Главная
Регистрация
Вход
Bazar
05.05.2024
16:56
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

17:34
Türk erməni Dostluğu K.S
 
"Biz bu serialla Ermənistanla münasibətlərimizin normallaşmasına çalışan insanlara və ümumiyyətlə, xalqlar arasında sülhə dəstək vermək istəyirik. Türkiyə prezidenti Abdulla Gülün futbol yığmamızın Ermənistan millisinə qarşı matçına baxmaq üçün İrəvana səfərindən sonra iki ölkə arasında başlanmış yaxınlaşma, məncə, xalqlarımıza pis heç nə verə bilməz".
Türkiyə Dövlət Teleradioşirkətinin (TRT) çəkdiyi "Ayrılıq" serialında baş rollardan birini oynayan Atilla Saralın dediyinə görə, Ankara və İrəvan arasındakı münasibətlərin normallaşmasıa TRT də dəstək vermək niyyətindədir. Bu məqsədlə telekanal "Ayrılıq" adlı serialın çəkilişini aparır.

"TRT bu serial sayəsində erməni-azərbaycanlı düşmənçiliyini də ortadan qaldırmaq üçün addım atmağı düşünür. Serialda məhəbbət, avantür intriqa və təbii qaz boru kəmərinin çəkilişi ilə bağlı mövzulardan bəhs olunur", - A.Saral bildirdi. Onun dediyinə görə, Azərbaycan, Çeçenistan və Ermənistanla yanaşı, daha 4 ölkədə çəkiləcək serialın 7 baş qəhrəmanı olacaq.

Serialda rol almış aktyorlardan biri, Əhmət Özhanın əməkdaşımıza verdiyi məlumata görə, "Ayrılıq" macəra serialıdır.
Gürcüstanın Cənubi Osetiya bölgəsinə Rusiyanın qoşun yeritməsi və Moskvanın Tiflisə qarşı müharibəyə başlamasından, hərbi əməliyyatların dramatik yönlərindən, müharibənin doğurduğu insan faciələrindən bəhs edən serialın ana xətti rus və türk iş adamlarının başlarına gələnlərdir.

İstanbulla yanaşı, Azərbaycan, İran, Rusiyanın Şimali Qafqaz bölgəsi, Çeçenistan, Ermənistan və Özbəkistanda çəkiləcək seraillarla bağlı işlər artıq başlanıb.
İstanbuldakı "Noe Sinema" prodüser şirkətinin çəkdiyi serialda Atilla Saral, Əzra Akın, Ərdal Beşikçioğlu, Mehmet Əli Nuroğlu, Zeynəb Tokuş, Özgür Özbərk, Sinemis Candemir, Əhmət Özhan və Kaan Urğancıoğlu rol alıblar.

"Bizim serial Ermənistanın paytaxtı İrəvanda da çəkiləcək ilk türk filmi olacaq. Serial Türkiyənin bölgədə tutduğu yerdən, oynadığı roldan və önəmindən bəhs edir. Bu, əsərin ana xətti, leytmotividir", - serialın ssenari müəllifi "Çanakalem" qrupunun üzvü Metin Arslan söylədi.

Rejissorlar Mətin Balekoğlu və Fəridə Kaytanın çəkdikləri filmin Azərbaycanda çəkilişlərinin bu ilin mart-aprel aylarında başlanacağı gözlənilir.
Serialın baş prodüseri Süleyman Çobanoğlunun söylədiyinə görə, "Ayrılıqda" rol ifası ilə bağlı Nejat İşler, Fikret Kuşkan və Haluk Piyes ilə ilkin razlıq olsa da, onlar sonradan imtina edərək "erməni obrazları yaratmaq istəmirik" deyiblər.

"Ayrılıq" serialının çəkilişlərində azərbaycanlı sənətçilərin iştirakına gəldikdə isə, "Noe Sinema" bununla bağlı suallarımızı cavablandırmaqdan imtina etdi. Şirkətin ictimaiyyətlə əlaqələr bölməsindən bildirildi ki, "bu məsələ ilə bağlı danışıqlar davam etdiyindən, konkret heç nə söyləmək olmaz". // Ekspress

Категория: Müxtelif | Просмотров: 831 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
Leyla yazdıki >> angry angry angry 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.206
Tarix: 27.06.2011 ,18:25.

0  
 
farida yazdıki >> off day kimi ozumuze dost kimi dusman bilek? 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.149.197
Tarix: 20.02.2009 ,16:44.

0  
 
Anonim yazdıki >> niye bele edirler bilmirem .ne qederde sulh olsada aramizda sehidlerimiz yoxdur 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.139.151
Tarix: 01.02.2009 ,21:50.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024