Главная
Регистрация
Вход
Cümə
29.03.2024
03:52
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı Azərbaycan TV-si ?
[ Netice · Diger ]
Cavablar: 147

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

22:09
Qaraqan sevənlərinə mistik konsert vəd etdi

 
Bu gün Azərbaycan Media Mərkəzində Milli Kitab mükafatçısı, H.O.S.T qrupunun solisti, İlin Gənci və Azərbaycanda ən çox satılan romanların müəllifi Elxan Qaraqanın geniş mətbuat konfransı keçirilib. ANS PRESS-in məlumatına görə, tədbirdə çıxış edən H.O.S.T-çular aprelin 3-də Azərbaycan Opera və Balet Teatrında Qaraqanın rejissorluğu ilə baş tutacaq Azərbaycanda ilk Hip-Hop müzikli barədə ətraflı məlumat veriblər.

Bu layihə Azərbaycanda ilk hip-hop muzikli hesab edilir. Konsertdə lirik–fəlsəfi mahnılar Pantomim Teatrının aktyor və aktrisaları tərəfindən tamaşaçılara çatdırılacaq, canlı akustik piano, vokal və xor, eləcə də konsertboyu sonu qəliz, psixoloji təsirli süjet nümayiş olunacaq.

Azərbaycan gənclərinin təxminən 90 faizinin ümimiyyətlə teatr, balet, opera, hətta lojanın belə nə olduğunu bilmədiyini vurğulayan Elxan Qaraqan bu layihə ilə yenilik etmək fikrində olduqlarını bildirdi. Onun sözlərinə görə, bu layihə ilə operanı alçaltmaq və ya pozmaq deyil, əksinə replə müasir musiqini tamaşaçılara daha təmiz şəkildə çatırmaq niyyətindədir.

Qeyd edək ki, hip-hop müzikli tam bir süjet xəttindən ibarət deyil. Layihənin özəlliyindən biri də replə pantomimin birgə harmoniyası, vəhdətinin qovuşması olacaq. Konsertdə klassik fortepianodan istifadə olunacaq, eləcə də bütün konsertboyu videoçarxlar nümayiş olunacaq. Biz sözlə, Elxan yeni konsertlə tamaşaçılara ruh və mistik ab-hava yaşadacağını vəd edir.

Konsertin "Mənim qaranlığım” adlanmasına aydınlıq gətirən H.O.S.T qrupunun solisti Elxan Qaraqan bunun insanın ruhu ilə bağlı olduğunu bildirib: "Konsertin belə adlanmasının səbəbi onunla bağlıdır ki, hər bir insanın daxilində qaranlıq bir nöqtə var. O bunu heç kimlə bölüşə bilmir. Oraya heç bir tərəfdən Günəş işığı düşmür. Bu, insanın təkcə ona aid olan hissəsidir. Burada qaranlıq və ya qara qüvvələrdən söhbət getmir. Konsertdə bu işığı açırıq”.

İlk hip-hop müzikl konsertinə elit təbəqənin də gələcəyi gözlənilir. Konsert təşkilatçlarının sözlərinə görə, təxminən 200 dəvətnamə ictimai xadimlər, Səfirlik, Nazirlik, yazıçı, şairlər və digər ziyalılara paylanıb.

Azərbaycanda ilk dəfə həyata keçiriləcək layihənin çətin və məsuliyyətli olacağını deyən H.O.S.T-çular istənilən tənqidlərə də hazır olduqlarını etiraf ediblər. Eyni zamanda media tərəfindən də böyük dəstək gözlədiklərini gizlətməyiblər.

Elxan Qaraqan əlavə olaraq konsertdə növbəti "İşıq” adlı solo albomunun da işıq üzü görəcəyini bildirib. Onun sözlərinə görə, albom feminist ruhunda olacaq.

Azərbaycanda gənclərin, xüsusən də, qızların tək konsertə getməyinin olduqca böyük problem olduğunu deyən Qaraqan ölkədə gender disbalansının olduğunu və qadın haqlarının tapdalandığını vurğuladı. Elxan Qaraqan bununla bağlı çoxsaylı şikayət məktubları, eləcə də telefon zəngləri aldıqlarını dedi: "Bizə bununla bağlı çoxlu zənglər daxil olur, məktublar yazılır. Qızlar konsertlərə gəlmək üçün pul yığıb, bilet aldıqlarını, lakin sonradan evdə ailələri tərəfindən qadağalarla üzləşdiklərini deyirlər. Valideynlər bunu tərbiyəsizlik kimi qəbul edir. Qız uşağı da konsertə gedər? Qızlarına nə isə olacağından qorxurlar. Buna görə də konserti böyük zalda edirik ki, gənclər, xüsusilə qızlar öz valideynləri ilə gələ bilsinlər”.

Konsertin digərlərindən fərqlənəcəyini deyən Elxan bunu əyləncə üçün etmədiyini bildirdi.
 
 
Mənbə ANS press
Категория: Show Biznes | Просмотров: 1217 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
Banu yazdıki >> qaraqan menim ureyimdir............ 
__________
İstifadəçiəçi Adı:Banu
İP:94.20.68.228
Tarix: 10.07.2011 ,11:16.

0  
 
Leyla yazdıki >> supper - puper 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.93.54
Tarix: 31.03.2011 ,19:18.

0  
 
Leman yazdıki >> 12 11 11 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:82.194.4.192
Tarix: 30.03.2011 ,13:53.

0  
 
fionaaa yazdıki >> cehenneme versinler zehlem gedir bulardan 
__________
İstifadəçiəçi Adı:fiona
İP:91.191.197.10
Tarix: 30.03.2011 ,08:56.

0  
 
ulvi zeynalli yazdıki >> Supper ,Vaxt etsəm gedəcəm,Müəllifə Təşəkkür 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.216
Tarix: 29.03.2011 ,22:40.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024