|
| | |
22:36 Ömürü 10 il uzadan dərman tapıldı |
`
Elm adamları yaşlanmağı 10 il gecikdirə biləcək "gənclik iksirini" tapdı. Gizli tutulan düstur "dünyanın ən iraq və sirrli nöqtəsi" qəbul edilən Easter Adasında olan bir maddə ehtiva edir.
İngilis mətbuatında "möcüzəvi görüş" olaraq qiymətləndirilən inkişaf nəticəsində yaşlanma müddəti 10 il təxirə salına biləcək. Heyvanlar üzərində edilən təcrübələrdə isə ömür uzunluğunun 38% artıra bilindiyi qeyd edildi. Dərmanın ömür uzatmaq xaricində görmə, eşitmə pozğunluqluqlarını, halsızlıq və unutqanlıq problemlərinə həll ola biləcəyi iddia edildi. İndiyə qədər ömür uzunluğunu genetik quruluş və diyet vərdişlərinə bağlayan həkimlər isə, bu dərmanın, orta ya da irəli yaşdakı insanlara verildiyində belə nəticə alına bildiyini görüncə çaşdıqlarını etiraf etdilər. Başqa bir versiyasıyla Rapamycin adındakı dərmanın indiki vaxtda orqan nəqli edilən xəstələrin immunitet sistemini basdırmaqda istifadə edilir. Dərmanın ürək narahatlıqları və xərçəng müalicələrində istifadə edilmə potensialı da təcrübə mərhələsində. Texas Universitetində mütəxəssis heyətin icra etdiyi işlərin on il kimi qısa bir müddətdə nəticələnib dərhal sonra möcüzə həbin bazara verilməsi gözlənilir. Dr. Arlan Richardson dərmanla əlaqədar "çox ümidli" olduğunu ifadə etdi. Dərmanın ehtiva etdiyi bir maddənin isə dünyanın ən iraq nöqtəsi, pasifik dənizinin ortasındakı Easter Islandda 1970-inci illərdə olan, ancaq uzun təcrübələr nəticəsində faydaları ancaq bu gün müəyyən oluna bilinən maddə olduğu ortaya çıxdı. |
Категория: Meqaleler |
Просмотров: 807 |
Добавил: fiona
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
|