Главная
Регистрация
Вход
Cümə Axşamı
02.05.2024
07:46
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

12:29
Bəxtiyar Vahabzadə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bəxtiyar Vahabzadə vəfat etdi  
Xalq şairi ilə vida mərasimi sabah BDU-da keçiriləcək

 

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 84 yaşında vəfat edib. ANS PRESS-in miəlumatına görə, xalq şairi ilə vida mərasimi fevralın 14-də keçiriləcək. Bakı Dövlət Universitetindən aldığımız xəbərə görə, vida mərasimi bu təhsil ocağında baş tutacaq. Hələlik ölkə prezidenti İlham Əliyev tərəfindən dəfn komissiyasının formalaşdırılması ilə bağlı sərəncam verilmədiyindən, mərasimin saat neçədə keçiriləcəyi məlum deyil. Bu axşam dəfn komissiyasının formalaşdırılacağı və iclas keçirəcəyi gözlənilir. Vida mərasimi ilə bağlı bütün detallar da yalnız iclasdan sonra məlum olacaq.

Şair, dramaturq, alim, publisist, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycanın xalq şairidir.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Bəxtiyar Vahabzadə 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirib, Azərbaucan Dövlət Universitetinin filologiya fakültəsinə, 1947-ci ildə isə Universitetin nəzdində aspiranturaya qəbul olunub. 1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa İkinci Dünya Müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. Bədii yaradıcılıqla məşğul olmaqla yanaşı B.Vahabzadə 1940-cı ildən Universitetdə dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülüb. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.
Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətilə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinə(1980-1995), 1 dəfə isə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib (1995-2000).

Allah rəhmət eləsin! /ANS PRESS/

Категория: Müxtelif | Просмотров: 1292 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 9
0  
 
ILKIN yazdıki >> Allah rehmet elesin cry cry cry sad 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.196
Tarix: 10.07.2011 ,17:07.

0  
 
Leyla yazdıki >> cry cry cry 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.206
Tarix: 27.06.2011 ,18:56.

0  
 
Leyla yazdıki >> Allah rehmet elesin 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.206
Tarix: 27.06.2011 ,18:56.

0  
 
Rehman yazdıki >> ALLAH REHMET ELESIN agla agla agla agla 
__________
İstifadəçiəçi Adı:rehman_282
İP:81.17.83.151
Tarix: 18.02.2009 ,17:01.

0  
 
Lider yazdıki >> Ruhu sad olsun. 
__________
İstifadəçiəçi Adı:Lider
İP:85.132.117.74
Tarix: 14.02.2009 ,17:55.

0  
 
seker yazdıki >> Allah rehmet elesin 
__________
İstifadəçiəçi Adı:Seker_qiz
İP:82.118.156.7
Tarix: 14.02.2009 ,16:01.

0  
 
Anonim yazdıki >> ALLAH cemi olenlere Rehmet elesin.

eyyy bir resimden iki dene qoymusan 

__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.138.115
Tarix: 14.02.2009 ,14:50.

0  
 
farida yazdıki >> agla agla agla agla agla agla agla agla agla O Azerbaycanin boyuk sairlerindendir. 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.144.147
Tarix: 14.02.2009 ,12:36.

0  
 
farida yazdıki >> agla Allah rehmet elesin qebri nurla dolsun. 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.144.147
Tarix: 14.02.2009 ,12:35.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024