Главная
Регистрация
Вход
Çərşənbə
08.05.2024
14:24
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytimizin açilmağini necə qarşilayirsiz?
[ Netice · Diger ]
Cavablar: 67

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

22:23
Öz özünə yanan insanlar

Öz özünə yanan insanlar
Dünyadakı ən böyük sirrlərdən biri də heç bir səbəb yoxkən yanıb kül olan insanlardır. Bəli bu sizə çox qəribə gələ bilər ancaq əsrlərdən bəri heç bir səbəb yoxkən dayandığı yerdə yanıb ölən insan hadisələri meydana gəlməkdə və bunun səbəbi də bu günə qədər həll edilə bilməyən bir sirrdir. İşin ən aydın olmaz tərəfi də insanın yanıb sümüklərinin belə kül halına gəldiyi bir mühitdə ətrafda tapılan əşyaların hətta bəzi hadisələrdə yananın üzərindəki paltarların belə heç bir ziyan görmədiyidir.

Tibbən bir insanın yana bilməsi xüsusilə sümüklərinin kül halına gələ bilməsi üçün çox yüksək bir istilik (1500 dərəcə santigrad), birdə bu istinin uzun bir zaman davam etməsi lazımdır (ən az iki saat). Avropada və Amerikada son zamanlarda ölən insanlar basdırılmayıb Crématoire deyilən yüksək istilikli elektrik sobalarında yandırılıb külləri kiçik bir vazaya qoyulub saxlanmaqdadır. Bu sobalarda belə istilik 2000 dərəcəyə yaxınlaşmaqda və tam kül olması üç - dörd saat davam etməkdədir.

Öz özünə yanan insanlar
1731-ci ildə axşam yatağına yatan və yuxuya gedən bir qadın sabahısı günü səhər otağına özünü oyandırmağa gələn xidmətçisi tərəfindən faciəvi bir şəkildə yanaraq bir kül yığını halına gəlmiş olaraq tapılmışdır. Otağının hər yeri his və təşkilat içində idi və küllər hər tərəfə uçuşmaqda idi. Lakin yatağından 1.5 metr kənarda yanan qadın kül yığını halına gəldiyi halda nə yatağı və çarşafları nədə otağının mebelləri ziyan görməmişdi. Səlahiyyətlilər çox detallı bir araşdırma etmişlər lakin yanmanın səbəbini tapa bilməmişlər. Çünki otaqda yanğın çıxması üçün səbəb yox idi nə atəş vardı nədə atəş çıxaracaq bir şey. Otaqdakı əşyalar hətta yataq çarşafları belə heç yanıqsız dayanırdılar.

Bu sonradan qeyd altına alınmış "özündən yanma" hadisələri arasında ilk nümunələrdən biri qəbul edildi.

XVIII əsrdə çox sayda özündən yanma hadisəsi təsbit edildi lakin elm adamları və həkimlər heç cür səbəbsiz bu yanmalara bir ad qoya bilmirdilər.

Dr. Merille, Fransada Caen şəhərində vəzifə yerinə yetirirdi bir gün bir ölüm səbəbiylə əlaqədar olaraq çağrıldı etdiyi araşdırmada: ölünün bədəni yerdə uzanırdı. Geriyə kül yığınından başqa bir şey qalmamışdı sümüklər istidən əriyərək əyilib bükülmüşdü. Dr. hesabatında sümükləri ərimiş olmasını ifadə etməsi çox maraqlıdır çünki sümüklərin əriməsi üçün ən az 1500 dərəcə istilik lazımdır, halbuki hesabata görə "evdəki əşyalardan heç biri yanmadan zərər görməmişdi, qadının gecəliyi oturduğu kürsünün 30 sm irəlisində əl dəyməmişcəsinə dayanırdı. Üzərindəki paltarların xaricində otaqda yanan başqa heç bir şey yox idi." Kimiləri bu yanmaları Tanrının qəzəbi olaraq görməkdədir, bu qorxu köhnə çağlardan bəri vardır." Onları Tanrının qəzəbi yox edir. Tanrının yandırıcı nəfəsi kül halına gətirir. " Bu doğrumu idi?

Yuxarıdakı hadisələrin bənzərinə daha yüzlərlə misal verə bilərik. Biz burada bu barədə edilmiş araşdırma və araşdırmaları ələ alıb nəticələri üzərində müzakirə edəcəyik.

Bu yanma hadisələri ilə maraqlanan araşdırmacılar hadisələrin getdikcə artdığını söyləyirlər . Bəzi jurnalistlər bu hadisələrlə əlaqədar məlumat yığırlar . Tibb jurnallarında yazılar yazılır lakin doğru dürüst heç bir nəticə alına bilmir.

Öz özünə yanma hadisələri üç mərhələdə olur:

1- çox qısa bir zaman içində reallaşır, yananın nə kömək istəyəcək nədə nə olduğunu anlayacaq zamanı olur.
2- hadisələr çox böyük nisbətə ölümlə nəticələnir və bu səbəbdən qurbanların nə olduğunu izah etmə imkanı olmur.
3- üçüncü çox maraqlı vəziyyət: belə bir yanma hadisəsi ya yanan yalnızken olur ya da bir neçə adam isələr o zaman hamısı birdən yanıb ölürlər. Yəni hadisəyə canlı şahid tapılmır.

1885-ci ilin gecəsində Amerikada bir ər arvad və yanlarında işləyən işçiləri yeni ili qeyd etmək üçün mətbəxdə oturub içki içirlər, daha sonra işçi üst mərtəbədəki otağına yatmağa çıxır. Ertəsi səhər aşağı enən işçi mətbəxə girdiyində ətrafın incə bir yağ təbəqəsi ilə örtülü olduğunu və acı bir qoxu hiss edir, evin bəyi yerdə yatırdı və ölmüşdü dərhal yandakı evdə oturan uşaqlarına xəbər verməyə getdi və oğuluyla geri dönüb araşdırınca mətbəx masasının yanında döşəmədə bir yanıq dəlik vardı döşəmə yanmışdı və aşağıya baxınca evin xanımının yerdə yanıq sümüklər yanıq kəllə və küllərini gördülər. Bu dəfə qurban ikiyə çıxmışdı. Edilən araşdırma sonunda hadisənin necə meydana gəldiyi haqqında bir qərara çata bilmədilər.

Öz özünə yanma hadisələri araşdırıldıqca çox maraqlı vəziyyətlər ortaya çıxırdı. Yanma əksəriyyətlə məhdud bir sahədə meydana gəlir, yatağına uzanmış haldaykən yanan birinin yataq örtülərinə heç bir şey olmur. Bir stulda oturarkən yanmışsa araşdırmada stulda heç bir yanıq izi tapılmır, Paltarlarında heç bir yanıq izi olmayan amma bədəni kömür halına gələnlər var.

Araşdırmalarda diqqəti çəkən bir xüsusu da hadisənin qurbanlarının ümumiyyətlə hamısının səs səda çıxarmadan və xilas olmağa çalışmadan yanmaları idi. Yanma hadisəsinin bilinməyən bir psixoloji yanı ola bilər.

Düşkünlər yurdundakı bir hadisədə yurdda qalanlar iç içə bölmələrlə ayrılmış yerdə yatdıqları halda səhər yanmış halda tapılan, qonşularının gecə heç bir hərəkət və ya səs çıxarmadığını həm yurd sakinləri həm də gecə keşikdə olan tibb bacıları söyləmişlər.

Öz özünə yanma ilə xeyli çox hadisə araşdırılmaq üçün gözləməkdədir. Görəsən insanın içində bədəninin istiliyini nizamlaya biləcək bir mexanizmamı var və öz özünə yananlar bilmədən bu mexanizmimi hərəkətə keçirirlər. Son zamanlarda olan bir yanma hadisəsi hər kəsin gözü qarşısında cərəyan etmişdir. İngiltərədə nişanlısı ilə rəqs etdikdən sonra gənc qız üzərindəki paltarların altından bədəni birdən alovlanmışdır. Yüzlərlə adamın gözü qarşısında bir alov yığını halına gəlmiş alovlar çətinliklə söndürülmüş lakin gec qalınmış və bir kül yığını halına gələn gənc qız ölmüşdür. Diqqət yetiriləcək bir başqa xüsus bu özündən yananlar hadisələrində bədən içəridən çölə doğru yəni bir iç istilik və odla yanmasıdır. Halbuki normal olaraq yanma hadisəsi xaricdən içə olar.

Bu günə qədər irəli sürülmüş bir çox nəzəriyyə arasında iki dənəsi üzərində dayanılmağa dəyər görülməkdədir.

Araşdırmacı Livingstone Georkart öz özünə yanma hadisələrinin böyük qisiminin yer üzündəki manyetiğin dəyişmələri ən çox olduğu anlara rast gəldiyini kəşf etmişdir. Atmosferin xaricində elektrik yüklü parçacıqlardan ibarət olan iyon təbəqəsi olur.
 
İyon təbəqəsinin xaricində də yenə bir elektrik sahəsi olan magnetosfer vardır, bu iki sahə arasındakı qarşılıqlı təsir dünyaya təsir edən bir elektromanyetik güc təsiri təmin edər. Kosmosda meydana gələn bu dəyişmələr dünyanın müəyyən yerlərindəki enerji yüklü sıx elektrik sahələri meydana gətirər və ildırım necə bəzi insanların üzərinə düşdüyü kimi bu sıx elektrik sahələri də bəzi insanların təsiri altına alıb yaxa bilər deyilməkdədir.

Digər nəzəriyyə isə bu gün evlərdə istifadə edilən " microwave" mikro dalğa sobaları işlədən prinsipdir. Bilindiyi kimi Mikro dalğa içinə qoyulan qida maddəsi içindəki molekulları bir-birinə çarpdırılması nəticəsi ortaya çıxan enerji sayəsində içdən bişər, lakin onu içində olduğu qab isə istilənməz belə.

Buna görə təbiətdə olan bu mikro dalğaların çox qarışıq bəzi səbəblərdən və bəzi insanlardakı xüsusiyyət və ya o andakı vəziyyətləri üzündən "entıty" varlıqdan ötəri Mikro soba kimi işləyərək insanın içində meydana gələn və bir anda çox yüksək dərəcələrə çatan istilik ya çatıb o hala gəldiklərini lakin eyni anda ətraflarındakı digər əşya və şeylərə zərər vermədikləri düşünülür.

Təbii ki bu nəzəriyyələrin ikisi də daha araşdırma mərhələsində olub qəti bir nəticə ortaya çıxmamışdır.

Öz özünə yanma hadisələri kainatın hələ həll edilməmiş sirlərindən biridir. Nümunə hadisələrin şərhlərin nəzəriyyələrin ən əhəmiyyətlilərini bir araya gətirib sizə təqdim etdim. Qərar sizə aiddir. Görəsən nə səbəbə durub durarkən insanlar yanırlar?Görəsən bizim də başımıza belə hadisə gələ bilər

Qeyd: yazı türkcədən tərcümə olunduğu üçün bəzi qüsurlara yol verilə bilər.

Категория: Müxtelif | Просмотров: 893 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Leyla yazdıki >> Sagol ETI maraqli idi 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.144
Tarix: 13.06.2011 ,11:31.

0  
 
Məhəmmədəli yazdıki >> tesekkur 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.61.40
Tarix: 18.03.2011 ,19:59.

0  
 
Ilqar yazdıki >> thanksyou yerivar 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:88.151.196.164
Tarix: 03.01.2010 ,12:57.

0  
 
ELŞEN yazdıki >> Sağol eti doğurdan maraqlidir ki o insanlar niye yanir bu suala cavab vermek çox çetindir bu kainatin neçe bu cür sirrlerle dolu faktlari var. smile 
__________
İstifadəçiəçi Adı:OMEN_666
İP:82.118.139.25
Tarix: 25.11.2008 ,20:12.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Noyabır 2008  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024