin sayılanların ildə bir dəfə malının zəkatını verəməsi,
4-Ramazan ayında oruc tutması,
5-Bədəni sağlam və kifayət qədər pulu da varsa, ömründə bir dəfə həcc ibadətini etməlidir.

Şəhadət
Şəhadətin dəlili Allahın bu kəlamıdır: Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali İmran 18) Mənası : Allahdan başqa heç bir haqq məbud yoxdur. Lə iləhə – Allahdan başqa ibadətolunanlari inkar edir İlləllah- İbadətin mülkündə şəriki omadığı kimi ibadətində də şəriki olmayan tək Allaha edilməsini təsdiq edir. Onun təfsiri Allahın bu kəlamıdır: Yadına sal ki, bir zaman İbrahim və qövmünə demişdi : «Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam. Yalnız məni yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcək.¿ (Əz-Zuhruf 26-27) Və Allahın bu kəlamıdır: Söylə ki : Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur ki) : «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək. Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: «İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)¿ (Ali İmran 64) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasına dəlil Allahın bu kəlamıdır: Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o (sizin iman gətirməyinizi) çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir. (Ət-Tövbə 128) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasınıa şəhadətin mənası : Onun əmr etdiyinə itaət etmək, xəbər verdiyini təsdiq etmək, qadağan etdiyindən çəkinmək və çəkindirmək və Allah ancaq qoyulmuş qanunlar çərçivəsində ibadət etmək.
Namaz
Namazın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Namaz dinin dirəyi, ibadətlərin ən üstünüdür. Cənabı Haqqın varlığını, birliyini təsdiqdən sonra qulluq borcu olaraq beş vaxt namaz gəlir. Beş vaxt Namaz hicrətdən il yarım əvvəl Məkkədə fərz qılınmışdır.
Həddi-büluğa çatan, ağlı başında olan hər bir müsəlmana gündə beş vaxt namaz qılmaq fərzdir.
Namazı tərk edən Allahın əmrinə qarşı çıxmış olur. Axirətdə cəza çəkər.
Namaz Allahın bizə verdiyi saysız ne'mətlərinə qarşı yaradanımıza şükran və qulluq borcumuzdur.
Namaz qılanlar Allahın əmrini yerinə yetirmiş, borclarını ödəmiş, buna görə Allahın xoşnudluğunu qazanmış, axirətdə səadətə qovuşmuş olurlar.

Категория: İSlam | Просмотров: 1263 | Добавил: Ayka_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
melek yazdıki >> ALLAH HAMİYA KOMEK OLSUN 
__________
İstifadəçiəçi Adı:melek_282
İP:94.20.224.52
Tarix: 27.12.2013 ,14:04.

0  
 
Heyder yazdıki >> twk.super 
__________
İstifadəçiəçi Adı:REP_282
İP:85.132.54.158
Tarix: 09.02.2012 ,00:49.

0  
 
Heyder yazdıki >> twk.super 
__________
İstifadəçiəçi Adı:REP_282
İP:85.132.54.158
Tarix: 09.02.2012 ,00:43.

0  
 
Məhəmmədəli yazdıki >> SAg ol Leman 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.22.55
Tarix: 08.11.2011 ,22:00.

0  
 
Love_and_Money yazdıki >> tsk edirem dostik cool 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.62.101
Tarix: 06.11.2011 ,15:28.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Oktyabr 2011  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024