Главная
Регистрация
Вход
Cümə
29.03.2024
09:55
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

18:04
“Toy olsun!”…bəs toydan sonra?
 
Bu haqda fikirləşən yoxdur hələ, əsası toydur. Amma hər dəfə "Toy olsun!” sözünü eşidəndə yadıma Emin Sabitoğlunun "Hicran” tamaşası düşür. Tamaşada korifey sənətkarımız Nəsibə Zeynalovanın yaratdığı alverçi qadının obrazını indiki telekanalların siması seçmək çox yerinə düşərdi. Alverçi qadının bircə amalı var: "Bəyi başdan-ayağa geyindirmək”. İndiki telekanallarımızın dili ilə desək, "Gəlini başdan-ayağa nakolkalamaq” kimi səslənər bu fikir. Braziliya ilə Hindistan bir araya gələndə… Telekanallarımız səhərdən-axşama bişirir-düşürür, yuyur-silir, geyindirib-keçindirir, bəzəyir, ərə verir, evləndirir. Hətta toy üçün palatka müğənnilərinin də reklamını qabaqcadan edirlər ki, "toyumda kim oxusun” sualı yeni qoşalaşacaq cütlüyün nəslini-kökünü çox narahat etməsin. Belə telekanaldan kim küsər? Arada dincəlmək zamanı gələndə kara hind filmləri və Meksika, Braziliya serialları gəlir. Amma bu yaxınlarda telekanallardan biri Braziliya ilə Hindistanın birgə istehsalı olan "Zara” serialını yayımlayır. Deyir, yəni tamaşaçıya hər cür zövq vermək gərəkdir. Bu, artıq tamaşaçıya diqqətin pik həddidir. Amma ən yaxşısı telekanallarda bəzəmə yarışmasıdır. Yəni gəlin bəzəyi. İnanın ki, vaxtım olanda ancaq bu verilişlərə baxıram. Bilirsiniz, nəyə görə? Adətən belə verilişlər şənbə-bazar günü daha çox olur. O zaman televizorun qarşısında bu "təlxək qrimlərinə” doyunca gülürəm və həftəlik yorğunluğumu bununla çıxarıram. Bu verilişlərdə qrimlənməyə məruz qalan zavallının, yəni gəlinin qabaqkı və sonrakı fotolarına baxmaq xüsusilə ləzzətlidir. Deməli, sadə bir qızın təmiz, məsum üzlü şəklini göstərirlər. Guya ki, bu zavallı bu qədər "çirkin” imiş. Sonra bu zavallının qrimlənmiş halını göstərirlər. Az qala qulaqlarına çatan, qara gözlər, gellə şişirdilmiş, inək dodağı boyda dodaqlar, qıp-qırmızı, Beyləqan pomidoruna oxşayan yanaqlar, hələ üzdəki qoşa xallar, qolun üstündəki nakolkalar, sinənin lap intim yerinə çataçatda, əllərdən düz dirsəyə qədər xına ilə işlənmiş gül-ürək təsvirləri və s. Ən dəhşətlisi odur ki, telekanallarda bu hallara salınanlara gəlinlik donu geyindirirlər. Bu isə "Gəlin kimi həyalı-abırlı” deyiminin üstündən qara bir xətt çəkir. Onsuz da yerli telekanallardan qazancımız bu qara xətlərdir. "Nə səs-küydür bu gün sizdə?” Bizdə hər gün səs-küydür. Hər gün çalıb,oxuyub -oynamaqdır. Bütün telekanallarda belədir. Bap-balaca, darısqal studiyada gedən verilişdə azacıq dınqıltı olan kimi bütün iştirakçılar tökülüb ortalığa başlayırlar oynamağa. Kişi də qadın kimi, qadın da kişi kimi oynayır. Elə ki, intellektual söhbət gəlir araya, (əgər şeytanın qıçını sındırıb, belə söhbətlər edirlərsə…) o zaman, elə bil, qurbağa gölünə daş atırsan. Hələ aparıcıların bayağı, şit hərəkətləri, geyimləri, yeri gəldi-gəlmədi sərgilədikləri dayaz dünyagörüşləri… Ötən gün hər həftə kanallardan birində müəllif verilişiylə çıxış edən palatka müğənnilərindən birinin verilişinə baxmaq istədim. Bu, ancaq iki dəqiqə çəkdi. İri, gonbul, qat-qat piyi çıxan bədəninə qırmızı-sarı rənglərin qarışığından uzun don geyinən aparıcının qrimi bundan da şit idi. Hələ, üstəlik, verilişə dəvət etdiyi yekəqarın, palatka toylarının mahir ifaçısı olan kişi müğənninin hər ortaya düşüb, nazlana-nazlana süzməsi ikrah hissindən başqa heç nə vermirdi tamaşaçıya. Bu aparıcıları kim seçir? Ümumiyyətlə, aparıcılıqda hansı meyarlar əsas götrülür? Ancaq adamı, pulu olmağmı? Axı bu qırmızı-sarı donlu qadın heç danışmağı, cümlə qurmağı da bacarmır. O, qonağını, qonağı onu tərifləyir, bəs tamaşaçı? Bu suallara kim cavab verəcək? Nəzərə alanda ki, bu kimi verilişlərə yeniyetmələr də yaşlılarla birgə baxır, o zaman gələcəyimizin hansı ideologiya üzərində qurulduğu dəhşətini anlayırsan. Maraqlıdır, bu verilişlər və bu verilişlərin olmayan ideyası nə verir tamaşaçıya? Və ya bu sualın başqa variantı- kimin üçün maraqlıdır bu "ideologiya?”. "Aramızda qalsın” el içinə çıxsa, rüsvay olarıq… Bu, XəzərTV-də yayımlanan yerli serialdır. Yəni öz məhsulumuzdur. Amma adı kimi dadı da var. Yəni "Aramızda qalsın” elə aramızda qalsa yaxşı olar, el içinə çıxsa lap rüsvay olarıq. Türkiyənin "Çocuklar duymasın” serialının çox zəif və rüsvayçı "kopyasıdır”. Serialda baş rolu canlandıran Kamilə Babayevanı ABA-dan hamımız yaxşı tanıyırıq. Çox hazırcavab, xarizmatik aparıcı olan Kamilə Babayeva yaxşı aktrisa ola bilmədi. Çünki bu serialda bugünkü Azərbaycan ailəsini görmədi tamaşaçı. "Çocuklar duymasın”da bugünkü türk ailəsi bütün detallarına qədər sərgilənir. "Aramızda qaslın”ın anası isə mətbəxdə də, yataq otağında da işdən gəldiyi hündür dabanlı ayaqqabılarda gəzir. Hər bir film, hər bir iş nəyəsə xidmət etməlidir. Tutaq ki, maarifləndirməyə, vətən sevgisini artırmağa və s. O zaman sual olunur "Aramızda qalsın” nəyə, hansı ideologiyaya xidmət edir? Burada, demək olar ki, ideologiyadan söhbət gedə bilməz. Biz xarici filmlərdə ayaqqabı ilə evdə gəzənləri çox görmüşük. Amma nəzərə alanda ki, filmdəki qadın Parisin, Amsterdamın küçələrində deyil, Bakının küçələrində gəzib o ayaqqabılarla o zaman dəhşətə gəlirik. Bu gigiyena qaydalarına ziddir. Və ya ərinin çox sevdiyi bozbaşı bişirərkən, guya iyrəndiyindən ağzına əleyhqaz, ayaqlarına hündürdaban ayaqqabılar geymiş evdar qadının üzünün qrimi, ümumilikdə görkəmi tamaşaçıda "bu qadın dəlidir” fikrindən başqa heç nə yaratmır. Elzanın mütaliəsi, Ədalətin tulası… Bir dəfə kanallardan birində mütaliə ilə bağlı veriliş gedirdi. Maraqlı mövzu idi "Kim nə oxuyur” sualı aləmi qarışdırdı. Müğənni Elza Seyidcahan Şahbaz Xuduoğlunun müğənnilərimizin bədii səviyyəsinin aşağılığı haqqında fikrini qəbul edə bilmirdi. Türk müğənisi Kayahanın sevgi haqqında mahnılarını oxuyanda sevmək istəyirsən. Çünki bu insan özünü oxuyur, içdən gəlir bu oxu, bu istək, bu sevgi. Amma yunan, ispan mahnılarına bizim dildə söz qoşub oxuyan müğənni Ədalətin sevgi serenadalarını dinləyəndə sevgiyə də, bir gün pəncərənin qarşısına gül qoyacaq ONA da elə bəri başdan "yox” deyirsən. Başqa cür mümkün deyil. Çünki toxluq saçan sifətin serenadanın ruhundan çox kənar olması mahnı ilə ifaçı arasında yaranmalı olan bağlılığın altına sanki dinamit qoyur və… Ədalət o müğənnilərdəndir ki, tez-tez telekanllarda tulasını reklam edir. Tulasına aldığı paltarları və şampunları sərgiləyir. Qonşumuz Afaq isə 6 aylıq körpəsinə geyindirdiyi pampersi yuyub qurudur ki, bir neçə dəfə istifadə etsin… çox qəribədir… bu məmləkətin adını nə qoyaq? –"Tulaların körpələrdən daha yaxşı yaşadığı ölkə”mi? Toydan sonrakı nağara… Toydan sonrakı nağara əslində toydan qabaqkı problemlərin səsini əks etdirir. Bizim kanallarda "Toy olsun” və "Onun yarısı” verilişi var. Ötənlərdə qonşu gəlini deyir ki yaxın qohumu da "Toy olsun”a çıxıb. Üç uşaq anası ərinin onu döyməsini heç cür həzm edə bilməyib. Acıq edib atası evinə gedən qadın ordan birbaşa "Toy olsun”a çıxıb və deyib ki, duldur, özünə münasib, ağıllı, ortayaşlı, arvadını heç vaxt döyməyən və xəyanət etməyən bir ər axtarır. Arvadının maraqlı "sürprizi” ilə rastlaşan ər dözməyib, nə etsə yaxşıdır? Əşi, həyəcanlanmayın, hər şey yaxşı olacaq! Ər arvadını evə gətirib və ondan üzr istəyib. Əla, "Toy olsun” nə varsa, səndə var…. Ötənlərdə tanış bir müəllimə də "Toy olsun”dan danışırdı. Deyirdi ki, yaxın qohumunun keşmiş kürəkəni də bu verilişə çıxıb, vur-çatlasındadır, yəni özünə ağıllı, başıaşağı, dilzsiz-ağızsız bir arvad axtarır. O ki qaldı "keçmiş”in səbəbinə, bu iştirakçı sadəcə olaraq narkotik vasitələrə meylli olduğundan ailəsi ayrılmaq məcburiyyətində qalıb. İndi təsəvvür edirsiniz də, bu "keçmiş kürəkənin” axtardığı zavallını qabaqda nələr gözləyir. Nələr gözlədiyini toydan sonra biləcəyik. Dedim axı toydan qabaqkı bütün problemlərin səsini toydan sonrakı nağara əks etdirir. Bu nağaranı da çalanlar var… "Ömrüm ah-vayla keçdi dünyada…” "Ömrüm ah-vayla keçdi dünyada Həsrət qaldım əlim yara yetmədi…” Çox ağrılıdır, həm də gülməli. İnsan bir yara görə ömrünün axırına qədər ah-vay edir. Guya yatanda da, yuxudan oyananda da. Məgər həyatda insanı düşündürəcək, marağını çəkəcək başqa bir məqam yoxdurmu? Bax, bu kimi yanaşmalar bizi çox incitdi, mənlik şüurumuzu azdırdı, dağa-daşa saldı bizi. O ki qaldı toydan sonrakı nağaranın ifaçılarına… Bunlar bu gün yerli telekanllarda ağalıq edirlər. "Bizi barışdırın”, "Ulduz oldun” verilişlərində "ulduzlarımız” başına döyüb ağlayır, peraşki, qutab sata-sata, ər dəyişə-dəyişə necə "ulduz” olmalarının çətinliyini göz yaşları ilə tamaşaçılara bəyan edirlər. "Ulduz oldun” verilişində ən çox ağlayan qonaq ən çox reklam olunan və aparıcı Nanə tərəfindən ən çox seviləni olur. Axşam veriliş gedir, sabahı günü işdən evə dönəndə yolboyu bekarçılıqdan qapılarda oturan gənc gəlinlər, qoca qarıların axşamkı "ulduz”a vaysınmalarını dinləyirəm. Bu isə tamaşaçı ilə telekanalların vəhdətindən xəbər verir. Yadımdadır, bir dəfə müğənni Mətanət İsgəndərli "Ulduz oldun” da şiddətli göz yaşları içində az qalırdı bayılsın. O anda aparıcı Nanə də bayılmaq həddinə çatmışdı. Amma Nanənin bayılmağı xoşbəxtliyindən idi. O, Mətanətin bu qədər ağlayacağını qabqcadan gözləmirdi deyəsən, çünki çox sevinirdi, lap çox. Bax ha, insanın göz yaşları, acıdan, nalədən tökdüyü göz yaşları bəzən "sevincə” də səbəb olurmuş. Bəziləri buna manyaklıq desə də, mən deməyə söz tapmıram.
 
/movqe.az Arzu Abdulla, Etibar Amiraslanov
Категория: Müxtelif | Просмотров: 1520 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 8
0  
 
fatinka yazdıki >> Axira kimi oxudum.MAraqlidi.Eti,hmisi ile razilasiram 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:109.127.25.217
Tarix: 15.06.2011 ,21:00.

0  
 
fatinka yazdıki >> Eti,oldurum seni???Sen televizorda bezenen qizlara niye baxirsan??? 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:109.127.26.78
Tarix: 15.06.2011 ,20:43.

0  
 
LOVE yazdıki >> oxuduqca hec bitmir ki,bu tesekkurler 
__________
İstifadəçiəçi Adı:KILLER_LoVe
İP:178.76.20.87
Tarix: 15.06.2011 ,16:53.

0  
 
ilkin yazdıki >> 6 cok kotu 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.254
Tarix: 14.06.2011 ,20:25.

0  
 
Said yazdıki >> Teshekkur eTi..) 
__________
İstifadəçiəçi Adı:Leito
İP:88.151.194.232
Tarix: 14.06.2011 ,16:20.

0  
 
Məhəmmədəli yazdıki >> eti cox uzundu ee onsuzda bu verilisden zehlem gedir oxumaq ondan da maraqsiz 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.59.87
Tarix: 14.06.2011 ,13:30.

0  
 
ulvi zeynalli yazdıki >> Eti Adamda Belə xəbər yükləyər,,oxuduqca oxuyursanyee:))),Müəllifə Təşəkkür 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.125
Tarix: 13.06.2011 ,22:56.

0  
 
Leyla yazdıki >> Gic gici xeberdi!!!! 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.144
Tarix: 13.06.2011 ,18:15.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024