Главная
Регистрация
Вход
Bazar
05.05.2024
22:55
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Əgər bir daha dünyaya gəlsəydin hansı cinsdə gəlmək istərdin ?
[ Netice · Diger ]
Cavablar: 149

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

14:54
ShowBiznes-dən Yeni Xəbərlər.

Rusiyanın “Eurovision” mahnısı oğurluq çıxdı!

Müğənni Anastasiya Prixodko məhkəməyə verildi

May ayında keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsinin hazırlıqlarında yeni qalmaqal yaranıb. Rusiyanı “Eurovision-2009” müsabiqəsində təmsil edəcək müğənni Anastasiya Prixodkonun mahnısı oğurluq çıxıb. 282.CLaN.Su-Nun “Seqodnya” qəzetinə istinadən məlumatına görə, müğənninin prodüseri Konstantin Meladze müsabiqədə oxunacaq "Mamo" mahnısının oğurluq olması iddiası ilə məhkəməyə verilib.
İddianı qaldıran 36 yaşlı vokal müəllimi Yadviqa Propovskayadır. O iddia edir ki, “Yaşa dolan məhəbbət” adlı həmin mahnını hələ dekabr ayında Moskvaya səsyazmaya göndərib. Mahnıya klip də çəkdirib. Klipin rejissoru və operatoru öz valideynləridir.
Meladze isə bu iddiaları “əhəmiyyətsiz və müsabiqə ətrafında dolanan qalmaqal” adlandırıb.
__________________________________________

Aclıqdan çörək oğurlayan Hollivud ulduzu

Şarliz Teronun həyatını təsadüfi bir tanışlıq dəyişdirdi

Hollivudin məşhur aktrisalarından olan Şarliz Teron həyatı ilə bağlı ingilis mətbuatına maraqlı açıqlamalar verib.
“Oskar” mükafatçısı olan 34 yaşlı aktrisa məşhurlaşana qədər səfalət içində yaşayıb. Hazırda Hollivudda ən çox gəlir əldə edən sənətçilər arasında yer alan Teron olmazın əziyyətlər çəkib.
Hələ 15 yaşında olarkən anasının evə sərxoş vəziyyətdə gələrək dava-dalaş salan atasını bıçaqla qətlə yetirməsinin şahidi olub. Atası mütəmadi olaraq, evə sərxoş gələrək anasının və iki qızını öldürməklə təhdid edirmiş. Buna dözməyən anası sonda önu öldürüb.

Şarliz teron bu hadisədən sonra andan olduğu Cənubi Afrikanı tərk edərək, Milana gedib. İtaliyada 1 il qalan Teron oradan Nyu-yorka yollanıb.

“Biləyimdəki zədəyə görə modellik və balet karyerama son qoymuşdum. Kimsə şikəst model və ya balerina istəmirdi. Cəmi 120 dollarım vardı, bununla Nyu-yorkda özümə həm qalacaq yer tapmalıydım, həm də bir müddət yaşamalıydım”, - deyə sənətçi yaşadığı çətinliklərlə bağlı deyib.
__________________________________________

Aysel və Araş “Eurovision-2009”da 12-ci nömrə ilə çıxış edəcəklər


Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri mayın 14-də II yarımfinalda 12 nömrəsi altında çıxış edəcəklər.
“Eurovision” müsabiqəsinin rəsmi internet saytının yaydığı xəbərə görə, martın 16-da Moskvada çıxış edəcək ölkələrin püşkatma mərasimi keçirilib. Müsabiqədə 42 ölkənin iştirakı qərara alınıb. Püşkatmada nəticəsində mayın 12-də keçiriləcək I yarım finalda – Çernoqoriya 1-ci, Çexiya 2-ci, Belçika 3-cü, Belarus 4-cü, İsveç 5-ci, Ermənistan 6-cı, Andorra 7-ci, İsveçrə 8-ci, Türkiyə 9-cu, İsrail 10-cu, Bolqarıstan 11-ci, İslandiya 12-ci, Makedoniya 13-cü, Rumıniya 14-cü, Finlandiya 15-ci, Portuqaliya 16-cı, Malta 17-ci, Bosniya və Hersoqovina 18-ci sırada çıxış edəcəyi məlum olub.
Mayın 14-də keçiriləcək II yarımfinalda isə Xorvatiya, İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Azərbaycan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya, Niderland təmsilçiləri çıxış edəcəklər. Birbaşa final mərhələsində iştirak etmək hüququ qazanan beş ölkənin də final mərhələsindəki sıra nömrəsi məlum olub. Mayın 16-da keçiriləcək final mərhələsində Fransa 3, Rusiya 10, Almaniya 17, Böyük Britaniya 23 və İspaniya təmsilçisi 25 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, Avropa Yayım Birliyi Gürcüstanın bu müsabiqədə iştirakdan imtina etməsi qərarını qəbul edib.
__________________________________________

Müğənni Xatundan şok açıqlama

“Qrand mükafatlarını pulla almışam”

“Qrand” mükafatı gənc müğənnilərə pulla satılır. Bu iddianı müğənni Xatun 282.clan.su-a açıqlamasında irəli sürüb: “Röyanın söylədikləri tamamilə doğrudur. Keçən il mükafat mərasimlərinin ikisində iştirak etdim, səriştəm olmadığından və aldandığım üçün pulla iki mükafat aldım. Bunlar “V&V” şirkətinin “İlin mahnısı” və “İlin hiti” mükafatlarıdır. Artıq aldanmaq istəmədim”.
Müğənni “Qrand” mükafatı üçün ondan 2000 manat tələb olunduğunu deyib: “Bu ilki “Qrand” mükafatına məndən 2 min manat tələb etdilər. Sonra 1500-ə düşdülər. Bir gün qalmış 1000 manata razı olduqlarını dedilər. Qardaşım Balaşa “İlin stilisti”, mənə isə “İlin müğənnisi” verilməli idi”.
Xatun Röya ilə həmfikir olduğunu deyib: “Röyanın açıqlaması həqiqətdir. Mənim onunla yaxşı münasibətim yoxdur, lakin Röya düz danışır. Onu sevməyənlər də düz danışdığına görə Röyanı baltalayır.
Aygün Kazımova və İlhamə Quliyeva, ola bilsin, pul verməyib, amma mən sizə fakt deyirəm. İki mükafata 2 min manat xərcləmişəm. Bunlar Sədaqət Rəşidqızının və “V&V” şirkətinin təsis etdiyi mükafatlardır. Öz əllərimlə vermişəm, bu həqiqətdir. Bu gün mahnısı heç harada səslənməyən müğənni çıxıb mükafat alırsa, təbii ki, o pul verir”.
Müğənninin dediklərinə münasibət öyrənmək üçün “V&V” şirkəti ilə əlaqə saxlamaq mümkün olmayıb. Şirkətə yaxın mənbələr əvvəl onların Moskvada olduğunu, az sonra isə oradan da Amerikaya yola düşdüyünü bildirdi. Həmin mənbə müğənni Xatunun söylədiklərinin inandırıcı olmadığını bildirdi.
Qeyd edək ki, “V&V” şirkətinin rəhbəri Amerikada olduğundan açıqlamaya münasibət almaq cəhdi baş tutmadı.

Категория: Show Biznes | Просмотров: 1091 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 8
0  
 
Leyla yazdıki >> smile smile smile smile smile smile smile 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.196
Tarix: 06.07.2011 ,12:40.

0  
 
Leyla yazdıki >> qesheng xeberlerdi... Xatun lap qeshengdir 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.196
Tarix: 06.07.2011 ,12:40.

0  
 
rihanna yazdıki >> Xatun kimdi men hec onu tanimiram
xeberler ise superdi
 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:85.132.62.81
Tarix: 16.03.2010 ,21:53.

0  
 
aysen yazdıki >> menim xatundan xowum gelir xatun good xebere gore sagolun thanksyou yerivar 
__________
İstifadəçiəçi Adı:aysen
İP:78.111.58.104
Tarix: 16.03.2010 ,18:07.

0  
 
seker yazdıki >> Xatunun burda hec yeri yoxdu. 
__________
İstifadəçiəçi Adı:Seker_qiz
İP:82.118.156.233
Tarix: 18.03.2009 ,13:59.

0  
 
Mariyem yazdıki >> cox gozel yerivar 
__________
İstifadəçiəçi Adı:Emiliya_Qiz
İP:94.199.217.72
Tarix: 18.03.2009 ,11:54.

0  
 
Anonim yazdıki >> xatundan zehlemmm gedir hirslen basqa butun xeberler maraqlidir thanksyou yerivar 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.60
Tarix: 17.03.2009 ,16:27.

0  
 
Resad yazdıki >> thanksyou qesheng xeberlerdi... Xatun lap qeshengdir... 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.117.136
Tarix: 17.03.2009 ,16:10.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Mart 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024