Главная
Регистрация
Вход
Cümə Axşamı
25.04.2024
22:09
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

16:27
Londonda Emin Ağalarovun musiqi albomunun satışına başlanacaq
Gələn həftədən Böyük Britaniyada musiqi sahəsində Azərbaycanın adı xüsusi yerdə olacaq - həmyerlimiz gənc bəstəkar və müğənni Emin Ağalarovun timsalında. Çünki martın 28-dən etibarən onun Londonda "Wonder" adlı albomunun satışı başlayacaq. Albomda yer almış 12 mahnıdan 9-nun müəllifi Emin Ağalarovun özüdür.

Artıq London metrostansiyalarının girişləri, ictimai nəqliyyatın hərəkətinin gur olduğu yerlərdə gənc bəstəkar və müğənninin posterləri asılıb.

Müğənni bu barədə ANS üçün danışıb. O, bu albomun İngiltərədə yazıldığını deyir: " "Wonder" orada proqress olunub. Mən bu albomdakı əksər mahnıların müəllifiyəm. Bu alboma həyatımın 2 ilini, musiqiyə isə son 15 ilimi sərf etmişəm. Mənim üçün uğur insanlar tərəfindən mahnılarımın, səsimin tanınmasıdır".

Qeyd edək ki, Emin Ağalarovun "Obvious” hiti bu günlərdə Britaniya radiostansiyalarının hit-paradlarında lider mövqedədir. Britaniyanın BBC-2 radiostansiyası bu mahnını hər gün bir neçə dəfə səsləndirir. Bu gün isə Emin Ağalarov "Obvious” mahnısını Britaniyanın İTV telekanalında da canlı ifa edib. Onun "Wonder" diski artıq bir sıra ölkələrdə, o cümlədən Rusiya, Ukrayna və təbii ki, Azərbaycanda musiqisevərlərə təqdim edilib. Bəstəkar və müğənninin hədəfi indi digər ingilis dilli ölkələrdir.

Emin Ağalarov yaxın 2-3 ayı Böyük Britaniyaya sərf etmək niyyətində olduğunu söyləyib: "Çünki düşünürəm ki, bu çox mühüm bazarlardan biridir və bunu bütün Avropa izləyir. Əgər sən buradakı radiolardasansa və insanlar sənin mahnılarını sevir və musiqilərini tanıyırlarsa, onda sənin mahnıların avtomatik olaraq Almaniya, Fransa İspaniya və sair Avropa ölkələrinin radiostansiyalarında səsləndirilir. Bu gün mənim "Obvious" adlanan 1-ci mahnım BBC radiosunun mərkəzi pley-listinə daxil olub. Onlar mənim mahnımı səsləndirirlər. Bu mahnını 60 milli regional stansiyalar səsləndirir. Ötən həftə isə İngiltərədə səsləndirilən 25 mahnının içində olub".

Musiqiçi yeni albom barədə də düşünür. Düzdür hələlik yeni albomda Azərbaycan haqqında və ya Azərbaycan bəstəkarlarının mahnılarının yer alacağı planlaşdırılmır. Amma gələcəkdə Azərbaycan haqqında mahnılar oxusa o, mütləq Müslüm Maqomayevin repertuarına müraciət edəcək.

Emin Ağalarov hal-hazırda belə planlarının olmadığını deyir: "Əgər siz sualı Azərbaycanın xaricdə tanıdılması məqsədiylə verirsinizsə, mən bunu mahnılarla yox, daha çox Azərbaycandan olmağım barədə dialoqlarla edəcəyəm. Mən azərbaycanlıyam və ingilis dilində, beynəlxalq dildə mahnılar ifa edirəm. Bu mahnıları özüm bəstələyirəm və bu mahnılar başqa müəlliflərin deyillər. Növbəti albomdan desək, burada yenə də mənim öz bəstələdiyim mahnılar olacaq.

Xatırladaq ki, Emin Ağalarov 2006-ci ildə buraxdığı "Still" adlı debüt albomu ilə böyük səhnəyə qədəm qoyub. 50 min tirajla satılan həmin albom o zaman Rusiya üçün inanılmaz rəqəm idi. Ardınca, 2007-ci ildə "Incredible", 2008-ci ildə "Obsession", 2009-cu ildə "Devotion" adlı albomlarını buraxan müğənninin son işi isə "Wonder"dir. Bu albom Azərbaycan dinləyicilərinə artıq ötən ilin dekabrında təqdim olunub.
Категория: Show Biznes | Просмотров: 791 | Добавил: Ulvi_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 7
0  
 
ilkin yazdıki >> tanimiram 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.164
Tarix: 16.06.2011 ,12:49.

0  
 
ilkin yazdıki >> Teşekkür xebere görə! 16 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:109.127.17.1
Tarix: 29.03.2011 ,15:32.

0  
 
Leylaşka1 yazdıki >> EH BUNUN DISKIIN ALMIWDIM.HEC NE DYILMIW.ZEHLEM GEDIR BUNDAN 
__________
İstifadəçiəçi Adı:Leyla_282
İP:109.127.21.224
Tarix: 29.03.2011 ,09:24.

0  
 
Leman yazdıki >> Elə mənim də xoşum gəlmir bundan!!!!!!!!!!! 1 1 1 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:109.127.17.37
Tarix: 27.03.2011 ,22:13.

0  
 
Məhəmmədəli yazdıki >> sag ol ulvi 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.24.192
Tarix: 27.03.2011 ,18:56.

0  
 
Leyla yazdıki >> fatinkaya tamailə qoşuluram.Ülvi_282 təşəkkürlər 14 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.91.96
Tarix: 27.03.2011 ,12:42.

0  
 
fatinka yazdıki >> Xosum gelmiree bundan 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.139.60
Tarix: 26.03.2011 ,18:28.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024