Главная
Регистрация
Вход
Bazar Ertəsi
29.04.2024
06:20
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı Azərbaycan TV-si ?
[ Netice · Diger ]
Cavablar: 147

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

13:54
Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü məktəbin 2-ci mərtəbəsindən atıb.
 
Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü məktəbin 2-ci mərtəbəsindən atıb
 
Bakı Təhsil İdarəsi isə hadisənin şagirdin dərsdən qaçmaq istəyərkən baş verdiyini iddia edir

 

Bakının Sabunçu rayonu ərazisində Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin 9 "c" sinif şagirdi Mirsahib Əzimzadə sinif rəhbərinin 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı ona pul verməməsi ilə bağlı tənbehlərinə dözməyərək özünü məktəbin 2-ci mərtəbəsindən aşağı atıb. Bu barədə ANS PRESS-ə şagirdin anası Ulviyyə Əzimova məlumat verib.

Valideyn bildirib ki, hadisə martın 7-də baş verib: “Sinif rəhbəri Gülnarə Hüseynova 8 Martla bağlı şagirdlərin hər birindən 15 manat pul yığıb. İmkanımız olmadığına görə isə mən övladıma 10 manat vedim. Müəlliməsi Gülnarə isə sinifdə 5 manat az verdiyinə görə oğlumu danlayıb. Müəllimənin uşaqların yanında tənbeh etməsindən utanan Mirsahib evdən pul gətirmək üçün məktəbdən çıxmaq istəyib. Məktəbin qapıçısı isə dərs bitmədiyindən onu küçəyə çıxmağa qoymayıb. Çıxılmaz vəziyyətdə qalan Mirsahib isə özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Nəticədə başı üstə yerə düşüb, qolu sınıb və kəllə-beyin travması alıb. 3 saylı xəstəxanada qoluna gips taxılarkən özündən gedib. Müəyyən müddət reanimasiyada saxlandıqdan sonra, Nevrocərrahiyyə İnstitutuna göndərilib. Sonradan isə müalicəsinin evdə aparılmasına icazə verilib”. Ü. Əzimova bu vaxta kimi sinif və ya məktəb rəhbərliyindən heç kimin onun vəziyyəti ilə maraqlanmadığını da dedi.
Məktəbin direktoru Qurbantac Qazıbəyova isə əvvəl ANS PRESS-ə M. Əzimzadənin dəcəl olduğunu və onun dərsdən qaçmaq məqsədilə 2-ci mərtəbədən tullandığını desə də, sonradan baş verən hadisəni təsdiqləyərək hadisənin ürəkaçan hal olmadığını bildirdi : “Hadisənin pula və yaxud başqa şeyə görə olduğunu bilmirəm, ancaq bu hadisə heç də urəkaçan hal deyil. Məktəbdə belə hadisə olmamalıdır”. Məktəb direktoru müavinlərinin və məktəb psixoloqunun M. Əzimzadənin yanına göndərildiyini və ona lazımi köməkliyin göstəriləcəyini bildirdi.
Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı isə ANS PRESS-ə bildirdi ki, hadisə martın 7-də M. Əzimzadə dərsdən qaçmaq istəyərkən baş verib. Onun sözlərinə görə, məktəbin qapıçısı onu dərsdən yayınmağa icazə vermədikdə, M. Əzimzadə 2-ci mərtəbədən tullanıb. Nəticədə qolu qırılıb, beyni silkələnib. Z. Əliqızı hazırda Bakı Təhsil İdarəsinin nümayəndəsi Məhəmməd Bayramovun hadisə ilə bağlı məktəbə göndərildiyini və araşdırma apardığını deyib: “Təəssüfləndirici haldır. Günahkarın kim olmasından asılı olaraq lazımi tədbir görüləcək, günahkar şəxs cəzalandırılacaq”.

Категория: Müxtelif | Просмотров: 1105 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 10
0  
 
ILKIN yazdıki >> cry cry cry ALLAh bu muellimlerle ozu bilsin basa dusmurem vermeyib vermeyibde ne olsun guya muellimin onun pulu ile qarni doyacaq? 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.227
Tarix: 09.07.2011 ,14:49.

0  
 
Leyla yazdıki >> angry 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.196
Tarix: 06.07.2011 ,12:03.

0  
 
Leyla yazdıki >> ALLAh bu muellimlerle ozu bilsin basa dusmurem vermeyib vermeyibde ne olsun guya muellimin onun pulu ile qarni doyacaq? 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.196
Tarix: 06.07.2011 ,12:03.

0  
 
rihanna yazdıki >> bes men basa dusmedim dersden qacanda olmuyub?men bu xebere tv-de baxanda oglan ozu dedi ki dersden qacmaq ucun tullanim ne bilimeee heyat qeribedi 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.136
Tarix: 13.03.2009 ,13:59.

0  
 
ayka yazdıki >> yaziq oglan agla 
__________
İstifadəçiəçi Adı:Ayka
İP:82.118.158.112
Tarix: 11.03.2009 ,15:44.

0  
 
Anonim yazdıki >> ALLAH ozu bilen meslehetdi,amma bele muellimler hedsiz derecede artir hirslen sabahda bir xeber esitsez bilin menem sirtiq  
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.130
Tarix: 10.03.2009 ,21:14.

0  
 
dindar yazdıki >> o oglanin halinda olan coxx sagird var 
__________
İstifadəçiəçi Adı:dindar
İP:78.111.55.143
Tarix: 10.03.2009 ,20:39.

0  
 
Eti yazdıki >>
Heçne Demirem !!! Onsuzda Allah Göyden baxır!
 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:82.118.157.2
Tarix: 10.03.2009 ,20:22.

0  
 
Rehman yazdıki >> ELE MELLIM VAR USAQ PUL GETIMIYENDE DOYUR ALLAH GOYDEN BAXIR MENCE GUNAH MELLIMDEDI ALLAH USAQA KOMEY OLSUN MELLIM KASIB GUYA ONUN PULU VAR KI USAQDAN PUL ISTEYIR hirslen
hirslen
 
__________
İstifadəçiəçi Adı:rehman_282
İP:81.17.83.61
Tarix: 10.03.2009 ,18:08.

0  
 
farida yazdıki >> ALLAh bu muellimlerle ozu bilsin basa dusmurem vermeyib vermeyibde ne olsun guya muellimin onun pulu ile qarni doyacaq? 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.149.156
Tarix: 10.03.2009 ,15:42.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Mart 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024