Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
00:52
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Əgər bir daha dünyaya gəlsəydin hansı cinsdə gəlmək istərdin ?
[ Netice · Diger ]
Cavablar: 149

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

14:35
ATV «ATB International» telekanalının yayım hüququnu aldı

 

ATV «ATB International» telekanalının yayım hüququnu aldı

Azərbaycanın Milli Teleradio Şurası (MTRŞ) bu gün «Azad Azərbaycan» teleradioyayım şirkətinin «ATB International» telekanalının birbaşa peyk yayımı üçün lisenziya verilməsi haqda müraciətinə baxıb.
Teleradioyayım haqqında qanunun 14.1, 29.2-ci maddələrinə və MTRŞ haqqında Qanunun 8.1-ci maddəsinə əsasən, Şura «Azad Azərbaycan» şirkətinə «ATB International» telekanalının birbaşa peyk yayımı üçün lisenziya verilməsi haqda qərar qəbul edib.
MTRŞ rəhbərinin müavini Toğrul Məmmədovun Turan agentliyinə verdiyi məlumata görə, lisenziya müsabiqədənkənar verilib, belə ki, yayım yerli tezliklərdə deyil, peyk vasitəsilə həyata keçiriləcək.
Məmmədov yayım dilləri haqda məsələ ilə bağlı şərh verməkdən yayınıb və qeyd edib ki, bu, teleşirkətin öz səlahiyyətindədir.
Öz növbəsində, teleşirkətdə təsdiq ediblər ki, «ATB International» rus, erməni, ingilis, türk və fars dillərində yayımlanmağı planlaşdırır.
«Azad Azərbaycan» teleşirkətində «ATB International» haqqında daha ətraflı məlumatın bir qədər sonra veriləcəyini bildiriblər.

«Azad Azərbaycan» kanalı haqqında:

Qeyd edək ki, «Azad Azərbaycan» teleradio şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Şirkətə ümummilli ATV telekanalı və 106 FM və 106.3 FM tezliklərində FM-radiostansiyalar daxildir.
Şirkətin rəsmi sahibləri haqda məlumat verilmir. Lakin şirkətə Tağı İbrahimov - Diaspora ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun doğma qardaşı rəhbərlik edir.

Azərbaycanda xarici yayımın tarixi

Azərbaycanda xarici yayım ilk dəfə 1941-ci ildə Azərbaycan Dövlət radiosunda başlayıb- əvvəlcə fars, sonra isə türk dilində. 1959-cu ildə ərəb dilində yayım başlayır. 1961-ci ildən rus və erməni dillərində verilişlər yayımlanır.
1992-ci ilin noyabr ayında ingilis, alman, fransız, eləcə də Azərbaycanın etnik qruplarının dillərində - rus, erməni, ləzgi, talış, kürd, gürcü dillərində yayımlanan Beynəlxalq Azərbaycan Radiosu yaradılıb. 2007-ci ildə bu xidmət ləğv edilib. Hazırda yayım yalnız Azərbaycanın etnik qruplarının dillərində, həmçinin ərəb və türk dillərində həyata keçirilir.
Ölkə telekanalları arasında rus və ingilis dillərində xəbər proqramları AzTV və İctimai televiziyada yayımlanır.

Категория: Müxtelif | Просмотров: 995 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
Leyla yazdıki >> smile smile smile smile smile 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.11
Tarix: 03.07.2011 ,18:44.

0  
 
Leyla yazdıki >> Tsk edirem! 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.11
Tarix: 03.07.2011 ,18:44.

0  
 
seker yazdıki >> tesekkurler 
__________
İstifadəçiəçi Adı:Seker_qiz
İP:82.118.156.89
Tarix: 07.03.2009 ,16:13.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Mart 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024