Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
21:39
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

18:54
Payiz
 
Payız

Payızın qüssəsi dolub qəlbimə
Kədər ürəyimi didib-dağıdır
Saralmış, soluxmuş mənzərələrlə
Payızı seyr etmək necə ağırdır

Baxıram ağacın yarpaqlarına
Dayanmır, saralıb tökülür bir-bir
Baharın sevgisi qəlbimə hakim
Günlərim beləcə mənasız keçir

Sevmədim əzəldən səni mən, payız
Dumanın, çiskinin ürək sıxandır
Məhsulda, meyvədə mənim gözüm yox
Üzündə sonsuz bir bədbinlik vardır

Baxdıqca məhv olmuş bağa, bağçaya
Axirət canlanır gözüm önündə
Həyat dolu yayın uzun günləri
Zülmətə büründü payız günündə

Qurumuş ağaclar imdad diləyir
Amansız küləkdən qoruna bilmir
Küləksə məmnundur öz halətindən
Gücünü gücsüzə göstərə bilir

Buludlar səmanın üzünü örtmüş
Ulduzlu göyləri seyr etmək olmur
Günəşin işığı çox zəifləmiş
Onun şüasına isinmək olmur

Nəğməkar quşları didərgin salıb
Sərçələr, qarğalar sultanlıq edir
İnsanlar tədarük qayğısındadır
Təbiətsə qışa lıbassız gedir

Qəribə məntiqin var sənin, payız
İşıqlı dünyanı zülmət edirsən
Sorğusu olmadan etdiklərinin
Yerini sakitcə qışa verirsən...
Категория: Sevgi | Просмотров: 1928 | Добавил: Eti_282 | Рейтинг: 3.0/1
Всего комментариев: 6
0  
 
Leyla yazdıki >> smile smile smile 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.31
Tarix: 23.06.2011 ,19:20.

0  
 
Leyla yazdıki >> Tsk ETISKO! 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.31
Tarix: 23.06.2011 ,19:20.

0  
 
Məhəmmədəli yazdıki >> sag ol eti 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.59.42
Tarix: 09.06.2011 ,14:49.

0  
 
Anonim yazdıki >> payiz feslini hec sevmirem,amma tesekkurler smile 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.111.66
Tarix: 20.01.2009 ,18:32.

0  
 
Eti yazdıki >>
Menim Qishdan Xoshum Gelir smile
 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:212.38.118.80
Tarix: 06.01.2009 ,20:10.

0  
 
Gunel yazdıki >> ama menim en xosdadigim fesildir 
__________
İstifadəçiəçi Adı:Guzel_Kiz
İP:82.118.136.74
Tarix: 06.01.2009 ,13:50.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Yanvar 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024