Главная
Регистрация
Вход
Çərşənbə
24.04.2024
02:29
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

16:34
YUNESKO-da Novruz bayramı qeyd olunub
Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə bolluq, bərəkət və xeyirxahlıq rəmzi olan Novruz bayramı qurumun mənzil-iqamətgahında təntənəli şəkildə qeyd edilib. Tədbir iştirakçılarını salamlayan YUNESKO baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarin təbiətin oyanışından, baharın gəlişindən xəbər verən Novruzun qədim kökləri, təbiətlə əlaqəsi, sülhü, dözümlülüyü və həmrəyliyi əks etdirdiyini bildirib. Natiq Novruz bayramının Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını və 2010-cu ilin fevral ayında BMT Baş Məclisi tərəfindən " Beynəlxlaq Novruz Günü” barədə qətnamə qəbul edildiyini diqqətə çatdırıb, martın 21-nin bir çox müsəlman ölkələrində milli bayram- baharın gəlişi kimi qeyd edildiyini vurğulayıb.

F. Bandarin ötən ildən etibarən Novruz bayramının YUNESKO-da təntənəli şəkildə qeyd olunması təşəbbüsü ilə çıxış etmiş Azərbaycana öz təşəkkürünü bildirib, bu ilki tədbirdə Azərbaycan ilə yanaşı, Əfqanıstan, Qazaxıstan, Özbəkistan və Pakistanın incəsənət ustalarının da bayram konserti ilə çıxış edəcəyini bildirib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Novruz bayramının heç bir coğrafi sərhəd tanımadığını, Azərbaycandan tutmuş Türkiyəyə, Tatarıstandan, Başqırdıstandan başlamış Orta Asiyaya, Pakistandan, Əfqanstandan, İrandan tutmuş Balkanlara qədər geniş bir ərazidə milli bayram kimi qeyd olunduğunu bildirib.

Baş nazirin müavini "Novruz" sözünün etimologiyasına toxunmuş, onun əsas mənalarından birinin baharın, yazın ilk günü mənasını verdiyini, təbiətin, torpağın oyanışının, ağacların yaşıl yarpağa bürünməsinin məhz Novruza təsadüf etdiyini diqqətə çatdırıb. O, Novruzun, eyni zamanda, barışıq bayramı olduğunu, küsülü olanların bu bayram günü bir araya gəlib barışdıqlarını qeyd edib: "O, bildirib ki, bu bayram günündə biz azərbaycanlıların da bir arzusu var. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz tezliklə azad edilsin, hərbi təcavüz nəticəsində yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkün azərbaycanlılar doğma ocaqlarına qayıtsınlar”.

Elçin Əfəndiyev bildirib ki, bu gün bizim üçün bir də ona görə əlamətdardır ki, Novruz bayramı dünyanın mədəni beşiyi hesab olunan Parisdə yerləşən YUNESKO kimi nüfuzlu bir təşkilatın binasında qeyd olunur.

Sonra Azərbaycanın incəsənət ustaları Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistandan olan musiqiçilərlə birlikdə çıxış ediblər. Tamaşaçılar azərbaycanlı müğənni Gülyaz Məmmədovanın səsləndirdiyi xalq mahnılarını, R. Behbudov adına Dövlət Mahnı Teatrıının rəqs qrupunun ifa etdiyi milli rəqsləri alqışlarıa qarşılayıblar.

Bayram şənliyində Fransanın dövlət rəsmiləri, deputat və senatorlar, paytaxt ictimaiyyətinin nümayəndələri, YUNESKO rəhbərliyinin təmsilçiləri, müxtəlif ölkələrin səfirləri, o cümlədən Azərbaycanın Fransadakı səfiri və səfirliyin əməkdaşları, Fransada yaşayan və çalışan Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşları, soydaşlarımız və tələbələrimiz iştirak ediblər.

Tədbirin sonunda qonaqlar Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunmuş ziyafətdə zəngin mətbəximizin nümunələrinin və süfrələri bəzəyən bayram nemətlərinin dadına baxıblar.
Категория: Xeberler | Просмотров: 775 | Добавил: Ulvi_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ilkin yazdıki >> Tşk 16 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:109.127.17.1
Tarix: 29.03.2011 ,15:40.

0  
 
Leman yazdıki >> Teşekkür Amma Yeri yoxdur!!!!! 14 14 14 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:109.127.17.37
Tarix: 27.03.2011 ,22:12.

0  
 
Məhəmmədəli yazdıki >> tesekkurler 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.24.192
Tarix: 27.03.2011 ,18:57.

0  
 
Leyla yazdıki >> tşk 1 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.91.96
Tarix: 27.03.2011 ,12:43.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024