Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
20:54
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

19:10
Gürcü Patriarxlığı da islamı təhqir etdi..

GÜRCÜ PATRİARXLIĞI DA İSLAMI TƏHQİR ETDİ


 

Hacı İlqar İbrahimoğlu: “Ümid edirik ki, bu cür iblisanə fitnələri həqiqi xristianların özləri cavablandıracaq”

Gürcüstan patriarxının saytında belə bir sual qoyulub: “Xristianlara müsəlmanlarla ailə qurmağa icazə verilirmi?” Saytın cavabında bildirilir: “Xeyr, xristianlar müsəlmanlarla ailə qura bilməz, buna icazə verilmir. Çünki müsəlman etiqadı şeytana ibadət etməyə çağırır. ”Çörəyinizi müşriklərlə bölüşməyin" (Daviddən Psalm)" (http://www.patriarchate.ge/en/?action=kitxva&start=30).
Bakının İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu vesti.az saytına bununla bağlı şərh verib: “Bu saytda İslam dini ilə bağlı belə böhtan və təhqir xarakterli materialları görmək bizim üçün çox ağrılı oldu. Ya bu saytın müvafiq hissəsinin məsulunun İslama daxili nifrəti var, o, islamofobiya mərəzinə tutulub, ya da bu gördüklərimiz bəzi mühitlərdə dominantlıq təşkil edən İslama nisbətdə orta əsr doqmatik yanaşmanın atavizmləridir. Hər halda 1 milyard yarım insanın etiqadı olan bir dinə böhtan ataraq İslamı lənətlik iblisə etiqad etməyə çağıran bir təlim kimi təqdim etmək ağır təhqirdir. Mübarək İslam dini birmənalı olaraq vahid olan Allaha inama çağırır və lənətlik iblisi bəşər övladının düşməni sayır. Vahid Allaha etiqad İslam dininin fundamental prinsiplərindəndir. Sözsüz ki, bütün bunlar o saytın məsullarına da məlumdur. Bu kontekstdə həmin şəxsin motivlərini anlamaq bir qədər çətindir: məhz hansı amil onu bu dərəcədə qeyri-elmi və aşkar böhtan səciyyəli cavab verməyə vadar edib? Bu - xurafat və cahillikdirmi, komplekslərlə yoğrulmuş qərəzdirmi, yaxud biz sərhədsiz bir dözümsüzlüyün şahidiyik? Demək çətindir. Bir şey şübhəsizdir ki, bu cür ”elmi tədqiqatlar" insana məhəbbət və inanc mübarəkliyindən köklənməyib və dinlərarası mehribanlığa qətiyyən xidmət etmir. Bu dözümsüz insanlar özləri üçün bir həqiqəti aydınlaşdırmalıdır ki, təhqirə yol verən şəxs ilk növbədə özünü təhqir etmiş olur, böhtan atan şəxs öz miskin mahiyyətini göstərir. İslam dini xristian inancının ardıcıllarını Kitab əhli hesab edir və müsəlman kişinin xristian qadını ilə evlənməsini məqbul sayır. Biz ümid edirik ki, həqiqi xristian inancının ardıcılları özləri bu cür iblisanə fitnələri cavablandıracaq".

Категория: Xeberler | Просмотров: 901 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ILKIN yazdıki >> HIRSSSSSSSSS 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.237
Tarix: 07.07.2011 ,22:16.

0  
 
nura yazdıki >> hirs hirs hirs hirs hirs hirs hirs hirs 
__________
İstifadəçiəçi Adı:CANIK
İP:77.74.15.80
Tarix: 04.04.2009 ,23:12.

0  
 
Anonim yazdıki >> hirs 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.156.172
Tarix: 04.04.2009 ,22:32.

0  
 
fatinka yazdıki >> Eybi yox qoy etsin Gorek axiri ne olacaq Allah goyden baxireee 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:93.184.226.168
Tarix: 04.04.2009 ,19:32.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024