Главная
Регистрация
Вход
Bazar
05.05.2024
16:58
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı Azərbaycan TV-si ?
[ Netice · Diger ]
Cavablar: 147

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

15:43
Xocali faciesinden 17 il otur
 
26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin... Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir
Категория: Meqaleler | Просмотров: 1185 | Добавил: fatinka | Рейтинг: 0.0/0
Всего комментариев: 10
0  
 
Leyla yazdıki >> smile smile 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.11
Tarix: 03.07.2011 ,18:32.

0  
 
Leyla yazdıki >> Bu xeberin yayilmasi yaxsidir.Amma yaxsi olarki daha etrafli Ingilis dilinde Xarici saytlarda bunlari yayimlayaq.Her xaker dagitdiqi xarici sayta bu melumati buraxsin.Bax onda yaxsi olar.Bunu Azerbaycanda artiq 3 yasindaki usaqda bilir.Bunlari tekrar-tekrar esitmek bize helede lazim deyil 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.11
Tarix: 03.07.2011 ,18:32.

0  
 
Məhəmmədəli yazdıki >> 16 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.25.71
Tarix: 15.06.2011 ,23:57.

0  
 
Anonim yazdıki >> gozde rehman_282 birde ezilmez haa hayy .Azerbaycanin ne silahi var ki?ALLAH butun olenler rehmet elesin (gunahsizlara)satqinlarimizada! hirslen 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.229
Tarix: 27.02.2009 ,17:26.

0  
 
farida yazdıki >> eti senle raziyam 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:93.184.224.182
Tarix: 27.02.2009 ,14:17.

0  
 
Rehman yazdıki >> allah rehmet elesin 
__________
İstifadəçiəçi Adı:rehman_282
İP:81.21.92.46
Tarix: 27.02.2009 ,09:40.

0  
 
Rehman yazdıki >> ermenilerin xocaliya etdiylerinden sonra azerbaycan birde ezilmez 
__________
İstifadəçiəçi Adı:rehman_282
İP:81.21.92.46
Tarix: 27.02.2009 ,09:39.

0  
 
Eti yazdıki >> Mence Eksine , Biz Bunu En Azınnan Ona Göre Çox-Çox Daxil etmeliyikki , Qoy En Azınnan AzNete Daxil Olan Her İnsan Ve ya Xarixi vetandaş Bunu Görsün , Ve ele bilmesinki Biz Qarabağı Yada Xocalı faciesini unutmuşuq !!! thanksyou  
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:82.118.157.90
Tarix: 26.02.2009 ,23:39.

0  
 
Lider yazdıki >> Bu xeberin yayilmasi yaxsidir.Amma yaxsi olarki daha etrafli Ingilis dilinde Xarici saytlarda bunlari yayimlayaq.Her xaker dagitdiqi xarici sayta bu melumati buraxsin.Bax onda yaxsi olar.Bunu Azerbaycanda artiq 3 yasindaki usaqda bilir.Bunlari tekrar-tekrar esitmek bize helede lazim deyil 
__________
İstifadəçiəçi Adı:Lider
İP:85.132.117.161
Tarix: 25.02.2009 ,18:10.

0  
 
farida yazdıki >> Xocali soyqirimini unutmayaq!!! 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.144.194
Tarix: 25.02.2009 ,15:45.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024