Главная
Регистрация
Вход
Çərşənbə Axşamı
23.04.2024
14:48
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytimizin açilmağini necə qarşilayirsiz?
[ Netice · Diger ]
Cavablar: 67

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

13:10
Namaza bəhanə gətirənlərə
 
 
Bismilləhir-Rahmənir-Rahim


Son zamanlar gənclər arasında namaz barədə müxtəlif fikirlər vardır. Bəziləri bu yolun vacibliyini başa düşdükləri halda,digərləri isə əsas ürəyin təmiz olsun, namaz qılmasanda olar, hələ cavanam, Peyğəmbərin(s) özünə də Peyğəmbərlik 40 - yaşında verilib, o yaşa çatım namaz qılaram, Əhd eləmişəm filan işim düzəlsin namaz qılacam; Allah özü istəyəndə namaz qılacam,qılmıramsa demək hələ Allah hidayət etməyib və s. kimi ideyalarla səhv fikirlər deyirlər. Bununlada özləri-özlərinə bəhanə yeri yaradırlar. Amma unutmaq lazım deyil ki, namazın vacibliyi barədə müqəddəs kitabımız Qurani-Kərimdə neçə-neçə ayələr nazil olmuşdur. İndisə bu deyilən fikirlərə irad üçün bəzi məsələləri aydınlaşdırmaq istərdik.
Əgər ürəyin təmiz olmasıyla işlər düzəlsəydi, Allah Qurani-Kərimdə namazı vacib yox, məhz ürək təmizliyini göstərib bununla kifayətlənərdi. O hökm Allahındır, namaz barədə hər hansısa bəndənin hökm verməsi nə dərəcədə düzgündür? Onda adam Quranın ayələrinə zidd getmiş olur ki, bu da müsəlmana yaraşmaz. Həmd olsun Allaha ki, hamımız yekdilliklə qəbul edirik ki, peyğəmbərimiz (s.a.a.) ən ideal bir şəxs olub. Onun ürəyindən təmiz ürək ola bilməz. Onun kimi heç kəs pak ola bilməz. Bütün bu hallarla Peyğəmbərimiz (s.a.a.) namaz qıldıqdan sonra, kimsə ondan biliklimi çıxıb ki, ürək təmizliyilə özünə bəraət qazandırsın? Bu gülüncdür.


 
Digər bir halda,özlərinə hələ cavanam demlələrilə bəraət qazandıran şəxslərə üzümüzü tutub deyirik ki, heç kəs nə qədər yaşayacağına zəmanət verə bilməz. Baxaq,elə bu məqaləni oxuyub qurtarana qədər kim öz həyatinın təhlükəsizliyinə zəmanət verə bilər? Əlbəttə ki, heç kəs. Yoxsa, kiminsə Allahla müqviləsi var? (Əstəğfirullah). Bax! Elə buna görə də hər anı qiymətləndirib,bundan yararlanmaq lazımdır.
Başqa bir məsələdə başa düşmək lazımdır ki, Allahın hökmünə qarşı şərt qoymaq olmaz. İnsana bütün nemətləri verən məhz Odur. Adicə iki gözümüzdən birini nəyə dəyişərik? Heçnəyə. Hətta 100 mln. manat da versələr bir gözümüzü vermərik. Bəs bu gözü bizə verən kimdir? Əlbətdəki, Allah-Təaladır. Biz hələ Onun bizə bəxş etdiyi bir nemətdən bəhs edirik. Bütün orqanizm, həyat fəaliyyəti, yaşamaq və duymaq qabiliyyəti və s. Kimi nemətlərdən danışsaq görün nə qədər vaxt alar... Belə olan halda 3-5 vaxt namaz helə çətin bir məsələdir ki, onu yerinə yetirmək üçün bəhanələr gətiririk?
Necə yəni? – "Filan işim düzəlsin, namaz qılacam”. Bəyəm indiyə kimi sənin işlərini düzəldən Allah-təala deyildi? Unutmayaq ki, Allahın hər bir işində bir hikmət vardır ki, onu hamı başa düşə bilməz.
O ki,qaldı Allahın hidayətinə, Adəm övladı başa düşməlidir ki, Allah-təala insanı yaradanda ona ağıl, şüur, dərrakə və düşünmə qabiliyyəti verib. Allahın insana bəxş etdiyi həqiqət ondan ibarətdir ki, hər şeyi Allah öz üzərinə götürmür, insana da seçim verir ki, öz yolunu seçsin. İnsana cənnət və cəhənnəmi göstərir. Sonrakı hərəkətlərinə uyğun olacaq bu iki məkandan birilə tanış edir. Əgər hər şey Allahın əli ilə olsaydı, onda belə çıxırdı ki, Allah-təala özü bilə-bilə bəndəsinə əziyyət verir, onu cəhənnəmə yollamaq istəyir. Aydın məsələdir ki, bu belə deyil və bunu Qurani-Kərimdən belə aydın görmək olar ki, "Hər bir yaradıcı öz yaratdığı istənilən bir şeyi sevdiyi kimi, Allah təalada öz bəndəsini beləcə sevir və onu cənnətdə görmək istəyir.” Təəssüf ki,bu seçimdən düzgün yararlana bilməyən bəndə səhf yolu seçir, sonrada hər şeyi Allah hidayətinin üstünə atırki, hələ Allah istəmir, hidayət eləyəndə namaz qılacam.


 
Hətta bəzəndə "vaxt” bəhanəsi edən insanlarada rast gəlinir.Vaxt azlığından bəhanə edənlər başa düşməlidilər ki, bu həqiqətəndə bəhanədir. Gündəlik 3-5 vaxt namaz, toplam 30 dəqiqə etmir. İndi necə olurki, saatlarla kinoya, seriala, futbola baxıb, musiqiyə qulaq asırıq, kitab oxuyuruq, əylənirik, gəzirik. Amma 30 dəqiqə Allaha vaxt ayıra bilmirik? Halbuki bu 24 saatı bizə bəxş edən Allahdır. Doğrusu insanları başa düşmək olmur.
Siz hələ bu fikirə baxın: – Hələ hazır deyiləm, qorxuram namazı yarıda saxlayım, belə günaha girməkdənsə yaxşısı budur heç namaz qılmayım. Görün bu necə də mənasız, aciz bir fikirdi. Namaza hazırlıq nə deməkdir ki? Şeytan vəsvəsəsinə uyub namazı yarıda saxlamaq qorxusu keçirənlərin nəzərinə çatdırırıq ki, Allah–təala bu yola gələn bütün bəndələrinə özü kömək olur. Məhz O, kömək edir ki, insan namazlarından qafil olmasın. Amma aydın məsələdir ki, bəndə bunun üçün əlindən gələni etməlidir. –Necə deyərlər: "Səndən hərəkət, məndən bərəkət”.
Hətta bəzi xanımlar da öz geyimlərini nəzərə alıb, mən başımı bağlaya bilmərəm. İndi o qədər başını bağlayıb yüz hoqqadan çıxanlar var ki, camaat yüz fikirə düşür, belə daha yaxşıdır. Əziz xanımlar unutmayın ki, hicab qadının ismətidir və bu da məhz Allahın bəyəndiyi yoldur.





 
Möminə qadınların zinəti Hicabdadır,
İlahinin sevgisi, rəhməti Hicabdadır.

Pərdələnsə Günəş də azalmayır ziyası,
Ziyayı-nuri-iman isməti Hicabdadır.

Libasın da, özün də nur saçırsan afərin!
Dinimizin namusu, qeyrəti Hicabdadır.







 
O ki, qaldı hicab altında hoqqa çıxaranlara, siz heç də onu bəhanə etməyin. İslamda hər kəs özünə cavabdehdir. O, pisdirsə sən yaxşı ol. Bizdə belə bir yaxşı misal da var, deyir: – Filankəs özün dağdan atacaq, sən də atacaqsan?
Kiminsə kənardan nəsə deməsi problem deyil. Əsas odur ki, hər şey Allahın istədiyi kimi olsun. Necə olur ki, Allahın bəndəsinin sənə deyəcəyindən çəkinirsən, utanırsan, amma, həmin o, bəndəni yaradan Allahın dediklərinin üstündən xətt çəkirsən? Bu hansı məntiqə sığır? Birdə başa düşmək lazımdır ki, İslam dini demokrativ dindir. O insanı məcburiyyətə sürükləmir və hər şey də birdən olmur. Geyim problemilə üzləşən xanımlar bilsinlər ki, bir dəfə biraz uzun paltar geyinməklə, daha sonra şalvarın üstündən uzun paltar geyinməklə və s. hər şeyi asta-asta etmək olar. Bu da məcbur deyil, amma bilin ki, vacibdir. Müəyyən vaxt, biraz elmləndikdən sonra həmin xanımın özü bu məsələlərdə diqqətli olmağa çalışacaq, bu da normaldır və bundan əsla qorxmaq lazım deyil. İslamda qadına hörmət böyükdür, qadın anadır O, Allahın ruh verdiyi bəndəsini dünyaya gətirir. Hicab xanıma xüsusi gözəllik verir. İslamda olan xanımlar kimi öz ismətinizi qoruyun əziz xanımlar. Həqiqətən də insanın dərrakəsi kəsb etməlidir ki, həyata heçnədən gəlməyib. O, yaranmaya da bilərdi. O, dünyanı dərk eyməyə də bilərdi. Amma görün Allah-təala ona necə gözəl nemətlər bəxş edib.


 
Təəssüf ki, bunu hamı başa düşmür və ya başa düşmək istəmir.
Hər halda, İslamda hər kəs özünə cavabdehdir, buna görə də Allahdan dəvət etmək, bizlərdən isə fikirləşib seçim etmək gərəkdir.
Qurani - Kərimdə də buyrulduğu kimi, "insana az da olsa zülm belə edilməz, hər kəs öz əməllərinə görə cavab verəcəkdir”.
Ümid edirik ki, deyilənlərdən bir nəticə əldə edəcəksiniz. Son olaraq namaz barədə deyilən bəzi hədisləri nəzərinizə çatdırmaq istərdik.
Peyğember (s) buyurur – bir mələk hər namaz vaxtı nida edib deyer. Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınız (cəhənnəm odunu) namaz vaistəsi ilə söndürün.
Həzrət Əli (ə) buyurur: - Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən qaldırmazdı.
İmam Baqir (ə) buyurur: - Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır,əgər namaz qəbul olunsa sair əməllərə də baxılacaqdır ,əks halda sair əməllər ona fayda verməyəcəkdir.
İmam Sadiq (ə) buyurur: - Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.

Категория: İSlam | Просмотров: 737 | Добавил: fiona | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
Məhəmmədəli yazdıki >> Allah razi olsun 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:188.253.133.65
Tarix: 23.06.2011 ,12:29.

0  
 
ilkin yazdıki >> twk gozel xeberdi cool smile 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.254
Tarix: 20.06.2011 ,10:12.

0  
 
SeCReT yazdıki >> xeber qoyanda fikir verde / yaxsiki allahin admini men olmasaydim it gununde olacaqdi 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.19.119
Tarix: 06.03.2010 ,19:30.

0  
 
SeCReT yazdıki >> bu nedi aaaaz buunu oxumaq var ee neyse sen mene deyersen
Tesekkurler Allah Razi olsun
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.19.119
Tarix: 06.03.2010 ,18:51.

0  
 
fatinka yazdıki >> Tesekkur edirem.Amma bagisla axira qeder oxumadim.amma oxuyacam cunki maraqlidir 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:80.69.61.246
Tarix: 03.03.2010 ,17:14.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Mart 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
1234567
891011121314
15161718192021
22232425262728
293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024