Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
07:18
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

23:07
Hacker Sözü Və Onun Tarixi.
 
1970-80-ci illərdə kompyuter texnologiyası o qədər inkişaf etmişdi ki, artıq onlardan evdə və ofisdə fərdi halda istifadə etmək olurdu. Kompyuter istifadəçiləri artdıqca qeyri-adi və sirli qruplar yaranmağa başladı. Haker terminindən ilk dəfə 1983-cü ildə «Newsweek» jurnalı istifadə edib. Jurnal hakerləri belə təqdim edirdi: «onların qeyri-adi ağıllıları var». Hakerlər kompyuterin «daxilinə» nüfuz edərək təhlükəsizlik xidmətini keçir, hətta FTB (Federal Təhlükəsizlik Bürosu) üçün təhlükə yaradırlar. Bir çox hakerlər kompyuter tarixində silinməz iz qoyaraq bu işə yeni başlayanların kumirinə çevriliblər. «Kompyuter allahları»ndan ən məşhuru, şübhəsiz ki, Cap'n Crunch adı ilə məşhur olan Con Dreyper olub. O, ləqəbini şirin, yeməli pambıqdan götürüb. Belə ki, uşaqları cəlb etmək üçün içinə fit qoyurdular. Dreyper fikir verir ki, bu fitlərdən gələn səslər telefonla uzaq məsafələrlə danışılan səslərə oxşayır. Cap'n Crunch qərara gəlir ki, fitlərdən istifadə edərək telefon danışıqlarını pulsuz etsin. Yəqin ki, Con haker kimi məşhurlaşmağında uşaq oyuncağına minnətdar olmalıdı.
Sən saydığını say, gör haker nə sayır
Kevin Mitnik hələ 17 yaşında olarkən telefon danışıqlarını özü istədiyi kimi yönəldə bilirdi. Mitnik ən böyük uğuruna 1983-cü ildə Pentaqonun təhlükəsizlik kompyuterinə daxil olaraq imza atıb. O, qanunsuz olaraq informasiya götürdüyünə görə həbs olunur. Azadlığa çıxandan sonra VMX kompyuterlərin hazırlanmasını öyrənmək üçün DEC şirkətinin sisteminə daxil olur. Ona bu işdə dostu Lenni DiSakko kömək edirdi. Bu zaman Kevin hər şeyi nəzərə almışdı,dostundan başqa. Bir dəfə Mitnik dostu ilə zarafat edir. Lakin Lenni bunun zarafat olduğunu anlamayaraq Kevindən qisas almaq istəyir. O, FTB-yə zəng edərək DEC şirkətinin sisteminə daxil olan hakeri tanıdığını deyir. Və Mitniki yenə də həbs edirlər. Bundan əlavə məhkəmə onu 200 min dollar məbləğində cərimə edir. Hazırda o, «Mitnick Security Consulting” təhlükəsizlik şirkətinin sahibidi.
Hakerlərin yeni nəsilləri yaranır

Adrian Lamonun fərasətindən isə Microsoft,Yahoo!,New York Times,AOL,Sun
Microsystems, Cingular və McDonald's kimi şirkətlər əziyyət çəkib. Lamo da təhlükəsizlik sistemlərini çox asanlıqla keçirdi. Hətta bir dəfə NBC kanalında qonaq olan Adriana, verlişi aparan jurnalist istedadını canlı efirdə göstərməyi təklif edib. Heç 5 dəqiqə keçmir ki, haker elə telekompaniyanın özünün təhlükəsizlik sisteminə daxil olur.
Bir neçə ildən sonra hakerlərin yeni «nəsilləri» meydana gəldi. Onları klassik hakerlərdən fərqləndirən əsas cəhət sistemlərə virus buraxmaları idi. İnternet virusun ilk yaradıcısı Tappan Morris hesab olunur. Antiviruslar yaranandan sonra o, virusun sürətini çıxardaraq kompyuteri aldadırdı. Bu zaman Morrisin virusu bir neçə saat ərzində yüzlərlə kompyuteri məhv etdi. Virusu məhv etmək üçün günlərlə vaxt tələb olundu.
Şirkətlərə vurduğu ziyana görə Morris 400 gün ictimai iş və 10050 dollar məbləğində cərimə olundu.
Cobs və Voznyak da Con Dreyper kimi telefon danışıqlarını pulsuz etmək üçün «Blue Box» (mavi qutu) yaratdılar. Hətta bir dəfə Voznyak «Blue Box»dan istifadə edərək Vatikana zəng edib Roma Papası ilə danışıb, günahlarının bağışlanmasını istəyib.
102-ci adam axtarışdadı
Los - Anceles radio stansiyalarının birində viktorina keçirilirdi. Verlişə 102-ci zəng edən adam yarışın qalibi olurdu. Kevin Poulsen telefon xətlərini bağlayır. Belə ki, radioya ondan başqa heç kəs zəng edə bilmirdi. Kevin «təsadüfən» 102-ci adam olur və hədiyyəni qazanır. Onun qalib gəlməsindən şübhələnən FTB Poulsenin axtarışına başlayır. 17 aydan sonra haker həbs olunaraq 4 il azadlıqdan məhrum edilir. Bu qərar çox böyük səs-küyə səbəb oldu. Çünki hələ hakerliyə görə bu qədər sərt cəza verilməmişdi.
 
Категория: HaCKeR | Просмотров: 1867 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
Leyla yazdıki >> smile smile smile smile smile smile smile 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.129
Tarix: 25.06.2011 ,18:03.

0  
 
Leyla yazdıki >> Thank you vary much 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.129
Tarix: 25.06.2011 ,18:02.

0  
 
Məhəmmədəli yazdıki >> tesekkurle etican 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:81.17.81.33
Tarix: 19.03.2011 ,16:53.

0  
 
rihanna yazdıki >> tesekkurler Etican thanksyou thanksyou yerivar yerivar 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.61
Tarix: 18.05.2009 ,12:50.

0  
 
dindar yazdıki >> ELADIRRR gulmek 
__________
İstifadəçiəçi Adı:dindar
İP:78.111.55.143
Tarix: 31.01.2009 ,14:57.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Yanvar 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024