Главная
Регистрация
Вход
Cümə
29.03.2024
09:24
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytdan razı ...
[ Netice · Diger ]
Cavablar: 101

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

10:25
Təsirli SevGi hekayəsi ♥

Gənc bir qız ağır bir xəstəliyin pəncəsində qıvranırdı. Yaralı ürəyi artıq bu dünyaya
daha dözə bilmirdi. Çox varlı olan ailəsi bütün qəzetlərə,
ürək nəqli üçün elan vermişdilər ... Canını fəda edəcək birini axtarırdılar ...
Gənc qız isə hər gün xəstəxana otağında bir az daha solurdu.

Yenə otağında yalnız, gözü yaşlı, boynu bükük ölümü gözləyirdi ...
Gözlərini bağlayıb bu kiçik otaqda gözyaşı tökməkdən bezmişdi ... Yenə də
mane ola bilmədi bulaq kimi çağlayan gözyaşlarına. Sevdiyi gəldi ağlına,
kasıb amma onu sevən sevgilisi ... Hər gün eyni şeyləri düşünür,
xatirələri bir film kimi gözünün qarşısından keçirdi ..

"Pulum yoxdur amma sənə verə biləcəyim sevgi dolu bir ürəyim var" demişdi
sevgilisi. ...
Gənc qızda onsuz da başqa bir şey istəmirdi ...
Sevgiye möhtac olan biri, sevdiyinin sevgisindən başqa nə istəyə bilər ki, ...
Amma dünyalar qədər bir-biini sevən sevgilərinin arasına, var-dövlət girmiş və onları ayırmışdı ...
Amma artıq pulun nə əhəmiyyəti vardı?
Bu son günlərində, sevdiyinin yanında olmağını isteyirdi

Ayrılıqlarından bu yana beş bitməyən, əziyyət dolu il keçmişdi ...
Hər günü zəhər, hər günü acılarla dolu ...
Amma gənc qız həmişə sevgisini ürəyində daşımış, heç kimlə paylaşmamışdı.
Bir an sevdiyini düşündü .. Görəsən bu illər ərzində nə edib
.. Kim bilir kiminlə evlənib, belkədə ata olub ...
Gözlərindən bir damla yaş daha damladı əllərinə.
Əllərinə baxdı, bir vaxtlar əllərintutaraq onu necə sevdiyini deməyini xatırladı..
Ən çox da saçlarının tökülməsinə kədərlənirdi...
Çünki sevdiyi öpmüş, qoxlamısdı onları. Hər bir dənəsi qopduğunda, ürəyinə bir ox batırdı sanki

Qəlbi yenə sızlamağa başlamışdı. Bəlkə sevdiyi yanında olsa,
ürəyi bu qədər yorulub, vidalaşmazdı həyatla ... Onsuz da artıq ölümdən qorxmurdu.
deyildi gənc qızın. Sevdiyindən ayrı yaşamağın ölümdən nə fərqi vardı ki ...

Təkrar o gəldi ağlına ... Kaş ki, kaş ki.. yanımda olsa dedi. Son bir dəfə əlini tutsa,gözlərini son bir dəfə öpsə, rahatca əbədi olaraq gözlərini yumsaydı həyata ...
Düsünürdü görəsən onun sevgisini silib atdımı qelbinden?
İçi birdən nifrətlə doldu üstünə böyük bir ağırlıq çökdü.
Onu düşündükcə hər dəqiqəsinin zəhər olması artıq çox daha
ağır gəlirdi gənc qıza ... Ölmək istədi, artıq yaşamaq istəmirdi bu dünyada ...
Amma sevdiyindən bir xatirə götürmədən ölməyəcəyinə and içmişdi

Birdən atası girdi otağa, qızına ürək nəqli üçün bir könüllü tapdıqlarını müjdələyəcəkdi. Lakin gənc qız çoxdan yuxuya getmişdi ...
O gecə biri gözlərini dünyaya qapadı, digri heyata dörd əllə sarıldı,gənc qız əməliyyata alındı.
Bir həftə sonra təkrar gözlərini
açdı dünyaya gənc qız amma dünya daha fərqli gəldi ona. Sanki bir şeylər əskik idi ...

Aradan aylar keçmişdi gənc qız artıq yaxşılaşmışdı
Amma içindəki narahatlığın səbəbini bilmirdi.
Sevdiyi ağlına gəlincə ürəyi əvvəlkindən daha çox sızlayırdı ...
Yeni ürəyi onu yaxşılaşdırmışdı amma nədənsə hər gecə birdən sürətlənir, onu yuxusundan oyandırır və sanki yerindən çıxacaqmış kimi atmağa başlayırdı ...
Gənc qız bir məna verə bilmədiyi bu vəziyyəti həkimə izah etmişdi amma
əməliyyat asan deyildi, bir aya qalmadan keçər demişdi həkim

Aylar keçmişdi amma hec br şey dəyişməmişdi
Qapi çaldı birdən. Qapını açdı amma heç kim yox idi Gözü yerdəki ağ zərfə sataşdı
Yavaşca əyilib zərfi yerdən götürdü. Birdən ürəyi surətlə atmağa başladı.
Nə olduğunu anlaya bilmirdi. Zərfin üzərində nə bir ad, nə bir ünvan vardı
Zərfi açdı, içindən ağ bir kağıza yazılmış bir məktub çıxdı

MƏKTUBDA YAZIRDI

"Sevgilim, səndən ayrıldıqdan sonra, bir ürəyə iki sevginin sığmayacağını
bildiyimdən üçün , heç kimi sevə bildim, nədə kimsəyə baxa bildim ...
Hər günüm digərindən daha çətin keçdi, çünki hər gün həsrətin daha da artırdı ...
Sənə kitabları dolduracaq qədər şeirlər yazdım.
Yazdım, oxudum, ağladım ... Hər gün yazdım, hər gün oxudum, illərlə ağladım ...
Hər gecə səni düşündüm səhərə qədər, hər gecə sənin yanında
olmağı istədim və hər gecə sənsizliyə lənət etdim, yuxuları haram etdim özümə,
sənsiz olmanın ağrısını gözlərimdən çıxardım ...
Və bir gün hər şeyi dəyişdirəcək bir fürsət çıxdı qarsıma..
Bunu fürsəti qiymətləndirməyib, özümə haqsızlıq edə bilməzdim və qiymətləndirdim ...
Səndən çox uzaqlara getdim, bəlkə səni unudaram deyə ...
Amma tam tərsi oldu Sənin üçün daha çox darıxırdım

Səndən çox uzaqlardayam bəlkə amma yenə də səni görmək üçün uzaqlardan
gələ bilirəm
Həm də hər gecə ... Səni seyr edir və əyilib sən yatarkən
yanağına bir öpüş qondururam ..
Bəzən gözlərini açıb baxırsan, gəldiyimi bildiyini sanıram amma yenə o şirin yuxuna geri dönürsən
Sabah bir-birimizi sevməmizin altıncı ili ...
Həmişə mən gəldim indiyə qədər sənin yanına, sabah da sən gəl olarmı sevgilim ..
Unutmadan onuda deyim , sənə həmişə sözünü etdiyim, ürəyimə yaxşı bax sevgilim
Çünki göz yaşlarımla, adını yazdım ona ...
Səni səndən belə çox sevən bir sevgi var ürəyinin içində unutma
Səni Sevirəm, Yanıma gələnə qədər
Sevəcəyəm
..
Категория: Sevgi | Просмотров: 1185 | Добавил: Ayka_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
 
Heyder yazdıki >> twk.super 
__________
İstifadəçiəçi Adı:REP_282
İP:85.132.54.158
Tarix: 09.02.2012 ,01:21.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Oktyabr 2011  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024