Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
20:22
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

23:23
Ağladım
 
`Ağladım 
 
 
Hüzn ulduzları parlayır bu gün göy üzündə. Bu gecə yenə için-için yanıram. Oturub səni düşünüb ağlayıram. Səni, gedişini, sevməyini, hər şeyini. Unutmur səni bu yaralı qəlbim. Etdiklərini xatırlayıb peşman olur. Səni düşünürəm bu gecə, qaranlıq göy üzündə parlayan ulduzları seyr edirəm. Onları sənə bənzədirəm. Qaralmış qəlbimin kənarında yanan məşəl kimi. Səni düşünürəm bu gecə, məni sevdiyini, mənə necə baxdığını, mənə necə güldüyünü, əllərimi necə tutduğunu, əllərini necə tutduğumu. Yüksələn bir atəş kimi sevgimizin necə çoxaldığını və bir gün anidən buraxıb getdiyini, son vidanı xatırlayıram. Gözlərimə ağlarcasına baxdığını, gözlərini qəlbimə basdırdığımı xatırlayıram. Bir daha çıxmasın deyə. Onsuzda çıxa bilmədilər qəlbimdən gözlərin. Ölülər dirilirlər ki, basdırılanlar çıxsın getsin? Getdin son bir vida ilə gözü yaşlı, əlimdə sərin, arxandan dəqiqələrcə baxdım ağlamaqlı, sıxıldım, üzüldüm, pərişan oldum, amma ağlamadım. Ağlaya bilmədim əngəl oldu qürurum, əngəl oldu sevgim. Uzaqlara getdin, bəlkə bir daha əsla dönməmək üzrə gözlədim səni dəlilər kimi, hələ də gözləyirəm... Daim səni xəyal edib, daim səni düşündüm. Səsini eşitdikcə yaşayar, eşitmədikcə ölürdüm. Aylarla axtardın bir sevgi uğrunda. Heyf ki, tərk edildin, bir səhv uğrunda, üzüldün, ağladın, bağışladın, amma həmişə də sevdin, məni sevdin. Gülüm məni, qəlbi qırıq vəfasızı. Yenə tərk edildin, yenə unuduldun, sevdanla baş-başa buraxıldın, yenə qırıldın, yenə ağladın, amma bu səfər bağışlamadın. Sevdiyini ən sevincli günündə öldürdün və arxana baxmadan getdin. Məni özümlə baş-başa buraxdın. Yıxıldım, üzüldüm səndən ayrılanda. Qaldım çarəsiz, sevgisiz və bir də sənsiz... Onsuzda həmişə sənsiz idim, amma indiki kimi deyil. Dağılmış bir qəlbə sahib oldunmu sən heç? Parça-parça edilmiş, sökük və viranə, bir o qədərdə vəfasız. Əvvəllər üzüldüm, amma heç vaxt ağlamadım, gəldi keçdi deyib, səni də gözlərin kimi qəlbimə basdırdım. Unutdum dedim, unudacağam dedim, unuda bilmədim, unutmaram dedim. Əvvəl gözlərin sonra sən çıxdın qəlbimdən. Bir vicdan əzabı başladı ölü ürəyimdə, qəlbimdə heç bir şey qalmadı səndən başqa. Xatirələrin, gözlərin və sözlərin. Şerlərini gətirdilər mənə, məni öldürən şerlərini. Vəfasız dediyini eşitdim, yıxıldım, səni düşündüm gecələrcə, daim tək başıma. Şerlərin öldürdü, həsrətin yandırdı ürəyimi üzüldüm, qırıldım, yıxıldım və en sonunda ağladım. 3 nəfərlə ağladıq sənə. Mən, qəlbim və gözlərim. Sənin üçün yandım, səni sevdim, səni xatırladım hər yerdə. Günlərcə bir gün səsini eşitmək ümidi ilə telefon zəngini gözlədim. Telefon çalmayıb həsrət qalınca ağladım-ağladım. Sənə etdiklərimi ancaq o zaman anladım. Eşitdim ki, qəlbini verməmisən heç kimə, içində məni görərlər deyə, mən də heç kəsə vermədim içində səni görərlər deyə. Göy üzü ulduzlarla bəzənmişdi. Mən həmişə səni düşünərkən hüzn ulduzları qoydum adını. Səni xatırladırlar deyə. Eyni onlar kimi səndə məndən çox uzaqlardaydın. Həmişə göz qırpardın uzaqdan səssizcə. Mən isə daim səni gözlədim, qırıq qəlbim, yaşlı gözlərimlə. Bəzən xəyala gedirəm, səni düşünürəm, ağlayıram, səni və sevgini axtarıram qəlbimdə. Düşmür adın heç dilimdən. Gülüm öləcəyəm bir gün mən sənin sevgindən, sənin dərdindən. Bəlkə də bir gün görəcəyəm səni. Sən məni unutmuş, mənim olmayan səni. Elə o an sevgimin göz yaşını xatırlayacağam və yenə bir kənarda oturub ağlayacağam. And içdim sənin üstündən başqasını sevməyim deyə. Və hər zaman, hər yerdə təkrarlayıram. Səni unutmaq üçün öldürsələr belə, qarşılıq olaraq dünyanı versələr belə, dar ağacı qurub edam etsələr belə səndən başqasını əsla sevməyəcəyəm...
Категория: Meqaleler | Просмотров: 797 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 8
0  
 
Məhəmmədəli yazdıki >> romantik 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.23.189
Tarix: 21.06.2011 ,11:51.

0  
 
Leyla yazdıki >> 1-23 1-23 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.69
Tarix: 12.06.2011 ,14:57.

0  
 
Leyla yazdıki >> Hmmmm cox ormantikdi! 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.69
Tarix: 12.06.2011 ,14:56.

0  
 
Leman yazdıki >> Oooooooo Eti 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:109.127.17.105
Tarix: 24.03.2011 ,18:21.

0  
 
Leyla. yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:93.184.224.155
Tarix: 14.01.2010 ,19:45.

0  
 
SeCReT yazdıki >> Eti senijn bu qeder romantik oldugunu bilmirdim 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:85.132.54.5
Tarix: 14.01.2010 ,13:44.

0  
 
farida yazdıki >> ooo coox romantikdir 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.144.64
Tarix: 10.02.2009 ,15:51.

0  
 
ELŞEN yazdıki >> cry Yaman sözler var başdan-ayaqa romantika 
__________
İstifadəçiəçi Adı:OMEN_666
İP:82.118.136.40
Tarix: 27.10.2008 ,15:52.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Oktyabr 2008  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024