Главная
Регистрация
Вход
Çərşənbə
08.05.2024
23:32
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

13:55
Bermurd Üçbucağı.
 
Haqqında söhbət açacağımız yer planetin ən dəhşətli, ən müdhiş ərazisi hesab olunur. Burada çoxlu sayda gəmi və təyyarələr izsiz-tozsuz yoxa çıxıblar. Həmin hadisələrin əksəriyyəti 1945-ci ildən sonra baş verib. Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar nəticəsində bir dənə də olsun meyit və digər əlamətlər aşkar olunmayıb...". Amerikalı yazıçı Ç.Berlitç tərəfindən sirli Bermud üçbucağının təsviri bu sözlərlə başlayır.
İndi Florida, Kuba və Bermud adalarının arasında yerləşən müəmmalı yerin - anomal zonanın mövcud olması hipotezinin tərəfdarları və əleyhdarları məmnuniyyətlə Ç.Berlitçdən sitat gətirirlər. Zona həqiqətən də mövcuddur. Lakin doğrudanmı, o bu dərəcədə qaniçəndir?
Bermud üçbucağı barədə məlumatlar hələ 1840-cı ilə gedib çıxır. Həmin il Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın "Rozali" gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa çıxmışdı. Gəmi jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı.
Bununla da müəmmalı Bermud üçbucağının tarixçəsi başlayır. Bu tarixin səhifəsində 103 ton su tutumu olan "Mariya Çelesta" gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı. Çox keçmir ki, kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan "Dei Qratia" gəmisi Azor adaları rayonunda aşkarlanır. Gəminin göyərtəsində heç kim yox idi. Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səs gücləndiricisi vasitəsilə gəmidə kiminsə olmasını yoxlamaq istəyir. Lakin cavab gəlmir.
20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın "Freya" ticarət gəmisinə rast gəlinir. Yenə də gəmidə heyət yoxa çıxmışdı. 4 mart 1918-ci il. ABŞ-ın 12 min ton su tutumu olan "Siklop" gəmisi 309 nəfər heyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora istiqamət götürən "Siklop" təyin olunan yerə gəlib çatmır. Hər hansı bir həyəcan siqnalı da qeydə alınmır. O da yoxa çıxır. Əvvəlcə belə bir versiya irəli sürülür ki, həmin gəmiyə alman sualtı qayığı hücum edib. I Dünya Müharibəsi gedirdi. Atlantika sularında çoxlu sayda alman sualtı qayıqları vardı. Lakin hərbi arxivlər araşdırılanda bu versiya özünü doğrultmayıb. Əgər almanlar "Siklop"u batırsaydılar, yəgin ki, bu barədə bütün dünyaya car çəkərdilər. "Siklop" isə sadəcə olaraq yoxa çıxıb.
Bir neçə il keçdikdən sonra ABŞ-ın hərbi dəniz donanmasının komandanlığı belə bir bəyanatla çıxış edir: "Siklopu"un yoxa çıxması böyük və çətin həll olunan məsələlərdən biridir". ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilson bəyan edir ki, gəminin başına gələn hadisə barədə yalnız Allah bilir. Sonradan Bermud üçbucağında təyyarələr də yoxa çıxır. Bununla da dənizçilər, təyyarəçilər, alimlərlə yanaşı, ölkə hökumətləri də Bermud üçbucağına maraq göstərməyə başlayır. ... 5 dekabr 1945-ci il. Floridada dislokasiya olunmuş ABŞ hərbi hava qüvvələrində adi günlərdən biridir. 2500 saatdan çox uçmuş pilotlardan biri, leytenant Çarlz Teylor təcrübəli komandir idi. Onun rəhbəliyi altında uçuş heyətinə Bimini adasının şimalında yerləşən Çiken Şoal ərazinə istiqamət götürmək kimi asan bir tapşırıq verilmişdi. Adi məşq uçuşları zamanı hərbi təyyarəçilər zarafat edir, əylənirdilər. Lakin onlardan biri qəlbində nə isə narahatlıq hiss edirdi və o digərlərindən fərqli olaraq havaya qalxmayaraq yerdə qaldı. Bu onun həyatını xilas etdi. ... Gözəl hava vardı. 5 "Evendjer" ("Qisasçılar") bombardmançı təyyarəsi havaya qalxaraq şərqə doğru istiqamət götürürlər. Təyyarələrdə 5 saatlıq yanacaq var idi...
Sonra onları görən olmadı. Təyyarələrin başına nə iş gəlib, bunu yalnız Allah bilir. Müxtəlif versiyalar irəli sürüldü. Lakin təyyarələrdən heç biri tapılmadığından, bu mülahizələr də təsdiq olunmamış qaldı. Ən əvvəl, gəlin, faciə səhnəsini bərpa etməyə cəhd göstərək. Qabaqcadan xəbərdarlıq edirik ki, təfərrüatlar istintaq materiallarından və Floridada çap olunmuş rəsmi xronikadan götürülüb...
... Saat 14.10-da 14 pilotla (15) havaya qalxan 5 təyyarə hədəfə çataraq saat 15.30-15.40 radələrində geriyə - cənub-qərbə istiqamət götürürlər. Lakin bir neçə dəqiqədən sonra saat 15.45-də Fort-Loderdeyl aviabazasının komanda məntəqəsi ilk qəribə məlumat alır: "Bizdə qəza vəziyyətidir. Görünür, istiqaməti itirmişik. Biz torpağı görmürük. Təkrar edirəm, biz torpağı görmürük". Dispetçer onların koordinatları barədə sorğu verir. Lakin cavab bazadakı zabitləri şoka salır: "Biz harada olduğumuzu müəyyənləşdirə bilmirik. Biz, deyəsən, azmışıq". Belə bir vəziyyətdə aviabazanın nümayəndələri yeganə düzgün qərar qəbul edirlər: "Qərbə doğru istiqamət götürün!"
"Fəqət, biz bilmirik qərb haradadır. Heç nə alınmır... Qəribədir... Biz istiqaməti müəyyənləşdirə bilmirik. Hətta okean da həmişə olduğu kimi görünmür"!.. Saat 16.45-də Teylordan qəribə məlumat gəlir: "Biz Meksika körfəzinin üstündəyik". Yerdəki dispetçer Don Pul fikirləşir ki, yəqin pilotlar kontuziya alıblar. Çünki göstərilən yer horizontun əks tərəfindəydi! Saat 17.00-da məlum olur ki, pilotlar güclü əsəb gərginliyi həddindədirlər. Onlardan kimsə efirə qışqırır: "Lənət şeytana, əgər qərbə istiqamət götürsəydik, yəqin ki, evə düşərdik!" Sonra Teylorun səsi gəlir: "Bizim evimiz şimal-şərqdədir..." İlk həyəcanlı anlar bir qədər səngiyir və pilotlar aşağıda hansısa adanı müşahidə edirlər: "Məndən aşağıda torpaq var. İnanıram ki, bu Kisdir..."
Lakin hər şey hədər idi. Qaranlıq düşür. İtmiş təyyarələrin tapılması üçün havaya qalxan bombardmançılar əli boş bazaya qayıdırlar. Onlardan biri də axtarış zamanı yoxa çıxır... Teylorun son sözləri barədə hələ də mübahisələr davam edir: "Mənə elə gəlir ki, biz ağ sulara qərq oluruq... Biz tamamilə azmışıq". 1987-ci ildə məhz orada -Meksika körfəzinin təkində 40-cı illərin istehsalı olan "Evendjer"lərdən biri tapılır ("Pravda" 2.03.1987). İstisna deyil ki, yerdə qalan 4 təyyarə də haradasa yaxındadır. Bircə sual qalır: Təyyarələr heç bir yerdə görünmədən 700 kilometr şimala necə gedib çıxıblar? 2 fevral 1953-cü il. Bermud üçbucağından bir qədər şimalda İngiltərənin 39 nəfər heyətdən ibarət hərbi nəqliyyat təyyarəsi uçur. Qəfil onunla radioəlaqə itir. Təyin olumuş vaxtda isə təyyarə bazaya qayıtmır. Onun qəzaya uğradığı ehtimal olunan yerə göndərilən "Vuduord" yük təyyarəsi heç nə aşkarlaya bilmir.
Düz 1 il sonra elə həmin yerdə 42 nəfər heyətdən ibarət olan ABŞ hərbi dəniz qüvvələrinə məxsus təyyarə yoxa çıxır. Təyyarənin heç olmasa dağıntılarının tapılması üçün 100-dən çox gəmi okeana çıxır. Lakin yenə də axtarışlar bir nəticə vermir. Hadisənin səbəblərni ABŞ mütəxəssisləri izah edə bilmirlər. 1973-cü ilin martı. Nor-folq limanından Hamburqa istiqamət götürən "Anita" gəmisi Bermud üçbucağı rayonunda itir. Bir neçə gündən sonra dənizdə "Anita"ya məxsus yalnız bir xilasetmə dairəsi tapılır.
Bermud adaları, Mayami (Florida) və Puerto-Rikonun arasında olan Bermud üçbucağının sahəsi 1 milyon kvadratkilometrdən çoxdur. Bu akvatoriyanın təkinin relyefi yaxşı tədqiq olunub. Sözügedən rayon oxşar coğrafi yerlərdən elə də fərqlənmir. Lakin buna baxmayaraq, Bermud üçbucağında gəmi və təyyarələr müəmmalı şəkildə yoxa çıxıblar.

Категория: Kitablar | Просмотров: 1555 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Leyla yazdıki >> Tsk xeberre gore 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.144
Tarix: 13.06.2011 ,11:40.

0  
 
Məhəmmədəli yazdıki >> muellife thanks 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:188.253.133.212
Tarix: 12.06.2011 ,17:15.

0  
 
Leman yazdıki >> Tşk xebere görə 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:212.47.132.56
Tarix: 24.03.2011 ,21:24.

0  
 
ELŞEN yazdıki >> Hmmm men Bermudun kinosuna baxmisam amma mene ele gelir ki orda çox böyük güce malik olan maqinitizim sahesi var 
__________
İstifadəçiəçi Adı:OMEN_666
İP:82.118.139.19
Tarix: 24.11.2008 ,21:25.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Noyabır 2008  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024