Главная
Регистрация
Вход
Şəmbə
04.05.2024
15:43
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Oğlansan qız ?
[ Netice · Diger ]
Cavablar: 158

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

20:29
Lətifə № 9
 
1.Üç qadın rəfiqələr qəzada ölüb cənnətə düşürlər. Cənnətin qarşısında onu qarşılayan mələkI
“Bizim burda bir şərtimiz var. O da ördəklərə diqqət edin üstünə basmıyın” deyir.
Sonra qapı açılır.Üç qadın cənnətə girirlər. Doğrudan da ətrafda ördəklər dolu olur. O qədər doludur ki hətta üstlərinə basmamaq mümkün deyil.Diqqət etməklərinə baxmayaraq qadının biri ördəyi tapdalayır.Hemin dəqiqə Cəbrail gəlir yanında həddindən artıq çirkin bir adamla. Qadını qolundan o çirkin adamın qoluna qandallayır və; “Ördəyi taptalamağın cəzası olaraq sonsuza qədər bu çirkin adama qandalla bağlı yaşayacaqsan” deyir
İkinci dəfə qadınlardan biri yenə bilmədən bir ördəyi yenə taptalıyır və Cərail həmən an yenə çirkin bir adamla gəlir birinci qadına etdiyi kimi bunada edir
Üçüncü qadının gözü bu olanları görüb çox qorxur. o birilərin başına gələn bunun da başına gəlməsin çirkin bir adamla sonsuza dək birlikdə qalmasın deyə atdığı bütün addımlara diqqət edirdi.Aradan aylar keçir və qadın heç bir ördəyi taptalamır.bir gün Cəbrail bu səfər yanında yaraşıqlı boylu buxunlu oğlanla gəlir. Cəbrail heç nə demədən yaraşıqlı oğlanla bu qadını bir birnə bağlayıb gedir. Qadın xoşbəxtlikdən az qalsın uçmaq üzrədir.bu günə qaədər həyatında ən yaraşıqlı oğlanla ömür boyu yan yanadı. yaraşıqlı oğlana dönüb deyir;
“görəsən mən bugünə kim nə etdim ki, sənin kimi yaraşıqlı bir oğlana layiq oldum?” Oğlan üzündən zəhər yağarcasına cavab verir:
“ Vallah səni bilmirəm amma mən bayaq bir ördəyi tapdalamışam”

2.Bir adam sabah gəzən vaxt qəribə bir yas topası görür. Qabaqda gedən itli bir adam, arxasında bir tabut və 10 metrədən gələn bir başqa tabut və arxasında hardasa sırayla gedən 200 adam.. adama qəribə gəlir və tabutun lap başında gedən sözsüzki ölünün sahibidir deyib yaxınlaşıb soruşur;
Bağışılyın bu acı gününüzdə xatırlatmaq istəməzdim amma ölənlər nəyinizdir sizin?
-Qarşıdaki arvadım arxadakıda qaynanamdır..deye cavab verir adam
-Vay vay başınız sağ olsun,Allah rəhmət eləsin, bəs necə oldu?
-İtim arvadıma hücum edib öldürüb, qaynanamda arvadıma köməyə gəlib onuda öldürüb.
Adam biraz fikirləşib soruşur;
-Ay qardaş itinizi borc ala bilərəm?
-ala bilərsən amma sıraya keç!

3.Bir millioner samoletda uçur. Birdən samolet partlayır. Hamı panikaya düşür və özünü aşağı atır. Bu millionere paraşut verirlər. Bu göydə paraşutla uça uça deyir "Ay Allah qurban olum sənə mən yerə sağ salamat çatım 100 milyard pulum var 90mlr verəcəm kasıblara , 150 maşınım var 140 verəcəm kasiblara , 50 evim var 49 verəcəm" kasıblara nəisə bu yerə sağ salamt çatır . Düşən kimi deyir "Ay Allah qurban olum sənə adam göydə olanda nə gic gic şeylər adamın beyninə girir"..

4.Mamed gəlir çayxanaya... üst-baş it günündə... Camaat soruşur: "Ay Mamed, nə olub?"
Mamed: "Qaynanamı basdırırdıq."
Camaat: "Allah rəhmət eləsin. Üst-başın niyə cırıqdı?"
Mamed: "Arvad yaman güclüdü. Bir az dirəndi"

5. İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm

6.Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar

7.80 yaşında er arvad evde otururlar, canları sıxılır. arvad düşünür düşünür ve erine deyir:
- Ezizim, gel biz gencliyimizi xatırlayaq, yene evvelki kimi meni görüşe çağır..
Er razılaşır. Bu axşam seni sahilde saat 6 da gözleyecem deyir.
Ne ise adam gedir sahilde gözlemeye başlayır. yarım saat keçdi, 1 saat keçdi, 2 saat, 3 saat, arvad gelmedi. Adam esebleşir eve gelir qapını vurur açır:
- Hardasan sen, neçe saatdır seni sahilde gözleyirem,- deyir
Arvad: E atam icaze vermedi evden çıxmağaaa

8.Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan...

9.Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır....
Müəllimə jurnala baxıb deyir:
Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......
Natiq deyir : Hııııııııııııııııı......
Müəllimə: Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
Natiq deyir : 10
Müəllimə: Otur əəə....
Biraz sonra.....
Oooooooooorrxaaaaaaaannnn.....
Orxan : Hııııııııı......
Müəllimə: Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
Orxan: 25
Müəllimə: Bəs 3*5 neçə eləyər?
Deyir: 15
Müəllimə: Sən laaaf professorsan kiiii
Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə.......
Müəllimə deyir: Hıııııııııı.....
Orxan deyir: Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar

10.Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam

11.Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitmək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından çıxıb biz filik axı.

Biraz gulek...........

Категория: Letifeler | Просмотров: 1010 | Добавил: Dangerboy | Рейтинг: 0.0/0
Всего комментариев: 8
0  
 
ILKIN yazdıki >> biggrin biggrin biggrin 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.176
Tarix: 09.07.2011 ,16:01.

0  
 
Məhəmmədəli yazdıki >> 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 natiq ve orxan 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.59.42
Tarix: 09.06.2011 ,14:37.

0  
 
Leyla yazdıki >> gulmek gulmek tewekkur edirem maraqli ve gulmelidiiiiii 
__________
İstifadəçiəçi Adı:DaMLa
İP:85.132.73.128
Tarix: 02.07.2009 ,16:45.

0  
 
Eti yazdıki >>
Təşəkkürlər ...ÇooooX Gülməlidir ))) gulmek
 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:82.118.156.1
Tarix: 20.04.2009 ,14:10.

0  
 
Anonim yazdıki >> hee duz deyirsiz nariq ile orxan maraqlidi birde lap sondaki thanksyou sirtiq thanksyou 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.158.140
Tarix: 20.04.2009 ,11:08.

0  
 
VuSaL yazdıki >> Təşəkür edirəm oxumasamda gülmeliye oxşayır gulmek gulmek gulmek gulmek gulmek 
__________
İstifadəçiəçi Adı:OMSAN
İP:82.118.158.68
Tarix: 19.04.2009 ,23:01.

0  
 
nergiz yazdıki >> EFIRRR NATIQNEN ORXAN LAP MARAQLIYDI HIIII gulmek 
__________
İstifadəçiəçi Adı:PRETTY_GIRL
İP:217.25.18.47
Tarix: 19.04.2009 ,23:00.

0  
 
fatinka yazdıki >> gulmek gulmek tesekkur edirem coxu gulmeli idi 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.139.101
Tarix: 19.04.2009 ,20:43.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024