Главная
Регистрация
Вход
Cümə
29.03.2024
04:10
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Əgər bir daha dünyaya gəlsəydin hansı cinsdə gəlmək istərdin ?
[ Netice · Diger ]
Cavablar: 149

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

12:20
Qızqaçırtma cinayətdir ? yoxsa sevgi fədakalığı ?
Azərbaycan adətlərində qız qaçırmaqla ailə qurmağın özünəməxsus ənənələri var. Lakin bu adət Azərbaycan qanunvericiliyində adam oğurluğu kimi tövsif olunub və ağır cinayət hesab edilir. Belə ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə isə olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 il müddətinə qədər azadlıqdan məhrum olunur. Qızqaçırmanın qanunvericiliklə cinayət hesab edilməsi ilə bağlı Azərbaycanda fikir ayrılığı var. Odur ki, müxtəlif sahənin mütəxəssisləri ilə bu barədə söhbət etdik.
Folklor İnstitutunun baş elmi işçisi Şakir Albalıyevin bildirdiyinə görə, folklorumuzda - nağıl, dastan, bayatılarımızda da bu ənənə geniş yer tapıb: "Bu, türk xalqlarının milli-mənəvi mentalitetində olmuş hadisədir. İsmayıl bəy Qutqaşınlının ”Rəşid bəy və Səadət xanım" əsərində bu ənənə özünə geniş yer edib. Adət əsasən tərəkəmə xalqlarına məxsusdur. Tərəkəmələrin isə tarixi Şumerlərdən də əvvələ gedib çıxır. Nağıl və bayatılarımızda iki sevən gəncin bir-birinə qoşularaq qaçması əks olunub. "Koroğlu”, "Abbas və Gülgəz” dastanlarında da qız qaçırılmaqla ailə qurulması məqamları var. Hətta Qərb mütəxəssisləri də Şərqdə iki gəncin bu cür sevişməsinə heyranlıqlarını gizlədə bilməyiblər".
Folklorşünas qanunvericilikdə qız qaçırılmasının cinayət hesab edilməsini düzgün saymır: "Qızqaçırmanın adını adam oğurluğu qoymaq özü cinayətdir. Hüquqşünaslar hər şeydən öncə milli-mənəvi məsələləri, xalqımızın psixologiyasını çox gözəl bilməlidirlər. Bu gün onsuz da toylarımız ağır xərc hesabına başa gəlir. Qızqaçırılma sadəcə toy, nişan məsrəflərindən azad olmaqdır. İndiki şəraitdə isə bu xərclərin ləğv olunmasına çox ehtiyac var. Sevgi-eşq müqəddəs anlayışdır. Adam oğurluğu ilə qız qaçıran oğlanın həbs edilməsi bu müqəddəs hisslərin tapdanmasıdır”.
Hüquqşünas Rafiq Alışov isə Cinayət Məcəlləsində göstərilənləri düzgün hesab edir: "Əgər qız nikah yaşına, yəni 17 yaşına çatmayıbsa və məcburi qaçırılırsa, bu, adam oğurluğuna bərabərdir və cinayət məsuliyyəti yaradır. İnsana mənəvi, psixi təsir göstərilirsə, təbii ki, bu oğurluqdur. Ancaq nikah yaşı tamam olan qız öz istəyi ilə gedirsə, bu zaman cinayət işi açılmır”.
"Təzəpir” məscidinin axundu Hacı Faiz isə qızın qoşulub qaçmasının İslam dinində qadağan edildiyini bildirir: "İslam nöqteyi-nəzərindən qızın məcburi qaçırılması günahdır. Ancaq adət-ənənə də var. Bəzən olur ki, ata-ana razı olmur, ya da müəyyən problemlərə görə qoşulub qaçırlar. Ümumiyyətlə, kəbinsiz qızın başqa oğlanın evində qalması İslamda zına sayılır”.
"Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əzizovaya görə, qız qaçırılması ilə bağlı yaranan problemlər bölgələrdə daha çoxdur: M.Əzizova hesab edir ki, hüquq-mühafizə orqanlarında psixoloqlara ehtiyac var: "Bəzən olur ki, oğlan qızı hədələyir. Qız da məcbur olub öz xoşu ilə qaçdığını deyir. Bizə edilən müraciətlər arasında belə bir hadisə olmuşdu. Nəticədə oğlan narkotikə görə qızı xarici ölkələrin birində satmışdı. Odur ki, hüquq-mühafizə orqanlarında belə məsələləri araşdıran psixoloqa ehtiyac var”.
M.Əzizova qoşulub qaçan qızlarda gərgin psixoloji durumun yarandığını deyir: "Məcburi qaçırılan qız hətta özünə qəsd etmək istəyində də olur. Bizə bir məktub göndərilmişdi, qız yazmışdı ki, əgər intihar etsə, onun səbəbkarı birgə yaşadığı insandır. Qoşulub qaçan qız ailəsinə də qayıda bilmir. Valideynləri bildirir ki, məcbur olub yaşamalısan. Bu da qadının psixoloji gərginlik yaşamasına gətirib çıxarır, ailədə münaqişələr yaşanır”.
Jurnalist Mahal İsmayıloğlu da ailə həyatını qızqaçırma yolu ilə qurub. Amma o, bunu könüllü qaçırılma adlandırır və həyatının uğurlu addımı hesab edir: "Bu işdə heç bir tərəfin narazılığı olmayıb. Mənim valideynlərim yox idi, sevdiyim qız da kasıb və yetim oğlan olduğumu bilirdi. Mən ona evlilik təklif etdim və bildirdim ki, toy edib heç kəsi əziyyətə, xərcə salmaq, heç kəsdən minnət götürmək istəmirəm. Qız da mənimlə razılaşdı. Bundan da onun valideynlərinin xəbəri oldu və onlar da bizim qərarımızın əleyhinə çıxmadılar. 27 ildir ailə qurmuşuq, çox uğurlu nikahımız olub. Övladlarımız, nəvələrimiz var və indiyədək də çox mehriban ailə həyatımız olub”.
Qız qaçırılması üzrə peşəkar olduğunu deyən M.İsmayıloğlu sən demə, indiyədək 20 qız "oğurlayıb”: "Belə bir məsəl də var, könlü olmayan gözələ yaxın düşməzlər. Kəndimizdə 20 qızın qaçırılmasında mənim də iştirakım olub, hamısının da gözəl ailə həyatı var, çox xoşbəxtdirlər. 60-80-ci illərdə 3 nikahdan 2-si qaçırılma yolu ilə olurdu. O vaxtı ali təhsilli qızların başlığı çox baha, texnikumda oxuyanlarınkı bir qədər az idi. Ona görə də imkanı olmayanlar qızı götürüb qaçırdı”.
M.İsmayıloğlu da qızqaçırmanı daha çox maddi imkansızlıqla əlaqələndirir. Onun fikrincə, dəbdəbəli toylar Azərbaycan ənənələrindən çıxarılsa, sadə nikahlara üstünlük verilsə, qızqaçırmaya yol verilməz: "İndi Azərbaycanda şadlıq evlərinin sayı-hesabı yoxdur. Bu yaxınlarda türk qəzetlərindən oxudum ki, 60-70-ci illərdə təkcə İstanbulda 1800-dən çox şadlıq evi olub. Amma indi onların heç biri qalmayıb. Hazırda Türkiyədə də adətən sivil toy edirlər. Görünür, Azərbaycan da belə bir mərhələni keçməlidir. Biz mənən varlı olsaq, dəbdəbəyə, şan-şöhrətə üstünlük vermərik”.
Qeyd edək ki, qızqaçırma ilə cinayət məsuliyyətinə cəlb olunub, ailə münaqişəsi yaşayanlarla bağlı redaksiyaya çoxsaylı faktlar daxil olur. Biz bu yazıda müxtəlif fikirlərə yer verdik. Hər halda, ailə kimi müqəddəs anlayışın Azərbaycanda özünəməxsus şəkildə qorunması qanunvericilikdə nəzərə alınmalıdır ki, qanunların tətbiqi ailələrin dağılmasına gətirib çıxarmasın. //"Yeni Müsavat" qəzeti
Категория: Meqaleler | Просмотров: 1116 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 13
0  
 
ILKIN yazdıki >> sevgidir mence 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.188
Tarix: 02.07.2011 ,16:24.

0  
 
Məhəmmədəli yazdıki >> mence mehebbet 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.59.19
Tarix: 22.03.2011 ,13:36.

0  
 
ulvi zeynalli yazdıki >> fionaaa.yaxci gorek? 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:93.184.227.2
Tarix: 25.08.2010 ,13:46.

0  
 
rihanna yazdıki >> men hele evlenme yasinda deyilem 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.119.221
Tarix: 25.08.2010 ,13:20.

0  
 
Ruslan yazdıki >> oo ağır söhbət 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:81.17.90.170
Tarix: 25.08.2010 ,00:54.

0  
 
ulvi zeynalli yazdıki >> prince_of_love,sohbet niye agir olurki?????fionaaa biler men bilerem.sen qarishma 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:93.184.227.2
Tarix: 19.08.2010 ,15:26.

0  
 
Ilqar yazdıki >> sohbet agir yerdedindi fionaa gel indi sohbetden cixx 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.55.82
Tarix: 19.08.2010 ,13:48.

0  
 
ulvi zeynalli yazdıki >> herrri fionaaa,bes meni onda bele chixir ki hech sevmemisen heeee????? 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:93.184.227.2
Tarix: 18.08.2010 ,21:45.

0  
 
rihanna yazdıki >> menim xosum gelmir qacan qizlardan mence sehv eliyirler meni bagisliyin amma mehebbete inanlardan deyilem mentiqle hereket etmeyi ustun tuturam 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.127.47
Tarix: 18.08.2010 ,20:46.

0  
 
Ilqar yazdıki >> Cinayet Deyilse BElke Mende Birini QAcirtdim Eee 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.55.82
Tarix: 18.08.2010 ,19:11.

0  
 
rihanna yazdıki >> bizim de mehleden dunen qiz qacirtdilar Teymur varee 17-de qalan o qiz qacirdib 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.118.238
Tarix: 11.08.2010 ,15:47.

0  
 
Musviq yazdıki >> Yox mence!!! good 
__________
İstifadəçiəçi Adı:musviq_20
İP:62.217.148.141
Tarix: 10.08.2010 ,21:39.

0  
 
fatinka yazdıki >> Eger evlenmek meqsedi iledise mence sevginin gucudur.eks hal;da cinayet 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.147.46
Tarix: 09.08.2010 ,14:53.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Avqust 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024