Qlobal məkanın ən iri sosial şəbəkəsi olan Facebook-da Azərbaycan dilli versiyası istifadəyə verilib. 282-nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, indiyədək sosial şəbəkənin interfeysi 70-dən çox dilə tərcümə olunub ki, buna, istifadəçilərin könüllü birgə işi nəticəsində nail olunub. Belə ki, Facebook Translations Apps proqramı çərçivəsində istifadəçilər xidməti səhifələrin mətnlərini və saytın menyusunu tərcümə edir, administrasiya isə tərcümənin nəticələrini yoxlayır və üslubun dəyişilməz qalmasına nəzarət edir. İnterfeysin ayrı-ayrı elementlərinin ən yaxşı variantları səsvermə yolu ilə müəyyən edilir.
|