Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
07:53
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

22:44
Könül Kərimova( Kasıbçılıqla böyüsəm də çox xoşbəxt idim. İndi də o illər üçün darıxıram)
 
Könül Kərimova:

Kasıbçılıqla böyüsəm də çox xoşbəxt idim. İndi də o illər üçün darıxıram.

əslimiz Ağcabədi rayonundandır. Atam Qəmbər müəllim gəncliyindən Bakıya gəlib, işləyib, özünə ev-eşik qurub. Sonra evlənmək vaxtı gələndə qayıdıb rayona, orada da anamı, Kifayət xanımı məsləhət görüblər. Anamın  16 yaşı varmış. Atam toy edib və anamla qayıdıb Bakıya. Amma ilk övladları, yəni mən doğulana yaxın təsadüfən bir işlə əlaqədar rayona getməli olublar və mən də elə Ağcabədidə doğulmuşam. Doğum şəhadətnaməmdə də Ağcabədi rayonu qeyd olunub. əslində heç 10-15 gün qalmışıq rayonda, Bakıya qayıtmışıq. Uşaqlıqda çox zəif, cılız uşaq idim. Çox ağlayırdım, tez-tez xəstələnirdim, yaman da utancaq idim. Uşaqlıqdan mənim başqa əyləncəm, məşğuliyyətim yox idi. Elə hey oxuyurdum, ən çox da hind mahnılarını… Məni səhnəyə gətirən anam olub. Onun da yaxşı səsi vardı, həvəsi də olub. Sanki mənimlə öz arzularını həyata keçirirdi. Atam da evimizə kim gəlirdi, deyirdi ki, mənim bu qızım müğənni olacaq.

Ailəmiz kasıb olub. Amma bunu heç vaxt dərd etmirdim. Atamı daha çox istəyirdim. Anam hökmran qadın idi. Məni sığallaya-sığallaya yox, döyə-döyə musiqi dərslərinə aparırdı. Bəlkə də öz istəyimə qalsaydı, məktəbi bitirib, adi bir evdar qadın olacaqdım. Çünki oxumağa həvəsim var idi, amma müğənni olmaq istəyim yox idi. Uşaqlıqda satıcı olmağı arzulayırdım. Bir dəfə 8-ci sinifdə oxuyanda gördüm ki, sinif yoldaşlarımdan biri ətriyyat mağazasında satıcı işləyir. Elə həsəd apardım ki, ona. Öz-özümə dedim ki, qismətə bax, arzu mənim indi, amma o işləyir. Yəqin ki, öz öhdəmə qalsaydı, elə satıcı olardım.

Uşaqlığımla bağlı xatirələrim çoxdur. Amma hər dəfə toyuq qızartması görəndə yadıma bir hadisə düşür. Mən uşaq olanda toyuq qızartmasından ötrü ölürdüm. Hər dəfə evdə toyuq bişəndə öz payımı yeyirdim, amma doymurdum. Çox yeməyə də qorxurdum ki, birdən evdəkilərə çatmaz. Hər dəfə toyuq qurtaranda, özümə söz verirdim ki, mən böyüyəndə varlı olacağam və bütöv toyuğu bişirib, ancaq özüm yeyəcəyəm. Heç kimə verməyəcəyəm. İndi, şükürlər olsun, bolluqdur. İstədiyim qədər toyuq bişirib yeyirəm. Hər toyuq yeyəndə, o günlər yadıma düşür.

«Bənövşə»dən şou-biznesə…

Mənim sənət yolum o qədər uzun və maraqlıdır ki, heç bilmirəm hardan başlayım, harda bitirim. Bu sarıdan özümü şanslı, bəxtigətirən müğənni hesab edirəm.

Səhnədə ilk çıxışım 4-cü sinifdə oxuyanda olub. O vaxt Leytenant Şmit adına saraydakı özfəaliyyət ansamblına gedirdim. O ilk çıxışımın həyəcanı indiyə kimi yadımdadır. İlk hədiyyəm də bir konfet oldu. Yeməyə qıymırdım, saxlayırdım. Elə o çıxışdan da mən ruhlandım. Və ola bilsin, həmin an qərara gəldim ki, mən müğənni olacam. Sonra bir gün qəzetdə elan verdilər ki, «Pionerlər evi»nə istedadlı uşaqlar dəvət olunur. Anam bunu oxuyan kimi səhərisi məni rəhmətlik ƿfsər Cavanşirovun yanına apardı. Məni «Bənövşə» uşaq xoruna götürdülər. Xor mənim üçün əsl məktəb oldu. Orta məktəbin 8-ci sinfini bitirəndə anam qərara aldı ki, 11 illiyi adi orta məktəbdə yox, musiqi təmayüllü məktəbdə bitirim. Onsuz da başqa dərsləri oxumurdum. Və mən 8 nömrəli məktəbə, indiki musiqi gimnaziyasına gəldim. Direktor Oqtay Rəcəbov mənim ifamı görüb dedi ki, bir 3-4 nəfər də tapa bilsək, elə muğam sinfi açardıq. Axtardılar, tapdılar və məktəbdə ilk muğam sinfini açdılar. Müəllimimiz də Tükəzban xanım İsmayılova oldu. O, bizi yoxlamaq üçün oxutdurdu. Mənim ifamdan çox xoşu gəldi. Dedi ki, qızım, bir zəngulə vur görüm. Çaşdım qaldım ki, zəngulə nədir? Onda Tükəzban xanım özü bir «Qatar» muğamı oxudu. Dedi, sənə də öyrədəcəyəm, qorxma, əla oxuyacaqsan. Səni hazırlaşdırıb, müsabiqəyə göndərəcəyəm. Sən orda qalib olmalısan.

Bir  il mənə Tükəzban xanım dərs dedi, muğamı öyrətdi. Elə həmin vaxt «Gənc istedadlar axtarırıq» müsabiqəsi elan olundu. Bu layihənin təşəbbüskarı, rəhmətlik prezidentimiz Heydər ƿliyev idi.  Həmin müsabiqəyə Gülüstan ƿliyeva, Aybəniz Haşımova, Elçin Cəlilov, Könül Xasıyeva da qatılmışdı. Bakını isə mən təmsil edirdim. O vaxtkı müsabiqə sms-lə deyildi. Münsiflər heyətində Niyazi, Şövkət ƿləkbərova oturmuşdu. Bu müsabiqədə mən I yeri qazandım. Və ilk dəfə Respublika sarayında çıxış etdik. O vaxt sarayda konsert vermək, çıxış etmək əlçatmaz idi və hər müğənniyə qismət olmurdu. Elə həmin il Heydər ƿliyev cənabları  qaliblərə «Artek» düşərgəsində dincəlmək üçün göndəriş verdi. Müsabiqədə qalib gəldiyimizə görə Bülbül adına musiqi məktəbində təhsilimizi davam etdirməyimizə qərar verdilər. Həmin il mən ilk dəfə Dövlət televiziyasında «Səhər görüşləri»verilişinə çıxdım. XI-ci sinfi bitirəndə isə qiymət balına görə bizi «böldülər». Yəni əla oxuyanlar Konservatoriyaya, orta qiymətlə oxuyanlar isə İncəsənət Universitetinə getdilər. Mən, Elçin Cəlilov, Könül Xasıyeva Konservatoriyaya düşdük və başlandı tələbəlik həyatı…

İlk və son məhəbbət:

Yoldaşım mənə həyat dostu oldu


İlk dəfə 7 –ci sinifdə oxuyanda vuruldum. O da mənim doğmaca xalam oğlu Rəhim idi. Onun da mənə olan münasibətini hiss etmişdim.  Üz-üzə gələndə gözümə baxmırdı. İndiyə kimi də o vərdiş qalıb bizdə. Amma ailə qurmaq, elçilik məsələsi uzanırdı.  Hər yay kəndə, xalamgilə gedirdim. O da mənə ürək-dirək verirdi: «Heç darıxma. Səndən başqasını almayacağam ki, oğluma». Biz də kasıb idik, xalamgil də. Özümə dərd etmişdim ki, görəsən, necə gələcəklər, pul tapa biləcəklərmi?

Elə hey soruşurdum: «ay xala, nə təhər gələcəksiniz». «Neynəyəcəyik. Qoyundan-inəkdən satıb, gələcəyik.  Sənin nə işinə?». Konservatoriyanın IV kursunda oxuyanda nişanlandıq. Xalamgil nə ki xırım-xırda qızıl var idi, yığıb, əritdirdilər, nişan üzüyü düzəltdirdilər. Amma sırğa-üzük dəstini özüm aldım.  Çünki o vaxt toylara gedirdim, azdan-çoxdan qazanırdım. İnanın, pulsuzluğu özümə dərd etmirdim. İstəyirdim, el gözündə hər şey qaydasında olsun. Toyum Bakıda oldu. Özü də Arif müəllim aparırdı. Çox müğənnilər, tələbə yoldaşlarım gəlmişdi. Bir il kirayədə qaldıq, sonra köməkləşib Montində mənzil aldıq. Bizim ailədə «mənim-sənin» söhbəti yox idi. Həyat yoldaşım mənə yaxşı dost oldu. Şərt pul qazanmaqda deyil. Elə ailə var ki, kişi qazanır, alır gətirir, amma o ailədə istilik, mehribanlıq yoxdur. Yoldaşım mənim əziyyətimin qədrini bilən insan idi. Heç vaxt mənim qazancımın hesabını çəkməz və ürəyimdən keçənləri həyata keçirməkdə mənə çox köməklik edirdi. Yoldaşım özü də işləyirdi: sistem işçisi idi. Xalamın arzusu idi ki, oğlu «çiyni paqonlu» olsun. Amma bu iş onluq deyildi. Çox əsəbləşirdi. İşdəki problemlər evdəki münasibətlərə də təsir edirdi. Ona görə də özü qərar verib, ərizə yazdı və işdən çıxdı. İndi hər şey əladır. Onun yaxşı zərgərlik qabiliyyəti var. Tezliklə, bu sənəti üzrə iş quracaq.

Körpə nəfəsi üçün darıxmışam.

Mən gəncliyimdə çoxuşaqlı ailə arzulayırdım. İlkim Rəşad dünyaya gələndə inanmırdım ki, mən ana olmuşam. Saatlarla uşağın üzünə baxırdım. Çox xoşbəxt idim. Sonra qızım Ləman doğuldu. Amma heç bilmədim ki, bu uşaqlar necə böyüdü? Başım sənətə o qədər qarışdı ki, onların körpəliyindən doyunca həzz ala bilmədim. Elə uşaqlar da mənə həsrət böyüdülər. Düzdür, tək qoymadım onları, baxanları çox idi. Oğlum gecə yarıya kimi mənim toydan qayıtmağımı gözləyirdi. Mən çörək yeyirdim, durub, üzümə baxırdı. Tox olsa da, mənimlə yemək yeməmiş yatmazdı.  Son zamanlar yenidən ana olmaq fikrinə düşmüşdüm. Körpə səsi, körpə ətri üçün darıxmışdım. Bilmirdim, nə edim? Bu yaxında qardaşımın körpəsi oldu. İndi ona elə öyrəşmişəm ki... Hərdən deyirəm ki, bunu verin, mən saxlayım. Övladlarımdan çox razıyam. Heç vaxt məni çətinliyə salmayıblar. Utancaqdırlar. Oğlumun yaxşı səsi var. Amma müğənni yox, səs rejissoru, oranjimançı olmaq istəyir. Qızım da musiqi dərsləri keçir görək hansı sənəti seçəcək. Bizim evdə məcburiyyət, uşaqları tənbeh etmək yoxdur. Özüm ki, «gestapo» rejimində böyümüşəm, övladlarımı çox sıxmıram. Qərara almışam ki, övladlarımı tez evləndirim, nəvələrim olsun. Düzdür, qocalmaqdan qorxsam da nənə olmaqdan qorxmuram. İstəyirəm, evimizdən körpə səsi gəlsin

Toy bazarı, yoxsa həyatın sınağı?

Mən toylara tələbəlik illərindən getməyə başladım.  İlk dəfə toya elə müəllimim Arif Babayevlə getmişdim. Hərdən özü mənə irad tutur ki, sən nahaq qavalı, sənəti qoydun yerə, toya qoşuldun. Amma o vaxt ehtiyacdan getmişdim. Müəllimim də gördü ki, kasıb uşağam, xərcim, geyim-gecimim var. Amma toya getməyimizi tələbə yoldaşlarımdan  gizlədirdim. Bir-birimizdən xoflu idik. Çox sonradan öyrəndik ki, sən demə, elə hamımız - Aybəniz də, Könül də, Elçin də bir-birimizdən xəbərsiz toylara gedirmişik. O dövrdə bu işə çox pis baxırdılar. Konservatoriya tələbəsi, müsabiqə qalibi hara, toy hara? Amma mən Arif müəllimlə toya gedəndə elə bil ürəkləndim ki, burda nə var ki, pis bir  şey yoxdur.  O vaxt universitetə Göyçaydan bir nəfər gəlmişdi ki, mənə bir yaxşı oxuyan qız müğənnisi lazımdır. Hamı da məni göstərdi. əlac nə idi ki, daha utanmaqdan keçmişdi. O qədər Göyçaya toylara getmişdim ki, hamı elə bilirdi ki, mən göyçaylıyam. O vaxtdan oldum «Göyçayın əməkdar artisti».

Çox sonralar isə xarici görünüşümü dəyişməyə qərar verdim. Lap uşaqlıqda olurdu ki, güzgüyə baxanda əsəbləşərdim, lap ağlayırdım da… Çünki o qədər də gözəl deyildim. Bilmirəm, kimə oxşamışam. Bacım, qardaşım, maşallah, yarlı-yaraşıqlı, gözəçarpan. Amma sonra xarici görünüşümün necəliyinə çox da varmadım. Yeniyetmə olanda mənə elə gəlirdi ki,  hamıdan qəşəng mənəm. Kənddə dərdimdən ölən, mənə elçi düşənlər də çox idi. Xalam oğlu da məni sevirdi, yəqin ki, gözündə dünya gözəli idim. Rayonda toylara gedəndə də bir problem olmadı. Xarici görünüşüm mənə burda, şəhərdə mane oldu. Bir hadisə baş verdi, o məni çox sarsıtdı. Məni bir toya çağırmışdılar. O günü çox gözləyirdim. Özü də tanınmış adamlar idi. Toya bir gün qalmış mənə zəng etdilər ki, bəs, lazım olmadın.Sonradan eşitdim ki, mənim əvəzimə başqa xanım gedib. Heç nəyə görə yox, sadəcə görünüşümü bəhanə gətiriblər. Toy sahibi deyib ki,  Könül əla oxuyur, amma ona radioda qulaq asasan. O hadisədən sonra özümə qapandım, bir sutka ağladım. O vaxt belə imkanlar, plastik əməliyyatlar yox idi. Bəlkə də o söz-söhbət olmalıydı ki, məni bu dəyişikliklərə vadar etsin və  əməliyyatlara üz tutum. Yəqin belə məsləhət idi. Hər halda indi hər şey əladır. Daha xarici görünüşümlə bağlı problemim  yoxdur.  

Bugünkü şou-biznesdən uzaq düşməyimdə, sənətimi lazımınca təbliğ etməməkdə günahın çoxunu özümdə görürəm. Mənim ailə qurandan sonra fikrim ancaq evim, ailəm, uşaqlarımın gələcəyi idi. Ürəyim üstəyən ev-eşiyi qurmaq, şəraiti yaratmaq həyatda əsas prinsipim idi. Bunun üçün də qazanmaq lazım idi. Sənətçinin qazanc mənbəyi isə toylardır. əslində, məni heç kim buna məcbur da etmirdi. Özüm seçdim bu yolu… Hardasa ağrıdırdı məni, fikir edirdim. Tələbə yoldaşlarımın çoxu səhnədə sevilən sənətçilər idi, mən onlara evdə oturub baxırdım. İndi ev-eşiyimi qaydaya saldım və artıq evdən də başlayıblar ki, niyə efirdə görünmürsən, nə qədər toy olar?

Bilirsiz, mən tez ruhdan düşən, çəkingən insanam, tənbələm. Məni gərək kimsə ruhlandırsın. Deyərdim ki, Könül Kərimovanın son illər səhnə fəaliyyətində Cabbar Musayevin böyük rolu var. Mənim heç vaxt prodüserim olmayıb və bu gün sözün həqiqi mənasında işgüzar xanım prodüserə ehtiyacım var. Yoxsa təkbaşına davam gətirmək olmaz. Bu il özümə söz vermişəm ki, yaradıcılığıma daha çox vaxt ayıracağam. Yorulmuşam artıq 7-8 saat toylarda min bir əziyyətlə çalışmaqdan. Mən də istəyirəm ki, sənətimlə məşğul olum, yarım saatlıq  çıxış edim, qalan vaxtımı da ailəmə sərf edim. Neçə ildir ürəyimdə gəzdirdiyim mahnılar var, onları yazdıracağam. Artıq vaxtdır, hədər verdiyim illərin əvəzini qaytarmalıyam. Buna öz içimdə də ehtiyac duyuram.
Категория: Show Biznes | Просмотров: 4646 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 8
0  
 
Məhəmmədəli yazdıki >> thank you 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.23.189
Tarix: 21.06.2011 ,11:52.

0  
 
Leman yazdıki >> Xebere görə tşk 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:212.47.132.102
Tarix: 24.03.2011 ,15:53.

0  
 
gunel yazdıki >> 13 12 4 4 4 
__________
İstifadəçiəçi Adı:erestun1
İP:85.132.89.211
Tarix: 19.03.2011 ,10:21.

0  
 
farida yazdıki >> EE zehlem gediree bundan ozunu gozel sayir amma fikirlesmirki neyse 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.149.102
Tarix: 14.02.2009 ,13:26.

0  
 
kitana yazdıki >> menimde xosum gelmirrrrrr bu mugennidn 
__________
İstifadəçiəçi Adı:kitana
İP:80.69.58.183
Tarix: 05.11.2008 ,19:38.

0  
 
EMIN yazdıki >> xosum gelmir bu mugeniden 
__________
İstifadəçiəçi Adı:SEN_VE_MEN_18
İP:93.184.225.19
Tarix: 31.10.2008 ,15:43.

0  
 
ELŞEN yazdıki >> Sağol ay eti smile 
__________
İstifadəçiəçi Adı:OMEN_666
İP:82.118.136.40
Tarix: 27.10.2008 ,15:40.

0  
 
Anonim yazdıki >> tesekkurler lol 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.137.5
Tarix: 27.10.2008 ,13:05.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Oktyabr 2008  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024