Главная
Регистрация
Вход
Cümə
29.03.2024
09:08
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

11:17
Yay aylarında normadan artıq isti olacaq
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev beynəlxalq hidrometeoroloji mərkəzlərin Qafqaz regionu üzrə verdiyi proqnozlara istinadən deyib.

O bildirib ki, ABŞ-ın İqlim üzrə Beynəlxalq Elmi Tədqiqat İnstitutunun proqnozuna görə, iyun-iyul-avqust ayları ərzində Qafqazda havanın temperaturu iqlim normasına yaxın və bir qədər çox, yağıntının normaya yaxın olacağı gözlənilir.

Avropa Orta Müddətli Proqnozlar Mərkəzi, Böyük Britaniya Meteorologiya Departamenti və Fransa Meteoroloji Departamentinin birləşdiyi EUROSIP-in proqnozlarında isə Qafqazda temperaturun normadan 1-1,5 dərəcə yüksək, yağıntının normadan aşağı olacağı açıqlanıb. Rusiya Hidrometeorologiya Təşkilatının proqnozuna görə, Qafqazda yağıntılar normadan çox, temperatur normadan bir qədər aşağı olacaq.

Verdiyevin sözlərinə görə, Azərbaycanda bunlardan hələlik Rusiya Hidrometeorologiya Təşkilatının yağıntılar üzrə verdiyi proqnozlar özünü doğruldur.

Baş hidroloq bildirib ki, beynəlxalq mərkəzlərin verdiyi məlumatlar əsasında iyun-iyul-avqust ayları ərzində Azərbaycan ərazisində havanın temperaturunun iqlim normasından 1-1,5 dərəcə yüksək olacağı gözlənilir. Azərbaycanın bəzi yerlərində - Mərkəzi Aran, Naxçıvan, Bakı və Abşeron yarımadasında isə temperaturun 2 dərəcə yüksək olacağı proqnozlaşdırılır.

Verdiyev deyib ki, iyunun proqnozuna görə, Azərbaycan ərazisində havanın temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə iqlim normasından 1, Böyük Qafqazın ərazilərində isə 1-2 dərəcə yüksək olacağı gözlənilir. İyun ayı ərzində Bakıda temperatur hətta 30-35 dərəcəyədək yüksələcək.

Verdiyev deyib ki, 2010-cu ilin iyun ayı bu ilin iyun ayına nisbətən daha isti keçib. Keçən ilə nisbətən bu il iyun daha sərin keçir. Ötən il iyunda Bakıda havanın orta aylıq temperaturu iqlim normasından 3 dərəcə yüksək qeydə alınıb.

Keçən il Bakıda iyun ayı ərzində ən yüksək temperatur 36,8 dərəcə isti olmaqla, iyunun 5-də müşahidə edilib. Ötən ilin iyununda Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 36,8, Mərkəzi Aran rayonlarında 37-40, Naxçıvanda isə 39-41 dərəcə isti olub.

Baş hidroloqun sözlərinə görə, Azərbaycanda ən isti yay günləri iyul ayı ərzində müşahidə edilir.

Ümumilikdə isə Azərbaycanda ən isti yay günü 2000-ci il avqustun 1-2-də 46 dərəcə isti olmaqla, Culfa və Ordubadda müşahidə edilib. Həmin gün Bakı və Abşeron yarımadasında havanın temperaturu 39-42, Naxçıvan, Aran rayonlarında 40-43 dərəcə isti olub
Категория: Xeberler | Просмотров: 600 | Добавил: Ayka_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ilkin yazdıki >> qaraqan qizin xetrine deyme aaaa 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.200
Tarix: 13.06.2011 ,14:06.

0  
 
Leman yazdıki >> Qaraqan seninde bilmediyin sey yoxdu yeeee hansi xeberi oxuyursan deyirsen ki bilirdim!! 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:88.151.194.144
Tarix: 13.06.2011 ,13:50.

0  
 
Məhəmmədəli yazdıki >> cox wukur axir ki seni de gorduk ayka tewekkurler xebeere gore amma bilirdim 8 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:188.253.134.133
Tarix: 13.06.2011 ,12:44.

0  
 
ilkin yazdıki >> ilk serh menden xeber 12 -di 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.212
Tarix: 13.06.2011 ,12:06.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024