Главная
Регистрация
Вход
Cümə
03.05.2024
08:03
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

10:54
Mobil Telefon Alkoldan Tehlukelidir
alt
Yol hərəkəti zamanı mobil telefondan istifadə edən sürücülər, hətta telefonu əllərində tutmasalar belə, sərxoş sürücülər qədər təhlükəlidirlər. Bunu Amerika alimləri iddia edirlər. Onlar müəyyən etmişlər ki, sükan arxasında mobil telefonla danışığın doğurduğu təhlükə bizim fiziologiyamızla bağlıdır.

Rod-Aylend Universitetinin alimlərinin məlumatlarına görə, insan mobil telefonla danışmağa başlayan kimi əsəb sisteminin resurslarının böyük bir hissəsinin diqqəti yol hərəkətindən və avtomobilin idarə edilməsindən yayınır.

Üzərində tədqiqat aparılmış insanların baş beyin qabığının fəallığı mobil telefonla danışıq zamanı 29% aşağı düşmüşdür. Bu o deməkdir ki, yolda vəziyyətin dəyişməsinə sürücünün göstərdiyi reaksiya onun qanında ABŞ-da müəyyən edilmiş normadan artıq alkoqol olduğu zaman göstərdiyi reaksiyadan xeyli zəif olur.

ABŞ-ın Neşvill şəhərindəki Vanderbilt Universitetindən olan alimlərin tədqiqatının nəticələri daha dəqiq olub. Onlar aydınlaşdırmışlar ki, insan eyni vaxtda həm avtomobili idarə edir, həm də mobil telefonla danışırsa, beyin eyni vaxtda iki vəzifəni yerinə yetirir. Özü də bu halda mobil telefonla danışıq əsas vəzifəyə, avtomobilin idarə olunması isə ikinci dərəcəli vəzifəyə çevrilir.

Nəticədə beyin ikinci dərəcəli vəzifəyə 300 millisaniyə gec reaksiya verməyə başlayır ki, bu da yolda baş verən hadisələrə sürücünün reaksiyasının sürətini aşağı salır və çox vaxt yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur.

Bu sahədə Rusiya alimlərinin tədqiqatları da mövcuddur. Ən son tədqiqat “Neyrok” elmi-istehsalat birliyinin mütəxəssisləri tərəfindən aparılıb. Bu dəfə tədqiqatçılar jurnalistlərin və peşəkar avtomobil pilotlarının diqqətini yoxlamışlar. Eksperiment zamanı onlar avtomobili sürə-sürə mobil telefonla danışmış, bu zaman onların diqqəti “yalan detektoru” prinsipi əsasında işləyən xüsusi bilərzik vasitəsilə izlənmişdir. Sürücü avtomobili sürərkən eksperimentin təşkilatçıları onun mobil telefonuna zəng etmiş və çaşdırıcı suallar vermişlər. Nəticədə sürücünün diqqəti həmin sualların ətrafında cəmləşmişdir. Məlum olmuşdur ki, suallara cavab axtararkən sürücü ətrafda baş verənlərə az diqqət yetirir.

Yuxarıda qeyd edilən tədqiqatların nəticələri heç də ürəkaçan deyil. Demək olar ki, bütün sürücülərin (cüzi istisnalarla) diqqəti avtomobilin idarə olunmasından yayınaraq mobil telefonla danışmağa yönəlir. Bu, sürücünün şəxsi psixo-fizioloji keyfiyyətləri və avtomobili idarə etmə təcrübəsi ilə izah olunur.

Məsələn, eyni vaxtda avtomaşını idarə edərkən və mobil telefonla danışarkən ətraf mühitə qarşı diqqətin zəifləməsi ucbatından 10 sürücüdən 9-unun sayıqlığı azalır. Orta hesabla sürücünün diqqətinin zəifləməsi telefon danışığının başlanmasından təxminən 50 saniyə sonra baş verir. Danışıq başa çatdıqdan sonra diqqətin avtomobilin idarə olunması üzərində cəmləşməsi dərhal deyil, 1-2 saniyədən sonra baş verir. Bu müddət şəhərdəki gur avtomobil axınında qəflətən dayanan avtomobillə toqquşmaq və ya yol üstünə çıxan piyadanı nəzərdən qaçırmaq üçün kifayətdir.

Maraqlıdır ki, tədqiqatlara əsasən, sürücünün mobil telefonla danışarkən əllərinin sərbəst olması onun diqqətinin idarəetmədən yayınması riskini azaltmır. Hər iki əlin sərbəst olmasına baxmayaraq, sürücünün ətrafda baş verənlərə reaksiyası zəifləyir.

Sidney Universitetinin (Pert şəhəri, Qərbi Avstraliya) travmatologiyanın profilaktikası şöbəsində də analoji nəticələr əldə edilmişdir. Burada tədqiqatçılar tibbi müdaxilə tələb edən avtomobil qəzalarına düşmüş 456 sürücü arasında sorğu aparmışlar.

ABŞ-ın Yuta ştatındakı Park Siti şəhərindən olan yol hərəkəti təhlükəsizliyi mütəxəssislərinin fikrincə, sürücü mobil telefonu əlində tutaraq və ya əlində tutmadan onunla danışarkən onun diqqəti 50% zəifləyir. Belə sürücülərdə beyinin güclü “tormozlanması” müşahidə olunur. Onlar fövqəladə vəziyyətlərə cəld reaksiya verə bilmirlər.

Mütəxəssislər zərurət olduqda, əlavə mobil telefon xidmətlərindən, məsələn, telesekretar, səs poçtundan, səsli mesajdan və digər bu kimi vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Bütün bu variantlar yolda qəzaya uğramadan rabitə xəttində olmağa imkan verir.
Категория: Avto dünya | Просмотров: 942 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
Məhəmmədəli yazdıki >> cox uzun idi ona gore oxumadim yenede tewekkur 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.59.87
Tarix: 14.06.2011 ,13:32.

0  
 
Leyla yazdıki >> Axira kimi oxumadim xebere gore tsk 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.56
Tarix: 14.06.2011 ,13:28.

0  
 
Emil yazdıki >> men hemishe mashin sure sure telefonan danishiram hec bir tehluke gormurem men? 
__________
İstifadəçiəçi Adı:BerkSuren
İP:91.135.246.53
Tarix: 15.08.2009 ,02:27.

0  
 
farida yazdıki >> Ayda ne qeder sey yazmisaneee oxumaqa hoselem catmadi
Eziyyetine gore coox saq ol
 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.149.39
Tarix: 14.02.2009 ,16:36.

0  
 
Lider yazdıki >> Eziyyet cekib yazmisan ama biraz ...... wink 
__________
İstifadəçiəçi Adı:Lider
İP:217.14.106.47
Tarix: 22.12.2008 ,22:04.

0  
 
Gunel yazdıki >> bilirdimde biggrin 
__________
İstifadəçiəçi Adı:Guzel_Kiz
İP:82.118.136.242
Tarix: 21.12.2008 ,17:21.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024