Главная
Регистрация
Вход
Cümə Axşamı
02.05.2024
02:09
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Azərbaycanda 1 nömrəli rep kim deyir ?
[ Netice · Diger ]
Cavablar: 130

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

13:34
15 Sentyabr Bilik Günüdür !

Bu gün ölkəmizdə yeni tədris ili başlayır. Hər bir məktəbli, tələbə və onların valideynləri üçün sanki təqvimdə yeni il başlayır. Yenilik demişkən, bu ildən orta təhsil müəssisələri vahid məktəbli geyiminə keçirlər.

Elə neçə gündür qəzetlər, televiziyalar, internet portalları da bu barədə danışır, Bakı Tikiş Fabrikinin həyətindən şəkilli, görüntülü xəbərlər yayır. Altı yaşlı qızım məktəbə gedir. Mən də ora getməli və uşağa məktəb forması seçməliyəm. Doğrusu, ordakı basabas, qaydasızlıq gözümü qorxutduğundan məktəbə iki gün qalanadək o ünvana getmirəm. Sentyabrın 13-də qızım «ana, bəs mən məktəbə getmirəm, niyə mənə məktəb forması almırsız?» deyə xitab edir. Eh, o sualı mən son günlər bəlkə 50 dəfə özümə vermişəm. Heç bir yük məni bu qədər qorxutmayıb. Formanın qiyməti-filan vecimə deyil. O basabasa girməmək üçün 10 qat artığını belə ödəməyə hazıram. Amma alternativim yoxdur. Standart azərbaycanlı kimi uşağı da götürüb gedirik həmin ünvana. Yüzlərlə adam darısqal bir qapıdan həm içəri, həm də bayıra çıxır. Qapıda dayanan 3 nəzarətçinin işi isə içəri girib-çıxanların hərəkətinə mane olmaqdı. Əvvəlcə kənarda dayanıb seyr eləyirəm, amma məni arxadan itələyib içəri salırlar. Buna görə kütləyə minnətdaram... Özümə qalsaydı, yəqin ki, axşam evə əliboş qayıdacaqdım. Kütlə uşağı əzməsin deyə qucağıma götürürəm. Bu balaca, çəlimsiz, eynəkli qızı qucağımda görən fabrik işçisinin mənə yazığı gəlir. Və yanında paltarların ölçüsünü müəyyənləşdirən qadına bizi göstərib «sən Allah, bu balacanı yola sal» deyir. Qadın bir göz qırpımında qızın ölçüsünü müəyyənləşdirir - 26. Formanı basabasda uşağa geyindirirəm. Əyninə olduğu üçün sevinirəm. Amma köynək 28 ölçüdədi, kiçiyi yoxdur. Fabrikin işçiləri mənə məsləhət görürlər ki, köynəyi başqa yerdən də ala bilərəm. Amma «eybi yoxdur, gələn il geyinər» deyib o köynəyi də götürürəm. 40 manat ödəyirəm, iki çek verirlər. 35 manatlıq, möhürlü çek və beş manatlıq möhürsüz çek. İçəridən çətinliklə çıxıram. Böyük uğur qazanmış biri kimi sevinir, uşağın çöldə bizi gözləyən atasına uzaqdan paltarı göstərirəm. O da sanki böyük bir yükdən qurtarmışıq kimi bizə baxır və bizi göstərdiyimiz «qəhrəmanlığa» görə alqışlayır.
Qıza 35 manatlıq təkərli türk çantasını bir gün əvvəl almışıq. Müəlliməsi insaflıdır, hələlik bizə 30 ədəd 12 vərəqli dəftər almağı tapşırıb. Karandaşlar, plastilinlər, albomlar və digərlərini əlimizə düşdükcə almışıq. Qızın məktəb dəmdəstgahı hardasa yüz manatı haqlayıb. Amma bizi bu xərclər deyil, uşağın məktəbdə necə təhsil alacağı maraqlandırır.

Ayaqyalın, amma başıuca təhsil...

Hər dəfə məktəbdən, oxumaqdan söhbət düşəndə Maksim Qorkini, bir də atamı xatırlayıram. Qorki ərimiş parafinin ortasına ip qoyub yandırır, beləcə gecələri ağasının evinin çardağında kitab oxuyurdu. Atamınsa məktəb həyatını bu kiçik epizodla xatırlatmaq istəyirəm. «Şaxtalı qış günlərində piyada kilometrlərlə məsafə qət edərək uzaq kəndlərdən birindəki məktəbə oxumağa gedərdik. Ayağında aşılanmış qoyun dərisindən çarığı olanlar nə qədər şanslı idilər. Vay o gündən ki, çarıqların keçədən olaydı. Su keçirirdi, ayaqlar donur, şişir, qızarırdı. Keçə çarıqları ayaqdan çıxarmaq zülmə çevrilirdi. O vaxtlar baş barmaqlarını don vurmamış çox az sayda şagird tapmaq olardı. Bizim ayaq dırnaqlarımızın qara olmasının əsl səbəbi budur».
Uşaqkən bir gün atama onun, dayımın və tez-tez evimizi ziyarət edən kəndçimiz Rəhman dayının yalın ayaqlarının ucunda qaralan dırnaqlarına baxaraq bunun səbəbini soruşmuşdum. O da cavabında belə demişdi. Orta təhsil almaq üçün atam kəndimizin hardasa 27 kilometrliyində yerləşən İlisuya oxumağa gedirmiş. Həftənin 6 günü orada babamın dostlarının birinin evində qalır, bazar günləri kəndə qayıdırmış ki, bir həftəlik azuqəni çətinliklə dolanan həmin evə aparsın. Atamın qonaq qaldığı həmin ailənin bir yumurtlayan toyuğu varmış, iki gündən bir yumurtlayarmış. Atamla yaşıd olan ev sahibinin uşağı hər gün toyuğun yumurtlayacağını gözləyərmiş. Ev sahibəsi də yumurtanı xəlvətcə bişirib atama yedirərmiş ki, yetimdir və həm də qonaqdır. Bundan xəbər tutan ev sahibinin uşağı hirslənər, ağlayar, qonaq oğlanı söyərmiş. Üstündən hardasa 65 il keçib. Amma atam az qala hər gün həmin əhvalatları danışmağa hazırdı. O evin beş addımlığında yerləşən məktəbə gedib təhsil almağa tənbəllik edən uşaqlarına, nəvələrinə təhsilin necə vacib olduğunu anlatmaq üçün bunları danışardı. Lənətə gəlmiş İkinci Dünya Müharibəsinə bir az da lənətlər yağdırardı. Ali təhsil ala bilməməsini, çox sonralar kolxozun xəttiylə Mahaçqalaya orta ixtisas təhsili almağa yollanmasını müharibənin ayağına bağlayır. Yadımdadır ki, bizim dərs kitablarımızı ilk səhifəsindən sonuncu səhifəsinədək həvəslə oxuyar, onların zamanında belə kitabların olmamasına təəssüf edərdi…

Bir müddət əvvəl təhsillə bağlı bir dəyirmi masada idik. Təhsil naziri Misir Mərdanov avtomobillərin qıt olduğu zamanlarda orta təhsil üçün bir kənddən başqa kəndə piyada getdiklərini xatırlatdı. İndi isə az qala 5-10 ailənin belə məskunlaşdığı kənddə məktəb olduğu halda attestat almaq səviyyəsində olan şagirdlərin sayının çox az olduğunu söylədi. Atamın dediklərini xatırladım. Demək ki, ölkədə atamın məktəb taleyinə şərik olanlar çoxdur. Bu gün isə ölkədə kifayət qədər məktəb, müəllim, məktəb ləvazımatları var. Kasıb-varlı bilinmədən hər kəsin uşağının məktəbə getmək imkanı var. Baxmayaraq ki, bir çoxu uşağı məktəbə göndərməyə pul tapmadığını iddia edir. Qoy o adamlar televizorlarını, çanaq antenalarını, mobil telefonlarını satsınlar, siqareti azaltsınlar, uşaqlarını məktəbə göndərsinlər. Bu qədər bəsit…

Çar, Lenin və özümüz...

Azərbaycanda təhsil dönəmini üç dövrdə təsnifləşdirsək, bölgümüz belə alınacaq: sovet dövrünə qədərki təhsil, sovet dövrü təhsili və müstəqillik dövrünün təhsili. Sovetəqədərki təhsilimiz əsasən dinlə, mədrəsə təhsili ilə bağlı olub. Mədrəsələrdə vicdanı olan mollalar az-çox şagirdlərə dünyəvi təhsildən də nəsə öyrədiblər. Bizim indi fəxr etdiyimiz bir çox ədiblər, musiqiçilər, qəzetçilər isə daha çox Rusiya imperiyası dövründə Qori seminariyasında, Sankt-Peterburqda və s. təhsil alanlardır. Bir neçəsi də ki, Tağıyevin vəsaiti hesabına Avropaya təhsil dalınca gedənlər. Sovet dövründə isə sistemli təhsil mövcud idi. Özünün böyük üstünlükləri və həm də böyük qüsurları ilə fərqlənən, zamandan geri qalan təhsil sistemi. Amma azərbaycanlılar «Dəli Kür» kinosuna baxandan sonra yəqin ki, Leninin atasına rəhmət oxuyurlar. Çünki Çar quberniyalarında həm də müsəlmanlara təhsil vermək üçün rus-tatar məktəbləri açanların kütlə tərəfindən necə müqavimətlə rastlaşdığını bilirik. Sabirin «Oğul mənimdir əgər, oxutmuram əl çəkin, Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin» misraları havadan yaranmayıb. Düz yüz il əvvəl standart azərbaycanlılar dünyəvi təhsil verən məktəblərdə oxumağı şeytan əməli kimi qəbul edirdilər. «Mən xışla, kotanla yer əkirəm, öküz qamçılayıram, oğlum da belə eləməlidir. O məktəbə getsə, torpağı kim əkib-becərəcək» - deyən minlərlə ağsaqqal vardı bu ölkədə. Və onlar təhsil almaq deyəndə, fırıldaqçı mollaların mənasını belə bilmədiyi Quranı ərəb dilində mollaxana, mədrəsə şagirdlərinə on dəfə başdan ayağadək oxutdurmasını başa düşürdülər. Təhsil deyəndə ilk ağla gələn şey məhz Quranı ərəb dilində oxumağı bacarmaq idi.
Sonra Lenin babanın məktəbləri gəldi gündəmə. Başdan-ayağa ideologiyalaşdırılmış məktəb proqramları. İnsanlar maşın kimi eyni səviyyəli məktəblərdə eyni səviyyəli təhsil alırdılar. Sovet adamlarının təhsil anlayışı sovetlər ölkəsinin sərhədləri daxilində idi. Dünyada kim nə istəyir eləsin, bunun bizə heç dəxli yoxdu. Biz kəşf edilmişləri belə yenidən kəşf etməliydik. Biz hər şeyin ilkinə imza atmalıydıq, əgər kimsə bizi qabaqlayıbsa, ondan sovet adamları xəbər tutmamalıydı. Sovet adamlarına məktəblərdə hər şeydən bir az öyrədilirdi. Heç kəsin ağlına belə gəlmirdi ki, bir adam eyni vaxtda həm ədəbiyyatçı, həm kimyaçı, həm fizik, həm riyaziyyatçı, həm, bioloq, həm tarixçi, həm də coğrafiyaçı ola bilməz. Biz hər şeydən bir az anlayışı olan, heç bir şeyi tam bilməyən insanlar toplusuyduq. Ona görə də bu gün bu ölkədə sözün həqiqi mənasında öz peşəsini hərtərəfli bilən bir həkim, bir mühəndis, bir müəllim, bir hüquqçu və s. tapa bilmirik. Baxmayaraq ki, az qala hər məktəbin divarında Nizami Gəncəvinin bu misrası asılmışdı: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan»…
Bununla belə, bu gün çoxları bu fikirdədir ki, Azərbaycanda sovet təhsili dövrü ən keyfiyyətli təhsil dönəmi idi.

Azərbaycan təhsili Amerika və Avropadan nə ilə fərqlənir?

Rəsmi statistikaya görə, ölkəmizdə 8 şagirdə bir müəllim düşür. Amerikada 24 şagirdə, Avropa ölkələrində isə 22 şagirdə bir müəllim düşür. Məntiqlə bizim ölkədə təhsilin səviyyəsi Amerikadan 3 dəfə, Avropadan isə 2,8 dəfə yaxşı olmalıdı. Amma bizim təhsilimizin səviyyəsinin həmin ölkələrlə müqayisədə dəfələrlə geri qaldığını isbat etməyə ehtiyac yoxdur.
Amerika təhsilində dar ixtisaslaşma sistemi mövcuddur. Amerikalılar çox şeyi bilmirlər, amma bildiklərini də mükəmməl bilirlər. Avropada isə geniş dünyagörüşü və mükəmməl biliklər verdiyinə görə məhz alman təhsil sistemi təqdir olunur. Baxmayaraq ki, avropalıların özləri belə bu sistemi mükəmməl bilib ona çox da bel bağlamır, daim keyfiyyətli təhsillə bağlı axtarışlarını davam etdirirlər. Bizimkilər isə təhsildən çox, görüntü dalınca qaçırlar. Gözəl və ürəkaçan statistik rəqəmlər var. Ölkəmizdə kifayət qədər məktəb var, əksəriyyəti təmir olunub, müasir məktəb avadanlıqları ilə, kompüterlə təchiz edilib. Yalan olmasın, az qala hər gün bir yeni məktəb binasının tikildiyini eşidirik. Dövlət təhsilin inkişafı üçün demək olar ki, əlindən gələn hər şeyi edir. Bəs bu məktəblərdən nə qədər normal, savadlı həkim, müəllim, hüquqşünas, mühəndis və s. çıxır?

Sovet dövründə təhsil almaq istəyirdilər, sonra diplom almaq istədilər. İndi isə biz oxumaq deyil, məhz diplom almaq istəyirik. Biz dünyada oxumamaq üçün pul verməyi daha üstün tutan millətlərin yəqin ki, başında gəlirik. Müəllimə uşağımız əziyyətə düşüb dərs oxumaması, uşağımızı narahat etməməsi, sadəcə qiymət yazması üçün ağız açan - bizlərik. Dünyada bizim xalqın analoqu yəqin ki, yoxdur.
Amma bu gün bütün ağıllı insanlar, xüsusən də varlılar uşaqlarının oxuması üçün kapital xərcləyirlər. Məsələn, uşaqlarını xaricdəki məşhur universitetlərdə təhsil almağa göndərirlər. Bu, çox sevindirici haldır, təbii ki, əgər onlar xaricdəki universitetləri də azərbaycansayağı metodlara dadandırmayıblarsa…

savadsız uğursuz = bulutuz

Təəssüfləndirici hal isə odur ki, bu gün hərf tanımayan, kitabı üzdən oxumağı bacarmayan çoxlu sayda gənc var. Amma əvəzində onlar blutuzla məlumat, şəkil göndərməyin, internetə pornogörüntülər yerləşdirməyin, çatlaşmağın, mobil telefonları söküb-yığmağın, çanaq antennalar vasitəsilə yayımlanan kanallardakı verilişlərin siyahısını əzbərləməyin atasıdırlar. Adi kvadrat tənliyi həll etməyi bacarmayan bir gəncin kompüteri necə söküb-yığmasının, ona necə proqramlar yükləməsinin şahidi olmuşam. Demək ki, indi bizdə savadsız, amma müasir texnika ilə yaxşı məzələnə bilən gənclik yetişir. Metroda daim öz şeir kitablarını satan Bəşir Kəsərli haqlı olaraq vaqona girəndə «ay mənim telefon xalqım, qəzet, kitab, dəftər tanımayan şair millətim» deyə xitab eləyir…
Sözümün qısası, bir ovuc yüksək savadlı insanların azlıqda qalmamasına, böyük çoxluq təşkil edən debillər ordusunun yetişməməsinə çalışmalıyıq.

O da maraqlıdır ki, görəsən camaatımız niyə gənclərimizin, öz övladlarının keyfiyyətli təhsil almasına çalışmır? Axı bizdə bir sıra özəl ali təhsil müəssisələrinin diplomlarının heç yerdə tanınmayacağına dair təhsil naziri dəfələrlə bəyanatlar verib. Amma camaat qulaqardına vurur. Məleykə Abbaszadənin «ali məktəblərə TQDK-nın test imtahanlarından kənar qəbul olunanlar, ifşa ediləcəklər» deməkdən dili qabar olub. Fəqət yenə də minlərlə valideyn minlərlə pulunu aparıb həmin tanınmayan özəl ali rüşvətxanalardakı fırıldaqçılara verir. Həmin ali məktəblər bağlananda da, həftələrlə piketlər, aclıq aksiyaları keçirirlər. Belə millətə nə deyəsən?! Pulu uşağın təhsilinə qoymaq lazım idi, diplom adlı bir parça yalançı kağız naminə fırıldaqçılara deyil…

Oxumamış alimlərimiz

Bizdə bir qrup insan da var ki, oxumağa, təhsil almağa ən böyük axmaqlıq kimi baxır. Yüzlərlə belə adam tanıyıram ki, öz savadsızlığına, vaxtilə tənbəllik edib oxumamasına guya bəraət qazandırmaq üçün "Oxuyanlar nə edib ki?" kimi çeynənmiş şablon arqumenti gözə soxmaqdan yorulmurlar. "Oxuyanları görürük də, oxuyub nə ediblər?" deyən avaraların, "oxumamış alimlik" eşqinə düşən yekəxana cayılların elə bütün qüsurlarının kökündə məhz cahillikləri, demək ki, təhsilsizliklərinin dayandığını görürsən.

Yaxud da, qazanc məsələsini əldə bayraq edirlər, bazarda almanın kilosunu 80 qəpiyə alıb 1 manata satan, gündə bu yolla 20-30 manat qazanan, arabada yatan alverçi, bir ay məktəbdə dərs deyib 75 manat maaş alan müəllimə tənə eləyir. Sonra da yekə-yekə danışır ki, sənin bir ayda qazandığını, mən 2 günə qazanıram. Guya ki, kişi böyük iş görür. Elə uşağına da həmin aztəminatlı müəllimi misal göstərir və deyir ki, «kişi çörəyini daşdan çıxarar, daha gedib arvad kimi müəllimlik eləməz»…

Qəribədir ki, bizdə müəllimliyə arvad sənəti kimi baxırlar. Bir haşiyə çıxmaq istəyirəm. Bir gün tikintidə işləyən bir tanışımız çatlamış, daşa dönmüş əllərini ortaya uzadıb dedi ki, bax əsil kişi əlləri belə olar. Bu məqamda digər həmsöhbət qayıtdı ki, filankəsin əlləri pambıq kimi yumşaqdır, amma Azərbaycanda onun kimi, onun səviyyəsində əsl kişi tanımıram. Təəssüf ki, bizdə bazarda göyərti satanın reklamı, elmlə məşğul olanın reklamından daha böyükdür… Bir də ki, biri ali təhsil alıb, sonra vəzifədə işləyəndə, yaxşı pul qazananda, ona yaxşı baxırlar. Fərqi yoxdur həmin adam pulu necə qazanır. Amma elm dəryası olub meyvəsatandan pis yaşayanı da axmaq sayırlar. Bu da bir başqa təzaddır. Bir də ki, bizimkilər rusların «esli tı takoy umnıy, to poçemu takoy bednıy» (əgər sən belə ağıllısansa, niyə belə kasıbsan?) frazasını yeri gəldi-gəlmədi ortaya atırlar. Guya ki, bütün ağıllılar varlı, bütün varlılar da ağıllı olmalıymış…

Oxumasın, ərə getsin, alver eləsin, maşın alsın...

Sabirin personajları, həmin Fatma-tükəzbanlar, nəhayət, yüz ilin başında yenidən işığa çıxdılar. Bu gün Bakı kəndlərində, cənub bölgəsindəki rayonlarda qızını məktəbə göndərməyən, yaxud da 5-ci sinifdən çıxarıb ərə verməyə hazırlaşan, və ya oğlunu moykada maşın, xalça yumağa, bazarda mal satmağa, tikintidə fəhləliyə, restoranda ofisiantlığa göndərən minlərlə valideyn var. Nə yaxşı ki, ölülər dirilmir, yoxsa, Mirzə Ələkbər, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi dəli olub, el içində xar gəzərdi.

Oxumağa, savadlanmağa tənə vuran adamın təhsil harasına yaraşır?! Qoy o, pulunu verib, yalançı bəzəkli diplom kağızını alsın, onu da aparıb atsın sandığın dibinə. Sonra da dədə-babadan qalma bütün fırıldaq fəndləri işə salıb pulunu qazansın. Çindən ucuz, geydirmə paltarları, oyuncaqları alıb, gətirib burda satsın. Puluna da bahalı maşınlar alıb, şəhərdə probka yaratsın.

Qohumda iki qardaş var. Biri ali təhsillidir, normal işi var, ailəsinə çörək aparmaq üçün heç də tikintidə fəhləlik eləmir. Digərinin orta məktəb attestatını atası güc-bəla ilə tanışlıqla alıb. Dəmiryolunda, tikintidə fəhlə işləyirdi. İnflyasiya başlayandan daha binanın tikintisi dayanıb, qaqaş qalıb işsiz. Gündə iki qutu siqaret çəkir. Ətrafdakı bütün mağazalara borcu var. Özü də ən çox pivə, araq və kolbasa aldığı üçün. Bir dəfə bu iki qardaşın mübahisəsinə şahid oldum. İkinci ona içkini və siqareti tərgitməyi məsləhət bilən qardaşına dedi ki, sənin nə vecinə, rahat işin var, heç bir əziyyət çəkmədən ayda 600-700 manatı qoyursan cibinə. Mən qara fəhləyəm, odur ey, pul qurtarıb, binanın tikintisi qalıb yarımçıq, beş aydır işsizəm. Birinci qardaş da dedi ki, "mən gözümün nurunu töküb dərs oxuyanda, instituta hazırlaşanda, sən məni lağa qoyurdun, dərsdən qaçıb tində siqaret çəkirdin. Axırı belə olmalıydı da…". Düz sözə nə deyəsən…

Hərdən düşünürəm ki, bizdə təhsilə böyük önəm verən kütlə heç də az deyil, hətta deyərdim çoxdur, bəs onda niyə bizdən dünya şöhrətli bir alim çıxmayıb? Kinoda deyildiyi kimi «bizdə o əjdahadan niyə yoxdu?». Lütfən kimsə qalxıb elə yuxarıda adlarını çəkdiyimiz ziyalıları, Lütfü Zadəni, Rafiq Əliyevi gözə soxmasın. Bu adamlar Azərbaycan təhsilinin məhsulları deyillər. Bir də ki, mən dünənə deyil, sabaha baxmağın tərəfindəyəm. Görün bizim dünənimizdə kimlər vardı, bəs görəsən sabahımızda kimlər olacaq?

Bu gün növbəti dərs ili başlayır. Statistika həvəskarlarının diqqətinə çatdırmaq istəyirəm ki, bu dərs ilində I sinif şagirdlərinin sayının 120844 nəfər olacağı proqnozlaşdırılır. Onlardan biri də mənim qızımdır. Mən özümü nəinki süpürgəpulu, fondpulu, müəllimin ad günü, bayram hədiyyələri üçün pul verməyə hazırlayıram, əksinə, düşünürəm ki, onun təhsil alacağı məktəbin narahat günləri başlayır. Bu gündən həm də ailəmizin narahat günləri başlayır, biz işlərimiz, gündəlik ailə qayğılarımızla yanaşı, həm də qızımızla birlikdə dərs oxuyacaq, yazı yazacağıq. Düşünürük ki, onun üçün ən yaxşı məktəb bizim kitablarla dolu olan darısqal mənzilimiz olacaq. Biz onu sıradan bir azərbaycanlı kimi böyütmək istəmirik. Üzümü 120843 şagirdin valideyninə tutub deyirəm: Lütfən, uşaqlarımızı Adam kimi böyüdək, oxudaq, tərbiyə eləyək. Mən düz 11 il sonra müstəqil həyata atılacaq qızımın normal yaşıdları, dostları olsun istəyirəm. Mən öz payıma sizin övladlarınız üçün yaxşı dost, yaxşı soydaş tərbiyə edəcəyimi, ölkəmiz üçün isə gələcəyin savadlı kadrını yetişdirəcəyimi düşünürəm. Bəs siz?
Категория: Xeberler | Просмотров: 2405 | Добавил: XXXXX | Рейтинг: 0.0/0
Всего комментариев: 36
0  
 
ILKIN yazdıki >> twk biggrin cool 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.222
Tarix: 25.06.2011 ,20:55.

0  
 
rihanna yazdıki >> ooooo men olmuyanda neler neler olub bu saytda Prometa mullim qiznan zadnan tanis olmaq istiyir gulmek
Leyla duz deyirsen mektebin yeri yoxdu amma sen bir iki defe dersden qac goz nece maraqli olur dava saldigin usaqlar ucun de adam darixir vallah
 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.113.29
Tarix: 20.09.2010 ,09:10.

0  
 
ulvi zeynalli yazdıki >> Leyla,gelsem mektebinize gorushersen menle???? 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.30
Tarix: 18.09.2010 ,20:37.

0  
 
Ruslan yazdıki >> ok 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.139
Tarix: 18.09.2010 ,13:59.

0  
 
Leyla yazdıki >> Razin 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.92.227
Tarix: 18.09.2010 ,13:56.

0  
 
Ruslan yazdıki >> 252 - i ? ora hardadı 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.139
Tarix: 18.09.2010 ,12:40.

0  
 
Leyla yazdıki >> Fatinka, ehhh.Ruslan yox mən 252-də oxuyuram.. 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.87.134
Tarix: 18.09.2010 ,11:37.

0  
 
Ruslan yazdıki >> bu gün öldüm ee 8 dərs lomka oldum acından ölürdüm 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.139
Tarix: 17.09.2010 ,23:57.

0  
 
Ruslan yazdıki >> Leyla , sən 282 də oxuyursan ? 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.139
Tarix: 17.09.2010 ,23:55.

0  
 
Ruslan yazdıki >> həə ay sağ ol laughing-1- 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.139
Tarix: 17.09.2010 ,22:50.

0  
 
fatinka yazdıki >> Leyla sen hele balacasan axi.harda 304 ilden sonra bileceksen mekteb nedir.duzduyee oxumagin yeri yoxdu gulmek amma mellimler,dersden qacmaq filan eladir.belkede sen hec vaxt bele weyler elememisen.Amma edende lezzetini goreceksen 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:91.135.250.136
Tarix: 17.09.2010 ,21:38.

0  
 
ilkin yazdıki >> Prometa ,OK 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:91.135.248.110
Tarix: 17.09.2010 ,19:19.

0  
 
ulvi zeynalli yazdıki >> XXXXX,haaa ok)) 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.187
Tarix: 17.09.2010 ,18:24.

0  
 
ilkin yazdıki >> PROMETA, ADI TANIW GELIR VALLAH 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:80.69.58.143
Tarix: 17.09.2010 ,15:34.

-1  
 
ulvi zeynalli yazdıki >> XXXXX,elipenahli taniyirsan??? 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.137
Tarix: 17.09.2010 ,14:24.

0  
 
ilkin yazdıki >> Prometa, men mustafabeylide sen imiwlinin hansi kendinde qalirsan? 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:80.69.61.91
Tarix: 17.09.2010 ,14:00.

0  
 
ulvi zeynalli yazdıki >> XXXXX,heeee.saatlinin hansi kendinde qalirsan??? 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.137
Tarix: 17.09.2010 ,13:50.

0  
 
ilkin yazdıki >> Prometa, ooooooo imiwlidensen ? demek olar ki hemyerliyik 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:80.69.61.91
Tarix: 17.09.2010 ,13:47.

0  
 
ulvi zeynalli yazdıki >> XXXXX,eeee heves var onansa imishiye gederemde oz rayonumuza:))) 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.137
Tarix: 17.09.2010 ,13:34.

0  
 
ilkin yazdıki >> Prometa, gel saatli rayonuna elini uzat bizim sinifdekilerden hansini deyirsen duzub qowum
Leyla, xanim sen mektebin qedirin 9-10-11 inci siniflerde bilessen
 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:80.69.61.91
Tarix: 17.09.2010 ,13:23.

0  
 
Leyla yazdıki >> Nə??? sizin xoşuvuz gəlir məktəb?dən? adamı döyüb öldürürlərə təzə diroktorda gelib .Adamı əsəbləşdirir hirs .  
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.87.71
Tarix: 17.09.2010 ,12:44.

0  
 
Ilqar yazdıki >> mekteb dogurdanda maraqlidi....
duzdu menim ucun maraqi size baxanda daha azdi ama yene adam yayda darixir mekteb ucun
 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.55.34
Tarix: 16.09.2010 ,20:42.

0  
 
fatinka yazdıki >> Mekteb Heyatdiyee.Allah haqqi hec eve gelmek fikrim olmure.Hayif deyil mekteb.mektebde ne desen var.hem eylence hem sevinc,hem keder.her wey.kecen il daha yaxci idi.Amma teessuf ki,bu ilden soz vermiwem agilli yaxci oxuyan qiz olacam. Vallah mektebi qurtarandan sonr ne edeceyimi bilmirem.deli olarameee. agla 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.139.11
Tarix: 16.09.2010 ,16:17.

0  
 
ulvi zeynalli yazdıki >> XXXXX,he qaqash 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.110
Tarix: 16.09.2010 ,12:07.

0  
 
ilkin yazdıki >> Prometa,QIZ QAQAWIM? 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:94.20.53.6
Tarix: 16.09.2010 ,10:55.

0  
 
ilkin yazdıki >> Prometa, saytdakilardan bomba olmasin bomba qizler var e 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:91.135.251.82
Tarix: 15.09.2010 ,23:16.

0  
 
ulvi zeynalli yazdıki >> XXXXX gulmek gulmek 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.40
Tarix: 15.09.2010 ,22:08.

0  
 
ilkin yazdıki >> Prometa , he qaqaw seher getmek istemirdim getdim gordum ki neler var dedim ki mekteb ela weydi 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:91.135.251.82
Tarix: 15.09.2010 ,22:03.

0  
 
ulvi zeynalli yazdıki >> XXXXX,menim gunumdesen)))) 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.40
Tarix: 15.09.2010 ,20:23.

0  
 
ilkin yazdıki >> Leyla, siz hele awaqi sinifsiz de bir az boyuyenden sonra el cekmeyeceksiz mektebden 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:91.135.248.93
Tarix: 15.09.2010 ,19:59.

0  
 
Ruslan yazdıki >> əə başladı başladıda 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.141
Tarix: 15.09.2010 ,18:57.

0  
 
Leyla yazdıki >> Zəhləm getmiş məktəb günləri başladıda.Bu gün getdim.Müəllimə üstümüsə qışqırdı. hirs .Ona görə zəhləm gedir məktəbdən.Bizdə tənəffüs olur.Amma bu müəllimə qoymur ona görə 5-ci sinfdə olur. hirs . 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.87.90
Tarix: 15.09.2010 ,18:51.

0  
 
ilkin yazdıki >> Prometa , men coxdan gozlemirdim amma bu gun gedenden sonra sabahi gozdeyirem 
__________
İstifadəçiəçi Adı:XXXXX
İP:80.69.61.71
Tarix: 15.09.2010 ,16:35.

0  
 
ulvi zeynalli yazdıki >> Heyf Deyil Ders.Choxdandir bu gunu gozleyirdim 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.40
Tarix: 15.09.2010 ,15:37.

0  
 
rihanna yazdıki >> eee ders baslayanda eseblesiremeee 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:91.191.204.78
Tarix: 15.09.2010 ,15:27.

0  
 
Ilqar yazdıki >> Buda Menim Ilk Dersim HAl HAzirde Kompyuter Dersindeyem ee 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:62.217.138.105
Tarix: 15.09.2010 ,14:40.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Sentyabr 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024