Yapon alimləri maraqlı araşdırma aparıb. Onların tədqiqatlarına inansaq, yuxudan erkən oyananlar arasında ürək xəstəliklərinə tutulanlar gec oyananlara nisbətən çoxdur.
Başqa bir tədqiqatın nəticələrinə görə, xronik yuxusuzluq və erkən oyanma ürək-damar xəstəlikləri, xüsusilə arterial hipertoniya hallarını artırır. Britaniyada 6500 qadın üzərində aparılmış tədqiqat zamanı müəyyən olunub ki, sutkada 5 saatdan az yatan qadınlar arasında arterial hipertoniya halları sutkada 7 saatdan çox yatanlara nisbətən iki dəfə çoxdur.
|