Главная
Регистрация
Вход
Cümə Axşamı
28.03.2024
15:33
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

15:25
Tatlısəsə xəstəxanada sui-qəsd edəcəkdilər?
 
Başından güllələnən məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin müalicə olunduğu Maslak Acıbadem Xəstəxanasında bomba həyəcanı yaşanıb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya bomba qoyulması barədə məlumat daxil olub.

CNN Türk isə xəbər verir ki, İstanbul polisinin rəsisi Hüseyn Çapkın jurnalistlərə açıqlamasında bildirib ki, İbrahim Tatlısəsə qarşı xəstəxanada sui-qəsd planı hazırlanmasının qarşısının alınması barədə məlumat yanlışdır. O qeyd edib ki, Tatlısəsə qarşı silahlı hücumla bağlı saxlanılan 7 nəfər şübhəli şəxsin hadisəylə əlaqəli olub-olmaması araşdırılır.

"Məsələ ilə bağlı hər cür detalı qiymətləndiriririk. Əsas şübhəli şxəslər saxlanılıb. Araşdırmalar davam edir. Tapılan 2 silahdan biri hadisədə isifadə edilən silahdır. Ancaq sənətçiyə qarşı xəstəxanada sui-qəsdə cəhd olunması yalandır. Müğənninin xəstəxanada yaxınları və xəstəxana heyəti var Bundan əlavə biz müəyyən tədbirlər görmüşük. Belə bir şeyin olması mümkün deyil", deyə H. Çapkın qeyd edib.

Xatırladaq ki, müğənni və köməkçisi Türkiyənin Şişli rayonundakı "Nurol Plaza”da həyata keçirilən "Beyaz” TV-dəki İbo Şov proqramının çəkilişindən çıxarkən silahlı hücuma məruz qalıblar. Nəticədə İbrahim Tatlısəs başından, köməkçisi isə boğazından güllə yarası alıb.

Sənətçi dərhal özəl xəstəxanalardan birinə aparılıb. Orada ilkin yardımdan sonra Maslak Acıbadem Xəstəxanasına çatdırılıb. Müğənni 5 saat ərzində əməliyyat olunub. Həkimlərin sözlərinə görə, güllə müğənninin başına arxadan girərək öndən çıxıb və sağ beyin sümüyündə sınıq əmələ gəlib. İbrahim Tatlısəsin beynində qanaxma və burun nahiyəsində güllə izi olub. Bu səbəbdən müğənni həmçinin plastik əməliyyat olunub. Həkimlər hal-hazırda İbrahim Tatlısəsin vəziyyətinin normal olduğunu və ölüm təhlükəsinin 10%-ə endiyini bildiriblər. Müğənni artıq üç gündür süni tənəffüs aparatından ayrılıb.

Qeyd edək ki, İbrahim Tatlısəsə qarşı silahlı hücumun təşkilatçısı və icraçısı olduğu iddia edilən Abdullah Uçmak yaxalanıb. İstanbul mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən 36 müxtəlif ünvanda aparılan əməliyyat nəticəsində Uçmakla birlikdə 20 nəfər saxlanılıb. Daha 12 nəfərin isə axtarışları davam edir. Məlumata görə, sui-qəsd planının Uçmak tərəfindən həyata keçirildiyi, hadisə vaxtı istifadə olunan avtomobilin isə icarəyə götürüldüyü müəyyənləşib.
Категория: Show Biznes | Просмотров: 686 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
ilkin yazdıki >> ALLAH SEFA VERSIN 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.164
Tarix: 16.06.2011 ,12:12.

0  
 
Leyla yazdıki >> tşk 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.91.15
Tarix: 20.03.2011 ,13:36.

0  
 
ulvi zeynalli yazdıki >> Nə Bilim ee,Allah axrını yaxşı eləsin 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.9
Tarix: 19.03.2011 ,21:56.

0  
 
fatinka yazdıki >> Ee ne olursa olsun.Bundan xosum gel;mir 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.147.110
Tarix: 19.03.2011 ,17:18.

0  
 
Məhəmmədəli yazdıki >> Allah Ibrahim Tatlisese sefa versin 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:81.17.81.33
Tarix: 19.03.2011 ,16:25.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024