Главная
Регистрация
Вход
Bazar Ertəsi
29.04.2024
04:54
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

18:23
Muxtelif movzulu seirler

Ayrılıqdan qazandım

Əvvəl tənhalıqdan yaman qorxurdum,
İndi tənhalıq yoldaşım olub.
Sən məni unudub atandan bəri,
Yalnızlıq dostum, sirdaşım olub.

Hər zaman dörd divar sıxıbdır məni,
İndi dörd divar həmdəmim olub.
Gözlərim həsrətlə qapıya baxır,
Çalacaq zəng səsi həmdəmim olub.

Küçəyə baxıram, gözlərim dolur,
Axı mənimdə burdan gələnim olub.
Məhəbbət bağında güllərim solur,
Bir zaman onu da dərənim olub.

Telefon çalmayır gör neçə vaxtdır,
Onunda susmayan bir anı olub.
Bu necə yazı, bu necə bəxtdir?
Bununda bəxtəvər zamanı olub.

Təsəllim göz yaşı olsada mənim,
Onunda sevincdən axdığı olub.
Qəmlə döyünsə də indi ürəyim,
Onunda fərəhdən axdığı olub.

Nifrət

Həyat çox gözəldi yaşamağa dəyər!
İnsan insanı görəsən bu qədər sevər?
Səni sevəndə bu olub mənim fikrim
Sənsən mənim həyatdakı ən böyük itkim
Aldatdı məni sənə olan sevgim
İndi qan ağlayır bu günahsız qəlbim

İndi çox uzaqdasan mən bunu bilirəm
Ürəyə hökm edə bilmirəm yenə səni sevirəm
İnan sevdiyim qədər sənə nifrət edirəm
Qəlbimin təkanıyla uçuruma gedirəm

Səni xoşbəxt edəcəm deyirdin mənə
Yalandan ümid verərmi sevən sevənə
Neyniyim mən səni unuda bilmirəm
Elə fikirləşməki mən heç də sevilmirəm

Nifrət, sevgi düşməndi bir birinə
Ama hakimlik edən ikisidə qəlbimə
Təəssüflənirəm bəxtimə mən səni tapdım
Şad günü pis günü səninlə yaşadım

Tələsmə əkdiyini biçəcəksən
Mənim kimi səndə olum yada həyat seçəcəksən
Tələsmə həyatdan elə bezəcəksən
Bəlkə elə məhəbbət qədrini onda biləcəksən.


Vəfasız

Vəfasız heç vəfan yoxmudur sənin?
Sinənin altında daşmıdır sənin?
Gözləri yaşlıdır səni sevənin,
Nə olar geriyə dönmə vəfasız.

Onsuzda geriyə dönməyəcəyəm,
Əvvəlki tək səni sevməyəcəyəm,
Bir də üzünə gülməyəcəyəm,
Nə olar geriyə dönmə vəfasız.

Sağalda bilmirdin nə üçün qanatdın?
Silə bilmirdinsə nə üçün ağlatdın?
Mənə yalnız xatirələr buraxdın,
Nə olar geriyə dönmə vəfasız.

Həsrət

Bilməzdim ömrümdən ötən illəri
Dönüb həsrət ilə vərəqləyəcəm
Bir zaman çiynimə düşən telləri
Unudub, özgə tel tumarlayacam

Sanki bir dustağam öz zindanımda
Nədən qapıları aça bilmirəm
Ömrümdən daha çox sevdiyim qızın
Bəs niyə yanına qaça bilmirəm

Bəlkə sevməmişəm heç o gözəli
Mən özüm özümü aldadırmışam
Bir sual yaranır, sevməmişəmsə
Bəs niyə hər gecə mən ağlamışam

Sevmişəm mən onu həyatım qədər
Sevgi ayrılığa boyun əyərmi?
Bu sevgi gətirdi mənə qəm-kədər
Bu qədər əzaba görən dəyərmi?

Elə bil dünyanın sonu da gəlib
İçimdə bir ölmək hissi oyanıb
Sənsiz bu dünyanın mənasıda yox
Elə bil dünyanın özü dayanıb.

Sevdiyini niyə danırsan?

Baharın sonuna daha nə qalır?
Qapımı buludlar kölgələr salır.
Dinmirsən telefon elə zəng çalır,
Axı sevdiyini niyə danırsan?

Ürəyini oxumuşam gözündən,
Həsrətini anlamışam sözündən.
Cana gəldim səndə olan dözümdən
Məni sevdiyini niyə danırsan?

Bilmirəm gözlərin nədən çəkinir,
Boylanır üzümə gendən çəkilir.
Dilin bircə kəlmə sözdən çəkinir
Axı sevdiyini niyə danırsan?

Категория: Şeirler | Просмотров: 5828 | Добавил: fatinka | Рейтинг: 3.0/3
Всего комментариев: 7
0  
 
Leyla yazdıki >> happy happy happy happy happy 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.196
Tarix: 06.07.2011 ,12:56.

0  
 
Leyla yazdıki >> Tsk super seirlerdi 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.196
Tarix: 06.07.2011 ,12:56.

0  
 
rihanna yazdıki >> nifret gesengdi 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.158.103
Tarix: 02.05.2009 ,21:40.

0  
 
ayka yazdıki >> mektebe aid seir niye qoymamisan men mektebe aid seir isteyirdimeeeeeeeeeeeeeeee 
__________
İstifadəçiəçi Adı:Ayka
İP:82.118.156.96
Tarix: 28.04.2009 ,17:27.

0  
 
Gunel yazdıki >> elaaaaaaaaaaaaaaaaaaaaaaa superrrrr thanksyou thanksyou thanksyou 
__________
İstifadəçiəçi Adı:Guzel_Kiz
İP:82.118.157.199
Tarix: 16.03.2009 ,13:15.

0  
 
Anonim yazdıki >> tesekkurler fatinka ela seirlerdiii oyna yerivar 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.156.227
Tarix: 15.03.2009 ,14:49.

0  
 
Eti yazdıki >>
Teşekkürler xebere göre
 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:82.118.157.253
Tarix: 14.03.2009 ,19:28.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Mart 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024