Главная
Регистрация
Вход
Cümə Axşamı
25.04.2024
15:56
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Oğlansan qız ?
[ Netice · Diger ]
Cavablar: 158

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

17:50
Övlad gözü, Ana ürəyi
 
Kiçik qız, özünü bildiyi gündən bəri anasından böyük bir qayğı görmüş və ondan eşitdiyi sözlərlə, şahzadədən daha gözəl olduğuna inanmışdı. Ona görə nur üzlü və badam gözlü idi. Bir dənəcik balası idi. Amma ibtidai məktəbə başladığında, işlər dəyişdi. Yoldaşları, onun heç də gözəl olmadığını, hətta çirkin belə sayılacağını söyləyirdilər.
Kiçik qız, ilk əvvəllər onlara inanmadı. Çünki hər kəs bir-birini qısqanırdı. Amma bir neçə il içində gerçəklərlə üzləşdi. Anasının bir körpəyə bənzətdiyi üzü, solğun bir dəriyə sahib olduğu üçün, yaşlı bir insan üzünü xatırladırdı. «Badam» dediyi gözləri isə çəp idi. Boyunun da bir sərviliklə əlaqəsi yox idi. Demək ki, anası onu aldatmış və illər boyu çəkinmədən yalan danışmışdı.
Gənc qızın ana sevgisi, qısa bir müddət içində nifrətə döndü. Evlənmə yaşına gəlmiş olmasına baxmayaraq, üzünə baxan yox idi. Üstəlik də gözləri, bütün müalicələrə baxmayaraq düzəlmirdi.

Gənc qız, həkimlərin gizlicə etdiyi danışmalardan kor olacağını anladığında dəliyə döndü və özünü hələ uşaqlıq illərindəki sözlərlə oxşayan anasının bu yalanlarına dözə bilməyib, evi tərk etməyə qərar verdi. Lakin anası, uzaq bir yerdə iş tapdığını söyləyərək ondan əvvəl hərəkətə keçdi. Və qazandığı pulları bir qohumuna göndərib, qızına baxmasını xahiş etdi.
Gənc qız bir müddət sonra görmə qabiliyyətini itirdi. Artıq qaranlıq dünyasıyla baş başaydı. Bu arada anasını heç düşünmürdü. Yalançı idi anası, ölsə belə bir itkin sayılmazdı.
Bir gün həkimlər, uyğun bir cüt göz tapdıqlarını söyləyərək qızı əməliyyat etdilər. Ancaq o, gözünü açdığında yenə eyni üzü görməkdən qorxurdu. Lakin gün işığı üçün çox darıxmışdı. Heç olmasa kiməsə yük olmazdı.
Gənc qız, əməliyyat sonunda aynaya baxdığında, dəli bir cığırtı atdı. Qarşısında bir dünya gözəli vardı. Həqiqətən də gözəl bir qız idi gördüyü. Üzündəki sızanaqlar tamamilə itmişdi. Çox kəmərli olan burnu düzəlmiş və çöl otlarını xatırladan düz saçları, dalğa dalğa olmuşdu. Boyu da hər zamankindən uzun idi.
Gənc qız, yanındakı yaşlı həkimə sevinclə sarılaraq:
— Sanki yenidən dünyaya gəldim!- deyə qışqırdı. Üzümdə heç bir çirkinlik qalmamış. Estetik əməliyyatı sizmi etdiniz?
Yaşlı həkim:
— Xeyr qızım!- deyə gülümsədi. Ananın gözlərini taxdıq sadəcə. «Mənə lazım deyil» deyə bağışlamış...

FİKİRLƏRİNİZ...
Категория: Sevgi | Просмотров: 816 | Добавил: QaraQan_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
fatinka yazdıki >> Oxudum.cox maraqlidi tesekkurler 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:109.127.25.118
Tarix: 17.06.2011 ,18:48.

0  
 
aysel yazdıki >> 12 xeberdir tesirlidir muellife tesekkur 
__________
İstifadəçiəçi Adı:Aysel_282
İP:85.132.62.197
Tarix: 17.06.2011 ,18:15.

0  
 
ilkin yazdıki >> 12 xeberdi amma uzundu kisa olsaydi daha yaxsi olardi 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.164
Tarix: 16.06.2011 ,11:46.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024