"Kurtlar Vadisi" serialında Kılıç rolunun ifaçısı Atilla Olgaç həyatda 10 nəfəri öldürdüyünü deyib. Türkiyənin “Star” telekanalında yayımlanan verlişin qonağı olan aktyor bununla vətənə olan borcunu ödədiyini bildirib. “Kılıç rolunu oynadığım zaman ssenariyə görə bir çox insanı öldürdüm. Amma bu vətən üçün 10 nəfəri həqiqətən öldürmüşəm”.
Atilla Olgaç hərbi xidmətinin başa çatmasına bir gün qalmış "Kipr barış hərəkatı"nın başladığını, hərəkatın tərkibində yunan Kiprinin 10 yaraqlısını öldürdüyünü bildirib. Aktyor hələ də bu hadisənin təsirində olduğunu, bu səbəbdən indi də ət yeyə bilmədiyini vurğulayıb. /ANS PRESS/ |